Azercell “İlin Mobil Operatoru” seçildi

18-12-2015 / 16:07

Azercell Telekom Consulting&Business jurnalının təsis etdiyi İlin Şirkəti 2015 mükafatının “İlin Mobil Operatoru” nominasiyası üzrə qalib seçilib.

Xeberler.az bildirir ki, mobil rabitə sahəsində ən innovativ meyyləri ölkədə təqdim edən Azercell şirkəti telekommunikasiya xidmətlərinin inkişafına verdiyi töhfəyə, həyata keçirdiyi uğurlu layihələrə və yeniklərə görə mükafatlandırılıb.

Azercell Telekom MMC-nin yeni təyin olunmuş prezidenti Vahid Mürsəliyev mükafatı qəbul edərək Consulting&Business jurnalının idarə heyətinə şirkəti bu ada layiq gördüyünə görə, ilk növbədə isə Azercell-i öz mobil operatoru kimi seçən 4.5 milyon abunəçiyə minnətdarlığını bildirib. Vahid Mürsəliyev öz çıxışında Azercell-in 2015-ci ildə istər mobil rabitə, istərsə də sosial fəaliyyət istiqamətində bir sıra mühüm layihələr həyata keçirdiyini vurğulayıb. “Azercell şirkəti yarandığı gündən daim müştərilərinə ən yüksək xidməti təqdim etməyə və Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olmağa çalışıb. Bütün bu illər ərzində xidmətlərimizin və şəbəkəmizin mükəmməlliyi üzərində fokuslanaraq, texnoloji innovasiyalar sahəsində də nümunəvi şirkət olmağı vacib saymışıq”- deyə şirkət prezidenti bildirib.

Qeyd edək ki, İlin Şirkəti Milli mükafatı Consulting&Business jurnalı tərəfindən 2006-cı ildə təsis olunub və Azərbaycanda biznes və iqtisadiyyat sahəsində nüfuzlu mükafatlardan biri sayılır. “İlin Şirkəti” milli iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmiş təşkilatlara təqdim olunur. 

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə