Previous Next
Bağla

Qeydiyyatdan keçməyən fərdi məlumatların işlənilməsinə görə cərimə tətbiq ediləcək

12-09-2013 15:33
Qeydiyyatdan keçməyən fərdi məlumatların işlənilməsinə görə cərimə tətbiq ediləcək
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) Dövlət İnformasiya Ehtiyatlarının və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrlərinə daxil edilmiş məlumatlarla bağlı növbəti statistikanı açıqlayıb.
 
Xəbərlər-in verdiyi məlumata görə, 2013-cü il sentyabrın 1-nə bütün qurumlar üzrə dövlət informasiya ehtiyatlarının sayı 35, fərdi məlumatların informasiya sistemləri 80 olmaqla, cəmi 115-dir. 
 
Qeyd edək ki, www.e-gov.az portalında yaradılan bu xüsusi bölmə Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə” və “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”nın icrasını təmin etmək məqsədilə yaradılıb.
 
Bölmə vasitəsilə dövlət informasiya ehtiyatları və fərdi məlumatların informasiya sistemləri üzrə yeni məlumatların reyestrlərə daxil edilməsi, reyestrlərdə mövcud olan məlumatlarda dəyişiklik edilməsi və ya ləğv edilməsi üçün elektron müraciətlərin göndərilməsi, kargüzarlığın aparılması, müraciətlərin icrası və mülkiyyətçilərin müvafiq qaydada məlumatlandırılması nəzərdə tutulur.
 
Yaradılan reyestrlər həmçinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanından irəli gələn vəzifələrin tam şəkildə icrasının təmin olunması üçün də vacibdir. Əsasnamənin 13-cü bəndinə əsasən yeni yaradılan, quruluşunda dəyişikliklər aparılan, fəaliyyəti dayandırılan informasiya ehtiyatları haqqında məlumatların Dövlət Reyestrinə daxil edilməsi və ya müvafiq düzəlişlərin edilməsi üçün lazımi sənədlər (müraciət ərizəsi və qeydiyyat kartı) müraciət edən tərəfindən 20 gündən gec olmayaraq Reyestrin operatoruna təqdim edilməlidir.
 
Nazirlər Kabinetinin 17 dekabr 2010-cu il tarixli 237 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınması tələb olunmayan fərdi məlumatların informasiya sistemləri”nin müddəalarına uyğun olaraq, tərkibində 1000 və daha artıq subyekt barədə fərdi məlumatlar olan informasiya sistemləri məcburi qaydada dövlət qeydiyyatına alınmalıdır.
 
Bununla əlaqədar olaraq, mərkəzi icra hakimiyyəti orqanlarından, habelə onların strukturuna daxil olan və ya tabeliyində olan struktur bölmələrdən, müəssisələrdən, agentliklərdən, otellərdən, təhsil-tədris mərkəzlərindən və təşkilatlardan mülkiyyətçisi olduğu və qanunvericiliklə dövlət reyestrlərində qeydiyyata alınması tələb olunan dövlət informasiya ehtiyatları və fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması məqsədilə RİTN-in Məlumat-Hesablama Mərkəzinə müraciət etməlidirlər.
 
Əks halda, İnzibati Xətalar Məcəlləsinin 181-4-cü maddəsinə əsasən, fərdi məlumatlar haqqında qanunvericiliklə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə görə 300 manatdan 500 manatadək cərimə tətbiq ediləcək.
 
 
 
Xeberler.az
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət informasiya ehtiyatları və fərdi məlumatlarla bağlı yeni statistika açıqlanıb

17-05-2014

Prezident İlham Əliyev fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması qaydalarını təsdiq etdi

05-10-2010

MHM dövlət reyestrləri ilə bağlı planlarını açıqlayıb

29-07-2015

Azərbaycanda informasiya sistemlərinin texniki tələblərə uyğunluğu yoxlanılır

21-02-2015

"Dövlət Xidmətlərinin Elektron Reyestri" haqqında Əsasnamə" təsdiqlənib

06-05-2026

Dövlət qurumlarında informasiya ehtiyatlarının və sistemlərinin monitorinqi keçiriləcək

25-05-2015

MHM monitorinqdən əvvəl sorğu aparır

11-06-2015

Elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları təsdiqlənib

04-08-2025

“Elektron Tikinti Portalı” altsistemi yaradılacaq

14-06-2023

“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradılır

11-07-2025

Enerji effektivliyi informasiya sisteminin operatoru məlum olub

15-01-2026

Prezident İlham Əliyev fərman imzaladı

13-09-2018

Daha bir qurum “Elektron Hökumət” portalına qoşulur

21-10-2015

Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu təsdiqlənib

20-07-2023

Xarici ticarətlə bağlı "Bir pəncərə" informasiya sistemi yaradır

15-12-2025

Azərbaycanda dövlət informasiya sistemlərinin təhlükəsizliyinə dair qanun layihəsi hazırlanıb

13-08-2014

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradılıb

25-11-2025

“e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək

19-04-2025

İKTA operator və provayderlərin fəaliyyətinin uyğunluğunu nəzərdən keçirib

04-03-2026

ETX fərdi məlumatların mühafizəsi sahəsində layihəyə start verib

26-05-2026

“Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiqlənib

12-08-2025

"Vahid elektron arxiv" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib

28-04-2026

Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

07-02-2013

DOST RİM fərdi məlumat və informasiya sistemləri ilə bağlı fəaliyyət üzrə lisenziya alıb

01-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə