Rabitəçilər “Virtual rinq”də

15-11-2010 / 09:34

6 dekabr - rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) strukturları nazirliyin və İctimai Televiziyanın birgə layihəsi olan “Virtual rinq” televiktorinasında iştirak edəcək. Viktorinaya “Aztelekom” İstehsalat Birliyi (İB), Bakı Telefon Rabitəsi İB, “Azərpoçt” MMC, Teleradio İB və Məlumat Hesablama Mərkəzini təmsil edən komandalar qatılacaqlar.

Yarışmalar iki hissədən ibarət olacaq. Birinci hissədə Azərbaycan, informasiya texnologiyaları, dünya görüşü və məntiq üzrə ümumi istiqamətlərə dair suallar təqdim olunacaq. Ən yaxşı nəticələr nümayiş etdirən iki komandanın vəsiqə qazanacağı ikinci turda isə yalnız informasiya texnologiyalarına dair sualların verilməsi nəzərdə tutulur.

Televiktorina İctimai Televiziyada 6 dekabrda nümayiş etdiriləcək.

Xatırladaq ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və İctimai Televiziyanın birgə layihəsi olan “Virtual Rinq” intellektual televiktorinasını artıq bir neçə mövsümdür ki, İctimai Televiziyada göstərilir və geniş ictimaiyyətə, xüsusilə də gənclərə, əsasən informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə biliklərin, informasiya cəmiyyəti barədə, həmçinin Azərbaycanın sosial-iqtisadi inkişafı, tarixi, coğrafiyası, elmi, mədəniyyəti, incəsənəti, tanınmış şəxsləri haqqında maarifləndirici məlumatların çatdırılması, ümumi dünya görüşünün və məntiqi düşüncənin inkişaf etdirilməsi məqsədini daşıyır.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.