Azercell Telekom korporativ müştərilər üçün smartfonların satışı ilə bağlı yeni güzəştli kampaniyaya başlayıb. Bu kampaniya çərçivəsində hər kəs öz tələbatına və imkanına uyğun smartfonu 1 illik kreditə əldə edə bilər.
Xəbərlər-in şirkətdən aldığı məlumata əsasən kampaniyaya qiymətlərindən asılı olaraq 4 növ smartfon daxil edilib. Qiyməti 464 manata qədər olan smartfonları ayda cəmi 55 AZN-ə əldə etmək mümkündür. Bu zaman telefonun modeli və markasının seçimində məhdudiyyət yoxdur.Kampaniyaya daxil edilən digər smartfonları da hər ay 66 AZN, 88 AZN və ya 99 AZN ödəməklə əldə etmək olar.
Ümumilikdə, kampaniya çərçivəsində qiyməti 992 AZN-ə qədər olan smartfon əldə etmək olar.
Kreditli satışla bərabər Azercell 1 il müddətində hər ay abunəçiyə ölkədaxili danışıqlar üçün 200 dəqiqə, 2 GB internet və 200 SMS hədiyyə edir. Bu bonuslardan bir ay müddətində yararlanmaq mümkündür.
Qeyd edək ki, paketə daxil olan bonusların istifadə edilməyən hissələri növbəti faktura ayına keçmir.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri