Previous Next
Bağla
REKLAM YERİ

Azərbaycanda Uber tətbiqi 300 mindən çox yüklənib

26-04-2017 15:56
Azərbaycanda Uber tətbiqi 300 mindən çox yüklənib

Bu gün Azərbaycanın KİV nümayəndələri ilə Bakıda keçirilən görüşdə Uber şirkətinin MDB ölkələri üzrə baş meneceri Aleksey Stax 2015-ci ilin aprel ayından etibarən ölkədə xidmət göstərən servisin fəaliyyətindan danışıb.

Xeberler.az-ın məlumatına görə, Aleksey Stax deyib ki, istifadəçilər Uber-i şəxsi avtomobilinə real alternativ kimi qəbul edir və gündəlik olaraq servisdən yararlanır:

“Biz əldə etdiyimiz nailiyyətlərlə fəxr edirik: iki il ərzində Uber minlərlə Bakı sakini üçün adi hərəkət vasitəsinə çevrilib, bizə həm istifadəçilər, həm də Uber ilə əməkdaşlıq imkanlarını layiqincə qiymətləndirən və bizimlə tərəfdaşlıq edən sürücülər etibar edirlər. Maraqlıdır ki, fəaliyyətimizin başlanğıcında istifadəçilərin əksəriyyəti hansısa xüsusi hallar üzrə səfər ediblər, bu gün isə biz görürük ki, bizim müştərilər Uber-i şəxsi avtomobilinə real alternativ kimi qəbul edir və gündəlik olaraq servisdən yararlanır”.

Uber-in Bakıdakı fəaliyyəti ilə bağlı statistika belədir:

-300 mindən çox yüklənən tətbiq

-Həftəlik yeni istifadəçi artımı

-Minlərlə sürücü-tərəfdaş

-Sürücülərin orta reytinqi: 5-dən 4,82

-Avtomobilin ünvana çatdırılmasının orta vaxtı: 4 dəqiqə

-İki servis: rahat və əlverişli “uberX” və daha bahalı premium ---UberSELECT

-İki növ ödəmə – nağd və nağdsız (akkaunta bağlanan kart vasitəsi ilə)

-UberELKA aksiyası zamanı Yeni il yolkalarının çatdırılmasına 70 mindən çox sorğu (2016-cı ilin dekabrı).

 Onun sözlərinə görə, Uber müasir şəhərlərin infrastrukturunun inkişafı, əlçatan və rahat taksi xidmətlərinin xeyrinə şəxsi avtomobildən imtinanı əsas istiqamət kimi görür:

“Həqiqətən, bu gün avtomobil ən bahalı satınalma olaraq (mənzildən sonra) vaxtının 96%-ni hərəkətsiz dayanır və bir qayda olaraq investisiyaların qaytarılmasını təmin etmir. Bəzi şəhər ərazilərinin təxminən 1/5 hissəsi avtomobillərin saxlanması üçün istifadə olunur, şəhər məkanının orta hesabla 15%-i avtomobilin saxlanılmasına ayrılır. Lakin bu yeganə olan problem deyil: avtomobillərin çoxluğu böyük tıxaclara səbəb olur: məsələn, Los-Ancelesdə və Sidneydə insanlar tıxaclara hər il təxminən iki iş həftəsi sərf edir. Daimi tıxaclar atmosferə atılan zərərli tullantıların səviyyəsini artırır – dünyada 22%-dək CO2 tullantıları nəqliyyatın payına düşür”.

O, problemin həllini  avtomobil sayının azaldılmasında görünür:

“ Bu, yollarda sıxlığın azalmasını təmin edəcək, CO2 tullantılarını azaldacaq, avtomobil dayanacaqları salınmış şəhər məkanının boşaldılmasına və şəhər infrastrukturunun ümumi yaxşılaşdırılmasına təsir edəcək – yeni parkların, uşaq meydançalarının və s. salınması. Biz əminik ki, bu gün Uber-in təhlükəsiz, sürətli və rahat gedişi ilə Bakı sakinləri öz şəxsi avtomobillərindən imtina edəcək. Siz avtomobili bir toxunuşla sifariş edə bilirsinizsə, onda öz şəxsi avtomobilinizə şəkilən xərclər nəyə lazımdır? Bu gün istifadəçilərin vərdişlərini dəyişdirilməsi ilə şəhəri həyat üçün daha rahat edə bilərik”.

Şirkət rəsmisi deyib ki,  Uber  bütün dünyada şəhərlərin həyatını yaxşıya doğru dəyişir

"Uber  istənilən vaxtında və istənilən nöqtəsinə tez və təhlükəsiz gediş təmin edərək vətəndaşların mobilliyini yaxşılaşdırır, iqtisadiyyat proseslərini tezləşdirir, şəhər mühütünü inkişaf etdirir. Bakı sakinləri Uber-i servisin rahatlığı (sifarişlərin tez qəbul olunması, tətbiqin intuitiv başa düşülən interfeysi), reytinq və rəy sistemi ilə təciz olunmuş dəyişilməyən keyfiyyət səviyyəsi və etibarlılığı (xəttə kifayət qədər avtomobilin olması, müştəri məmnuniyyəti xidməti) və təhlükəsizliyinə (tərəfdaşların seçimi və qiymətləndirilməsi, sistemin şəffaflığı – istifadəçilər əvvəlcədən sürücüdən və avtomobildən məlumat alırlar) görə seçir”.

Uber– şəxsi sürücü ilə avtomobillərin sifarişi üzrə mobil tətbiq hazırlamış beynəlxalq texnoloji şirkətidir.

Şirkət dünya üzrə 73 ölkənin 450-dən çox şəhərində xidmət göstərir. Azərbaycanda Uber 2015-ci ilin aprel ayından etibarən fəaliyyət göstərir.

Məltəm Talıbzadə

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Uber taksi xidmətindən istifadə edirsiniz? -Sorğu

22-09-2017

Bakıda yarım milyondan çox insan Uber tətbiqindən istifadə edir

31-05-2016

Uber Bakıda yeni xidmət istifadəyə verdi

09-09-2016

Uber Bakıda daha bir yeni xidmət istifadəyə verdi

28-09-2016

Uber və Bravo Bakıda yeni kampaniyaya başlayıb

19-04-2017

Uber Bakıda xüsusi avtomobilləri xəttə buraxıb

18-10-2016

Yeni il gecəsi minlərlə Bakı sakini Uber-dən yararlanıb

05-01-2017

Uber Bakıda istifadəçilərə idman avtomobilləri təqdim edəcək

28-06-2016

“Hər gün 5 milyondan çox Uber səyahəti gerçəkləşir”

19-10-2016

Bakıda hansı daha sərfəlidir: Uber, yoxsa şəxsi avtomobil?

07-10-2016

Uber dondurmaların çatdırılması üzrə kampaniyaya başlayır

13-07-2016

Uber Bakıda idman avtomobilləri ilə xidmətə başladı-Fotolar

04-07-2016

Uber Bakıda sürücüləri mükafatlandırdı

11-09-2017

Uber Bakıda yeni xidmət istifadəyə verdi

28-08-2017

UberX indi daha sərfəli oldu- Qiymətləri endirdi

11-03-2016

Fransa Uber-ə 1.2 milyon avro cəza kəsdi

28-01-2016

Bakıda Uber-in yeni xidməti fəaliyyətə başladı

04-06-2015

Uber-dən istifadə qadağan ediləcək

01-10-2015

Uber Bakıda daha bir yeni xidmət istifadəyə verdi

27-01-2017

Uber Bakıda istifadəçilərə pulsuz şirniyyat çatdıracaq

10-03-2017

Uber Bakıda istifadəçilərə Yeni il yolkaları çatdıracaq

13-12-2016

Bakıda turistlər hansı taksi xidmətindən istifadə edir?

03-04-2017

Uber Bakıda nağd ödəniş sistemini istifadəyə verib

19-07-2016

Mastercard və Uber Bakıda birgə aksiya keçirir

24-04-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə