“Xidmətlərimizin səviyyəsi Formula-1 yarışı kimi sürətli olacaq”

13-04-2016 / 15:04

Azərbaycanda yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi zamanı Azercell şirkəti beynəlxalq standartlara uyğun olaraq yüksək keyfiyyətli mobil rabitə xidmətləri təklif edib.

Xeberler.az APA-ya istinadən məlumat  verir ki, bunu şirkətin prezidenti Vahid Mürsəliyev deyib.

Buna misal olaraq, V. Mürsəliyev 2012-ci ildə Bakıda keçirilən Eurovision mahnı müsabiqəsi və 2015-ci ildə təşkil olunan I Avropa oyunları zamanı mobil operatorun göstərdiyi yüksək keyfiyyətli xidmətləri göstərib.

"Təbii ki, Bakıda keçiriləcək Formula-1 yarışları zamanı Azercell-in uğurlu təcrübəsi daha da genişlənəcək və inkişaf edəcək. Hesab edirəm ki, Azercell Formula-1 yarışları zamanı mobil rabitə xidmətlərini yüksək səviyyədə göstərəcək. Bizim əsas məqsədimiz və prioritetimiz etibarlı, güclü şəbəkəyə malik olmaqdır. Şirkətimiz ölkənin qeyri-neft sektorunun əsas investorlarından sayılır. 2015-ci ildə Azercell Azərbaycanda telekommunikasiya sektorunun inkişafına 68 milyon manat vəsait yatırıb. Bundan başqa, Azercell texniki nailiyyətlər sahəsində əsas şirkətlərdəndir. Hazırda Azercell ölkədə və regionda ilk və ən böyük LTE şəbəkəsinə (4G) malik şirkətdir. Xidmətlərimizin səviyyəsi Formula-1 yarışı kimi sürətli olacaq", - deyə şirkətin prezidenti qeyd edib.

 Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.