Yeni il gecəsi minlərlə Bakı sakini Uber-dən yararlanıb

05-01-2017 / 16:28

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan Uber beynəlxalq texnologiya şirkəti 2017-ci ilin ilk gecəsinin yekunlarını paylaşıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, yeni il gecəsində gedişlərə tələb yüksək olub. Belə ki, sifarişlərin sayı bir neçə minə çatsa da, sistem bütün sifarişlərin öhdəsindən müvəffəqiyyətlə gəlib. Bununla yanaşı, şəhər üzrə avtomobilin sifarişçiyə çatdırılma vaxtı beş dəqiqəni ötməyib.

“Bir sıra istifadəçilər Uber xidmətinə yeni il gecəsinin ən mühüm məqamını – 2017-ci ilin ilk dəqiqələrini ailə və yaxınların əhatəsində keçirmək imkanını etibar ediblər: yüzlərlə insan gecə yarısına bir neçə dəqiqə qalmış Uber avtomobillərindən enirdilər”, - deyə şirkətdən daxil  olan məlumatda qeyd olunub. İstifadəçilər həmçinin gediş marşrutu haqda məlumatı, təqribi çatma vaxtını qohum və dostlarla paylaşıb, gediş haqqını öz yoldaşları və yaxınları ilə bölüşərək yeni il gecəsi xərclərinə qənaət ediblər.

2017-ci il başlayandan sonra da Bakı sakinləri yeni ili qeyd etməyə davam ediblər.

Ən fəal istifadəçilər bayram gecəsi ərzində 7 gediş ediblər.

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.