“Virtual Rinq” televiktorinasının yeni mövsümü başlayır

07-02-2009 / 12:55

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və İctimai Televiziyanın birgə layihəsi olan “Virtual rinq” intellektual televiktorinasının növbəti mövsümü başlayır.

Nazirlikdən bildiriblər ki, bu mövsümdə 10-11-ci sinif şagirdlərindən təşkil olunmuş komandalar arasında intellektual yarışma aparılacaq. Mövsümün ilk oyunu fevralın 8-də, bazar günü İctimai televiziyada nümayiş etdiriləcək.
Televiktorinada iştirak etmək istəyənlər www.virtual-rinq.az saytında qeydiyyatdan keçə bilərlər.

Televiktorina geniş ictimaiyyətə, xüsusilə də gənclərə informasiya-kommunikasiya texnologiyaları, informasiya cəmiyyəti barədə, həmçinin Azərbaycanın sosial-iqtisadi inkişafı, tarixi, coğrafiyası, elmi, mədəniyyəti, incəsənəti, tanınmış şəxsləri haqqında maarifləndirici məlumatların çatdırılması, onların dünya görüşünün inkişaf etdirilməsi məqsədilə təşkil edilib. /AzərTac/


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.