Böyük Britaniyanın məşhur “Times” qəzetinin saytına bu gündən giriş pullu olub. Xeberler.az-ın BBC-yə istinadən xəbər verir ki, yalnız qəzetin kağız versiyasına abunə yazılanlar saytda pulsuz daxil ola biləcəklər.
Facebook sosial şəbəkəsində yayılan təhqir və söyüşlərin səbəbi bilinib. Türk dilində söyüşləri İnci Lüğət adlanan qrupun üzvləri yayıb. Belə ki, qrup üzvləri Facebook Translate səhifəsinə daxil olub və sözləri istədikləri kimi tərcümə ediblər. Nalayiq ifadələr qısa müddət ərzində Facebookda yayılıb.
Finlandiya internetə genişzolaqlı çıxışın hər bir vətəndaşın ayrılmaz hüququ olan ilk ölkə olub. Bu gündən etibarən bu ölkənin 5,3 milyon vətəndaşının hər birinin Qlobal Şəbəkəyə saniyədə 1 Mbit sürətlə daxil olmaq hüquq var.
Dünyanın ən məşhur sosial şəbəkəsi olan Facebookda son günlər əxlaqsız sözlər yayılmağa başlayıb. Facebookdan türk dilində istifadə edən istifadəçilər saytı açan kimi söyüşlərin, təhqirlərin şahidi olurlar.
“Elektron məktəb” layihəsi çərçivəsində tədris müəssisələri arasında effektiv kommunikasiyaların təşkil olunması üçün videozənglər quraşdırılacaq. Məktəblər Azərbaycanın təhsil şəbəkəsinə (AzEduNet) fiber-optik kabellə qoşulur, videozənglər isə İP-telefoniya vasitəsilə həyata keçiriləcək.
Azərbaycanın öndə gedən mobil operatorlarından olan Azercell Telecom yeni kampaniyaya start verib. Azercellə Prefiksli zənglə bu yay daha həyəcanlı olacaq. Azercell abonentlərinə etdiyiniz bütün zənglər zamanı nömrənin əvvəlində #88#050 və ya 051 kodunu yığsaz çox sərfəli qiymətlə danışa biləcəksiniz.
Azərbaycanda diffamasiya haqqında qəbul olunmuş qanun mətbuat azadlığı sahəsində ciddi irəliləyişlərə çevriləcək, - ATƏT-in KİV-in azadlığı üzrə keçmiş nümayəndəsi Mikloş Xaraşti çərşənbə günü Bakıda "Yeni mətbuat erasının dəyərləri" adlı konfrans-seminarın açılışında deyib.
Bu barədə mətbuata Rabitə və Informasiya Texnologiyaları naziri Əli Abbasov məlumat verib. 2012-ci ildən etibarən Azərbaycan rəqəmsal televiziyaya keçəcək. Bununla bağlı təkliflər hazırlanır. Rabitə və Informasiya Texnologiyaları naziri Əli Abbasov deyib ki, bu sistemə keçid keyfiyyəti artırmaqla yanaşı, yeni xidmətlərin göstərilməsinə də şərait yaradacaq.
Futbol üzrə Dünya Çempionatında ən yadda qalan məqam sözsüz ki, afrikalıların milli aləti olan Vuvuzelanın sesi oldu. Vuvuzela ilk gündən tənqid atəşinə tutulsa da, CARlılar inadlarından dönmədilər. İndi isə Vuvuzelanın səsi Youtube-dən gəlməyə başlayıb.
Bazara çıxarıldığı gündən reklam və satış rekordları qıran “iPhone 4” telefonunun maya dəyərlərı açıqlanıb. AA müxbirinin “iSuppli” hesabatına əsasən əldə etdiyi məlumatlara görə, yeni telefonun istehsalı 187 dollar 51 sentə başa gəlib.
Kişi idman növü olaraq göstərilən futbolun dünyada kifayət qədər qadın pərəstişkarı var. Türkiyədə də fanat qadınlar az deyil. Onlar bugünlərdə yığışaraq yeni futbol saytı açıblar. Biyiksizlar.com adlanan saytın bütün xəbərlərini yalnız qadınlar hazırlayacaq. Bu sayt qadın gözüylə futbola baxmaq istəyənlər üçün hazırlanıb. Saytda köşə yazarları da yalnız xanımlar olacaq.
2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyunun 25-dən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər.
Sabah Media Mərkəzində “Sosium”-sosial bloq müsabiqəsinin qaliblərini elan etmək və mükafatlandırmaq məqsədilə tədbir keçiriləcək. Tədbirdə YazYay Məktəbi layihəsinin məzunları, media nümayəndələri, Avropa Tələbələr Forumunun prezidenti və müsabiqə münsiflərinin iştirakı gözlənilir.
Bugün Bakıda yerli jurnalistlər və jurnalist təşkilatlatının əməkdaşları üçün “Yeni Media erasının dəyərləri” mövzusunda konfrans və seminar keçirilib. Seminar media qanunvericiliyi və söz azadlığı ətrafında panel-debat və müzakirələrlə başlayıb.
Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov elektron KİV-in lisenziyalaşdırılması planı barədə şayiələri əsassız sayıb. "Belə bir planımız yoxdur və heç vaxt bu barədə heç nə elan etməmişik", -
Tədbir çərçivəsində «Xalq Kompüteri» layihəsinin əsas mərhələsinin başlanması haqda razılaşma imzalanıb. Layihənin yeni mərhələsi «Microsoft Azərbaycan», Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Təhsil Nazirliyi, «Hewlett Packard», «Ultra» və «Bestcomp» şirkətləri reallaşdıracaq.
Böyük Britaniya hakimiyyəti yaxın zamanda ölkənin müxtəlif dövlət strukturlarının bütün 820 saytını nəzərdən keçirəcək və vətəndaşlara daha az fayda gətirən resursların fəaliyyətini dayandıracaq. Bu barədə Böyük Britaniya Nazirlər Kabinetinin Katibliyinin rəhbəri Frensis Mod bəyan edib.
Sayta 1 gündən artıq müddətdə giriş mümkün olmayıb Son 1 gün ərzində Qaynar.info Milli Xəbər Portalının yerləşdiyi serverə davamlı haker hücemları olub. Saytın texniki rəhbərliyi hücumların qarşısını ala bilmədiyi üçün, portalın sıradan çıxmasının qarşısını almaq məqsədi ilə serveri söndürüblər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları