Previous Next
Bağla

“Windows 10” sistemi ilə işləyən qurğuların sayı bir milyarda çatacaq

30-04-2015 10:25
“Windows 10” sistemi  ilə işləyən  qurğuların sayı bir milyarda çatacaq

2018-ci maliyyə ilinədək "Windows 10” əməliyyat sisteminin quraşdırılacağı qurğuların sayı bir milyardı ötəcək.

Xəbərlər RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, bu barədə “Build 2015” proqram tərtibatçıları konfransının açılışında “Microsoft” korporasiyasının əməliyyat sistemləri üzrə vitse-prezidenti Terri Mayerson deyib.

“Biz sistem istifadəyə verildikdən iki-üç il sonra onun bir milyard qurğuda quraşdırılacağını gözləyirik. Dünyada əməliyyat sistemlərinin heç bir versiyası bu qədər istifadəçi bazasına malik deyil”, - vitse-prezident bildirib. O, həmçinin “Android” və ya “iOS” mobil əməliyyat sistemlərinin ayrıca buraxılışlarının indiyədək bu səviyyəyə çatmadığını vurğulayıb. ABŞ korporasiyası üçün 2018-ci maliyyə ili 2017-ci ilin iyulundan başlayır.  

Rəqibləri barədə danışan T.Mayerson xatırladıb ki, “Apple” ilə işləyən tərtibatçılar “iOS “ və “OS X”, "Google” ilə işləyəndə "Android” və “Chrome” arasında seçim etməli olurlar. “Microsoft” isə kompüter, mobil və daşınan qurğularla, “Xbox” və hətta "Hololens” əlavə reallıq eynəyi ilə uyğunluq təşkil edən universal əməliyyat sistemi ideyası ilə tərtibatçıların diqqətini iki mobil platformadan yayındırmaq istəyir.

“Biz “Windows”u tərtibatçılar üçün tarixdə ən cəlbedici platformaya çevirmək niyyətindəyik”, - “Microsoft”un baş direktoru Satya Nadella deyib. 

Bu məqsədlə korporasiya əlavələrin satılması üçün yeni imkanlar təqdim edir. Hazırda “Windows Store” mağazasında mobil telefonun hesabından bank kartından istifadə etmədən proqramlar üçün ödənişləri həyata keçirmək olar. Bundan başqa, artıq “iOS” və “Android”də istifadə olunan modelin abunə üzrə yayılması nəzərdə tutulur. “Microsoft” həmçinin reklam platformasını yeniləyib.

Korporasiya korporativ istifadəçilər üçün əlavələr mağazasının "Windows Store for Business” versiyasını da təqdim edib. 

Xeberler.az 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Windows 10 əməliyyat sistemi bu gündən istifadəyə verildi

29-07-2015

Windows 10 sistemi Android əlavələrini dəstəkləməyə başlayıb

04-10-2018

«Microsoft» iki ildən sonra «Windows 8» sistemini istifadəyə verəcək

25-10-2010

Windows 10 İnternetin sürətini zəiflədə bilər

30-07-2015

Microsoft yeni əməliyyat sistemi hazırlayır

31-01-2017

“Microsoft” korporasiyası “Android” sistemindən böyük mənfəət götürür

09-11-2013

“Windows 10 bir ayda 75 milyon qurğuda quraşdırılıb”

27-08-2015

Stiven Elop və üç top-menecer “Microsoft”u tərk edəcək

18-06-2015

"Windows 11"in buraxılacağı tarix açıqlanıb

29-06-2021

Windows 10-da məlumatlara giriş üçün icazə tələb olunacaq

18-09-2017

Android istifadəçilərinin sayı açıqlanıb

19-05-2017

«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

06-08-2008

«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

23-07-2008

“Windows Phone 7”nin təqdim olunacağı vaxt açıqlandı

06-10-2010

Microsoft yeni Windows 7 əməliyyat sisteminin ilk beta versiyasını ictimaiyyətə təqdim etdi

08-01-2009

Microsoft Windows XP-nin ömrünü uzadır

06-10-2008

“Windows Phone 7”nin ilk yenilənməsi buraxılıb

23-02-2011

iOS tətbiqlərindən Windows istifadəçiləri də yararlanacaq

10-08-2015

Skype bəzi Android telefonlarda yenilənmiyəcək

23-07-2016

Microsoft "Windows Store"da bu ödənişi ləğv edib

11-09-2025

Bu cihazlarda WhatsApp işləməyəcək

11-12-2019

“Windows 10 Mobile” nə vaxt təqdim olunacaq?

30-07-2015

Microsoft yeni əməliyyat sistemi təqdim edir

03-10-2008

Microsoft və Yandex əməkdaşlıq edəcək

13-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə