“Microsoft” korporasiyası “Windows Phone 7” mobil əməliyyat sistemi ilə idarə olunan 1,5 milyon smartfonun satıldığını elan edib. Bu göstəricini şirkət satışa çıxarılma tarixindən iki ay sonra əldə edib.
Azərbaycanda rəqəmsal televiziya yayımına keçid prosesi tam başa çatandan sonra ölkə əhalisi heç bir əlavə qurğu və ya avadanlıqların köməyi olmadan onlarla yerli və xarici kanalları izləyə biləcək.
Dünyanın ən iri proqram təminatı istehsalçısının hazırladığı interaktiv elektron məktublar sistemində yeni servis vasitəsilə göndərilmiş və qəbul edilmiş bütün məktublar tam interaktiv şəkildə olacaq. Yetərincə funksionald və rahat təsir bağışlayan dizayna malik sistem veb-səhifələrə bənzəyir.
Azərbaycanın mobil rabitə operatoru Nar Mobile, "Nar Mobile-dan Hədiyyə Yağışı!" SMS kampaniyasının ilk qaliblərini elan edib. 29 noyabr 2010-cu il tarixindən başlayaraq "Nar Mobile-dan Hədiyyə Yağışı!" SMS kampaniyasında iştirak edən Nar Mobile abunəçiləri inanilmaz hədiyyələr - hər gün Nokia N97 Mini mobil telefonları, hər həftə 5 min manat və sonda əsas priz - 50 min manat nağd pul qazanmaq imkanlarını əldə edirlər.
Yeni il bayramının gəlişini ən çox uşaqlar istəyirlər. Bu bayramda körpələr Şaxta Babadan müxtəlif hədiyyələr diləyir, həvəslə sürprizlərin yolunu gözləyirlər. “Park Bulvar” alış-veriş mərkəzinin təmənnasız ayırdığı yerlərdə “Azercell Telekom” MMC-nin təşəbbüsü ilə bəzədilən yeni il ağacları valideyn himayəsindən məhrum olan uşaqların “Yeni il arzuları”nı gerçəkləşdirmək niyyətindədir. Bu il ilk dəfə uşaq evlərində yaşayan balalar üçün keçirilən “Onlar da hədiyyə gözləyirlər...”
Dekabrın 21-də “Land Mark” Biznes Mərkəzində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin 2010-cu ilin yekunlarına həsr olunmuş tədbiri keçirilib.
Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell”, telekommunikasiya korporasiyası olan “Alcatel-Lucent” və tədris sahəsində fəaliyyət göstərən “Junior Achievement” şirkətləri Azərbaycan mobil telekommunikasiya biznesinə aid yeni internet portalı təqdim edib. “Bakcell”dən verilən məlumata görə, www.imtb.mobi portalı vasitəsilə “Mobil Telekommunikasiya Biznesinə Giriş” proqramında iştirak edən tələbələr məsafəli tədris istifadə etmək imkanı əldə edəcək. Proqramda iştirak edəcək tələbələrin seçimi və
Bloqçular şəbəkəsi tərəfindən keçirilmiş Sosial bloq yazıları müsabiqəsi nəticələrinin təqdimatı keçirildi
Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti CİN abunəçiləri üçün yeni bonus kampaniyasına başlayıb. Şirkətdən verilən xəbərə görə, hazırda heç bir bonus kampaniyasında iştirak etməyən və kampaniya müddəti ərzində nömrələrini yenidən aktivləşdirən CİN abunəçiləri dekabrın 20-dən etibarən “Bakcell”dən hər ay 25 şəbəkədaxili bonus dəqiqəsi hədiyyə alacaqlar.
Dekabrın son dekadası ərzində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC regionlarda bir sıra yeni tikilmiş poçt şöbəsi binalarının istifadəyə verilməsini planlaşdırır. Nazirlikdən verilən məlumata görə, dekabrın 22-23-də Lerik (Veri və Züvüc kəndləri) və Gədəbəy (Dəyirmandağ və Qaramurad kəndləri) rayonlarında poçt şöbələri üçün yeni binalar istifadəyə veriləcək.
Azərbaycanda estrada janrında mahnı bəstələyən yaradıcı insanların əməyini qiymətləndirmək və peşəkarlıq səviyyəsini inkişaf etdirmək məqsədilə üçüncü ildir keçirilən “Bakı gecələri-2010” Estrada Mahnı Festivalının on-line səsverməsi dekabrın 21-də başa çatacaq.
Bu ilin 10 ayı ərzində Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları və poçt sahəsinin ümumi gəlirləri 1042,8 milyon manat təşkil edib.Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, ötən ilin həmin dövründə əldə olunan 933,7 milyon manatlıq göstərici ilə müqayisədə İKT və poçt sektorunun gəlirləri 35,1 faiz artıb.
Erməni Diasporu qondarma soyqırım qanununun Amerika Nümayəndələr Məclisi Xarici Əlaqələr Komitəsinin gündəminə gətirmək üçün kampaniya başladıb. Kampaniyaya "ən çılpaq dəstək" isə ABŞ-da yaşayan erməni şou ulduzu Kim Kardashiandan gəlib. Soyqırım iddialarına dəstək olan erməni porno ulduz Kim Kardashian, bu dəfə Amerikan Professional Basketbol Liqasının əfsanəvi oyunçularından Kobe Bryantı Kobeyə qarşı Twitterdə kampaniyaya başlayıb.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin təşəbbüsü ilə “Facebook” sosial şəbəkəsində “Demokratiya hərəkatı” adlı qrup yaradılmışdı. Qrupun yaradılmasında məqsəd virtual məkanda aktiv olan insanları bir araya gətirmək, onların virtual həyatdan çıxıb real həyatda müzakirələr aparmasına nail olmaqdır. Dünən Azərbaycan İnsan Hüquqları Evində Demokratiya Hərəkatının ilk görüşü baş tutub.
Bir müddət əvvəl şərti azadlığa buraxılan gənc bloqçular Adnan Hacızadə və Emin Milli necə reabilitasiya keçirlər? Hazırda nə işlə məşğuldurlar? 17 aylıq qapalı rejimdə yaşamaqdan sonrakı həyat onlara necə təsir edir? “Media forum” saytına danışan Adnan Hacızadə hazırda müalicə kursu keçdiyini və hələlik heç bir işlə məşğul olmadığını bildirib. O, əsəb sisteminin pozulmasından əziyyət çəkdiyini deyib: “Hazırda müalicəm davam edir, xeyli irəliləyiş var və özümü daha yaxşı hiss etməyə başlayıram”.
“Microsoft” korporasiyası “Windows Live Hotmail” poçt servisi üçün “Active View” adlı yeni elektron məktub platformasını istifadəyə verib.
Loqo elektron qrafik formatda və ya kağız üzərində işlənmiş təsvirdən ibarət olmalıdır
Yeni “iPhone app” mobil telefonunun “WordLens” programı inanılmaz imkana malikdir. “WordLens” programı yeni “iPhone app” mobil telefonunun kamerası vasitəsilə qarşısına çıxarılan hər bir sözü, cümləni və hətta mətni belə dərhal tərcümə edir. Tərcümə proqramı ispan-ingilis, ingilis-ispan dilləri üçün nəzərdə tutulub. Yeni “iPhone app” mobil telefonu turistlər üçün
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları