Previous Next
Bağla

Azərbaycanda Kosmik Tədqiqatlar Mərkəzi yaradılacaq

29-04-2015 15:45
Azərbaycanda Kosmik Tədqiqatlar Mərkəzi yaradılacaq

"Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramına və "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq 2020-ci ilədək telekommunikasiya və yerüstü müşahidə peyklərinin də orbitə çıxarılması nəzərdə tutulur".

AMEA-dan Xəbərlər-ə verilən məlumata görə,  bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov  AMEA-nın illik ümumi yığıncağında "Kosmik tədqiqatların Azərbaycanın inkişafında rolu və perspektivləri" mövzusunda elmi məruzəsini təqdim edərkən deyib.

Nazir kosmik tədqiqatların multidissiplinar xarakter daşıdığını, kosmik uçuşlar və avtomatik aparatlar vasitəsilə həyata keçirildiyini deyib. Onun sözlərinə görə, bu tədqiqatlar Yerdən kosmosun, kosmosdan Yerin, həmçinin kosmosdan kosmosun araşdırılması istiqamətlərində aparılır: "Ölkədə kosmik tədqiqatlar Yerin kosmosdan tədqiqi, aerokosmik məlumatların tematik emalı texnologiyalarının yaradılması, kosmik təyinatlı cihazların və aparatların işlənməsi, məsafədən zondlamanın məlumat-ölçü komlpekslərinin yaradılması, zəlzələlərin proqnozlaşdırılması üçün seysmoloji kəşfiyyat sistemlərinin yaradılması, məsafədən zondlama verilənlərindən və GİS-texnologiyalarından istifadə etməklə müxtəlif təyinatlı monitorinqlərin aparılması metodları, e-xəritələrin işlənməsi və digər sahələri əhatə edir".

Məruzəçi bildirib ki, müasir dövrdə kosmik tədqiqatların bir sıra aktual problemləri və prioritetləri var: "Həmin problem və prioritetlər cəmiyyətin, elmin, texnikanın bir çox sahələrini əhatə etdiyindən kosmik texnologiyaların və innovasiyaların inkişaf etdirilməsi, imkanların və perspektivlərin gerçəkləşdirilməsi çox mühüm əhəmiyyətə malikdir. Kosmik texnologiyalar bu gün kommersiyalaşdırılır və dünyada kosmik xidmətlər bazarı formalaşdırılır. Həmçinin, ölkədə sosial, iqtisadi və digər mühüm əhəmiyyət kəsb edən problemlərin müasir yüksək texnoloji həllinə də imkan yaranır".

Akademik bildirib ki, bu istiqamətlərdə Milli Aviasiya Akademiyası, Milli Aerokosmik Agentlik, AMEA-nın Geologiya və Geofizika İnstitutu, Şamaxı Astrofizika Rəsədxanasında müəyyən tədqiqatlar aparılır.

Məruzə dinlənildikdən sonra ümumi yığıncağın qərarı ilə bəyənilib.

Kosmik tədqiqatların inkişaf perspektivləri, mövcud problemlərin həllində oynadığı mühüm rol nəzərə alınaraq AMEA-nın tədqiqatlarının prioritet istiqamətləri siyahısına daxil edilməsi, kosmik araşdırmalar sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və birgə tədqiqatların aparılması üçün beynəlxalq laboratoriyaların yaradılması məqsədəuyğun hesab edilib. Bundan başqa, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və AMEA-nın müvafiq elmi qurumlarının iştirakı ilə milli peyklər vasitəsilə toplanmış məlumatlar əsasında ölkənin strateji maraqlarına xidmət edən məqsədli elmi-innovativ layihələrin həyata keçirilməsi üçün Fəaliyyət Planının tərtib edilməsi, 2016-cı ildə “Kosmik tədqiqatların aktual problemləri” mövzusunda beynəlxalq konfransın təşkili, multidissiplinar kosmik tədqiqatların təşkili üçün AMEA-nın nəzdnində Kosmik Tədqiqatlar Mərkəzinin yaradılması məqsədəuyğun hesab edilməsi qərara alınıb.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Respublikada olan astronomik cihazlar modernləşdirilir

29-06-2016

Azərbaycanda kosmik fəaliyyətin prinsipləri müəyyən olunur

11-05-2023

Yerüstü kosmik infrastruktur üçün xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq

11-05-2023

“Kosmik texnika və texnologiya” ixtisası üzrə bakalavr və magistr hazırlığına başlanması təklif olunur

18-11-2015

“Azərkosmos” İtaliya Aerokosmik Agentliyi ilə əməkdaşlıq edəcək

25-02-2020

Zəlzələni əvvəlcədən proqnozlaşdıran sistem yaradılır

30-11-2015

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022

Azərbaycan Özbəkistanda kosmik sənayenin inkişaf planlarını təqdim edəcək

14-02-2026

Türkiyə Kosmik Agentliyi Azərbaycanla əməkdaşlıq etmək istəyir

10-08-2019

Çili Respublikasının nümayəndə heyəti Azərkosmosda olub

10-09-2022

“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb

25-04-2025

Kosmik Texnologiyalar Konfransı gələn il Özbəkistanda keçiriləcək

24-04-2025

AMEA-da yeni informasiya sistemləri yaradılır

19-01-2017

Azərbaycanda Kosmik məsələlər üzrə Şura yaradılıb

10-07-2010

Azərbaycanda telekommunikasiya peyklərinin orbitə çıxarılmasına dair sərəncam imzalanıb

05-11-2008

Azərbaycanda kosmik fəaliyyətin necə tənzimlənəcəyi məlum olub

11-05-2023

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016

Azərkosmos Beynəlxalq Astronavtika Federasiyasına üzv olub

06-11-2018

«Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı» müzakirə olundu

02-09-2009

“Kosmik otel” fəaliyyətə başlayacaq

21-10-2010

Tianzhou-9 kosmik gəmisi Yerə qayıdıb

07-05-2026

Azərkosmos yeni tədqiqatlar üçün anlaşma memorandumu imzalayıb

23-11-2015

Azərbaycanda kosmik fəaliyyətin subyektləri müəyyən olunur

11-05-2023

Azərbaycan ICESCO-nun Qlobal Kosmos Elmi Forumunda iştirak edib

01-11-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə