“Microsoft Azerbaijan” şirkəti Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Microsoft”un əməliyyat sistemlərinin və ofis paketlərinin növbəti versiyalarının Azərbaycan dilinə lokallaşdırılması ilə bağlı danışıqlar aparır.
Martın 15-də"Startup Azərbaycan 2014" Təşkilat Komitəsinin toplantısı keçiriləcək.
Martın 12-də Britaniyanın "Guardian" qəzeti yazıb ki, qlobal şəbəkənin (WWW) ixtiraçısı Tim Berners-Li bütün internet istifadəçilərinin hüquqlarını müdafiə edən xüsusi sənəd hazırlamağı və qəbul etməyi təklif edib.
ABŞ-ın “Emotient” şirkəti “Google Glass” eynəyi üçün “Sentiment Analysis” tətbiqini çıxarıb. “TechCrunch” nəşri yazır ki, proqram eynək sahibinin ətrafında olan insanların sifətindəki emosiyaları müəyyən edir.
İnsanlar üçün kafe, mağaza və digər ictimai yerlərdə açıq “Wi-Fi” şəbəkələri tez-tez istifadəçilərin məlumatlarını, parol və pullarını oğurlayan cinayətkarların fəaliyyət meydançasına çevrilir. Bu barədə Avropa İttifaqının Avropol Polis Xidməti yanında Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin (EC3 – European Cybercrime Centre) rəhbəri Trols Ortinq bildirib. Məxfi informasiya ilə yalnız şəxsi “Wi-Fi” çıxış nöqtəsinə qoşulmuş ev kompüterində işləmək tövsiyə olunur.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi yanında Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib. Toplantıda İctimai - sosial əhəmiyyətli və kütləvi xidmətlərin SİYAHISI” müzakirə edilib.
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu birinci qrant müsabiqəsi elan edib.
Multimedia Mərkəzi tərəfindən keçirilən “Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda Dəyirmi Masa keçirilib.
Multimedia Mərkəzi tərəfindən keçirilən “Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda Dəyirmi Masa keçirilib.
Multimedia Mərkəzi “Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda Dəyirmi Masa təşkil edəcək. Toplantıda mərkəzi və yerli icra orqanlarının informasiya açıqlığı ilə bağlı Monitorinqlərin yekunu haqqında Hesabat təqdim olunacaq.
Ədliyyə Nazirliyi QHT üçün “Fərdi elektron pəncərə” elektron məlumat sisteminin yaradılması ilə bağlı əsas işləri görüb.
Avropa Parlamentində «Azərbaycanda innovasiya və mobil kimlik: Avropaya rəqəmsal inteqrasiyanın yeni növü» mövzusunda konfrans keçirilmişdir. Tədbirdə Azərbaycanda elektron hökumət sahəsində həyata keçirilmiş islahatlar və digər əlaqədar məsələlər müzakirə edilmişdir.
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclasının gələn həftə keçiriləcəyi nəzərdə tutulub. Fonddan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, Müşahidə Şurasının iclasında bu dəfə ilk müsabiqənin elan edilməsi və keçirilməsi məsələləri müzakirə ediləcək.
Ölkənin əsas milli İnternet operatoru - İnternet təchizatçısı Delta Telecom şirkəti istifadə olunan İnternet trafikinin 99%-ni ölkəyə gətirir və təxminən 30 Provayderə, ö cümlədən 3 dövlət Provayderinə satır.
Dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində insanların müxtəlif xidmətlərdən istifadə etmək imkanları asanlaşmış, həmin xidmətlərin keyfiyyət və səmərəliliyi artmış, informasiya cəmiyyətinin dayanıqlı və davamlı inkişafına etibarlı zəmin yaranmışdır.
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Bakıda 2013-cü il - “İnformasiya-kommunikasiya texnologiyaları ili”nin yekunları və ilk telekommunikasiya peykinin orbitə çıxarılmasının birilliyinə həsr olunmuş böyük konfrans keçirilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları