Previous Next
Bağla

Milli peykin resurslarından mobil rabitə operatorları və banklar da yararlana bilər

11-09-2013 12:59
Milli peykin resurslarından mobil rabitə operatorları və banklar da yararlana bilər
Azərbaycanın milli telekommunikasiya peykinin resurslarından mobil rabitə və bankçılıq sahəsində çalışan şirkətlər istifadə edə bilərlər.
 
 
Azərkosmos“dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, milli peykin resurslarından ucqar ərazilərdə bank-maliyyə xidmətləri göstərmək istəyən banklar yararlana bilər.
 
Misal üçün, banklar yerüstü rabitə infrastrukturu olmayan və ya olduğu halda istifadəsi baha başa gələn dağlıq ərazilərdə yerləşən yaşayış məntəqələrində öz bankomatlarını və ya xidmət ofislərini quraraq  onları peyk rabitəsinə əsaslanan VSAT şəbəkəsi vasitəsilə baş ofislərlə əlaqələndirə bilər.
 
Qeyd edək ki, dünya təcrübəsində banklar peyk rabitəsi həllərinin fəal istifadəçisidirlər. Misal üçün, Cənubi Afrikanın aparıcı banklarından olan “Absa Bank” 800-ə yaxın məntəqədə özünün 1200-dək bankomatının fəaliyyətini peyk rabitəsinə əsaslanan VSAT şəbəkəsi vasitəsilə təmin edir. Hindistanda isə ölkə üzrə fəaliyyət göstərən müxtəlif bankların 30 minədək bankomatı VSAT xidmətlərindən istifadə edir”,- deyə “Azərkosmos”dan bildiriblər.
 
Eyni imkanlar mobil rabitə operatorları üçün də mövcuddur: operatorlar üçün şəbəkənin zəif tutduğu və ya tutmadığı məntəqələrdə əlavə tikiləcək yeni qüllələr üçün fiber-optik xətlər çəkməyə və ya çoxsaylı ara qüllələr tikməyə ehtiyac qalmır. Bunun əvəzində mobil operatorlar son təyinat nöqtəsində sadəcə bir qüllə inşa edərək və orada VSAT peyk antenası quraşdıraraq mərkəzi ATS-lə peyk üzərindən rabitə yaradıb nəticədə keyfiyyətli və kəsintisiz əhatə dairəsini təmin edə bilərlər. Bu zaman operatorlar çoxsaylı qüllələrin tikintisinə, onların yerüstü elektrik və rabitə xətləri vasitəsilə əlaqələndirilməsinə və bütün bu infrastrukturun sonrakı dəstəklənməsinə çəkiləcək məsrəflərə qənaət etmiş olurlar. Göründüyü kimi, peyk rabitəsi bu sahədə yüksək rəqabətqabiliyyətli həllər təklif edir. Məhz bu səbəbdən, Afrika qitəsinin bir çox ölkələrində fəaliyyət göstərən “Vodafone”, “MTN” və “Millicom” kimi nəhəng telekommunikasiya şirkətləri mobil şəbəkəni təmin etmək məqsədilə çətinkeçilən ərazilərdə əsas rabitə kanalı kimi, digər yerlərdə isə rezerv kanal qismində peyk rabitəsindən istifadə edir.
 
Ümumiyyətlə, əsasən dağlıq relyefə malik olan və ya çoxsaylı adalar qrupundan təşkil olunmuş dünyanın bir sıra regionlarında (Latın Amerikası, Karib hövzəsi ölkələri, Cənub-Şərqi Asiya regionu) peyk rabitəsi mobil rabitə şəbəkəsinin təmin edilməsində aktual rol oynayır. Peyk rabitəsinin dünyada effektiv tətbiq olunduğu sahələrdən həmçinin neft-qaz sənayesini, səhiyyəni (teletibb xidmətləri), təhsil sahəsini qeyd etmək mümkündür.
 
 “Azərkosmos” peyk rabitəsindən yararlanmaq istəyən müəssisə və şirkətlər üçün müvafiq xidmətləri təmin etməyə hazırdı.(ictnews.az)
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərkosmos” data xidmətləri üçün peyk tutumu təklif edir

26-08-2013

Milli peykin resurslarından səhiyyə, təhsil, rabitə və digər sahələrdə istifadə mümkündür

15-08-2013

“Azərkosmos”la “Gilat” birgə müqavilə imzaladı

04-12-2014

“İntersputnik” Azərbaycanla əməkdaşlığa hazırdır

15-04-2009

Peykimiz Afrika və Yaxın Şərqi rabitə ilə təmin edəcək

06-05-2015

Azərbaycan və Türkiyə əməkdaşlıq razılaşması imzalayıb

07-05-2026

“Azərkosmos” Kenya ilə əməkdaşlığa başladı

24-01-2023

Peyk rabitəsi üzrə seminar keçirilib

03-10-2015

Azərkosmos ilə Rusiya Peyk Rabitəsi əməkdaşlıq müqaviləsi imzalayıb

06-12-2019

“Azərkosmos” “Teleport Uydu Hizmetleri” şirkəti ilə əməkdaşlığa başladı

02-12-2014

Daha bir ölkə “Starlink” peyk rabitəsinə qoşulub

05-02-2026

Laçında peyk internet platforması quraşdırılıb

22-11-2023

“Azərkosmos” ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

16-04-2020

Azərbaycanın peyk interneti platforması mükafata layiq görülüb

15-05-2025

"Azərkosmos" Afrikanın 17 ölkəsinə xidmət göstərəcək

23-05-2023

Milli peyklə bağlı üç ölkə ilə müqavilə imzalanacaq

23-07-2010

“Azərkosmos” ASC-də qanvermə aksiyası keçirilib

19-11-2014

Azərbaycanın ucqar kəndlərində yüzlərlə məktəbi peyk interneti ilə təmin edəcək

05-12-2018

Şərqi Afrikaya optik lif rabitə xətləri çəkiləcək

20-08-2008

ABŞ-da “AzərSat” peykinin texniki parametrləri müzakirə ediləcək

22-01-2011

“Azərkosmos” Belçika şirkəti ilə müqavilə imzaladı

12-01-2021

“Azərkosmos” “Azconnexus” peyk internet platformasını istifadəyə verib

20-04-2021

"Azərkosmos" DIFI Konsorsiumuna üzv olub

08-05-2026

Azerspace 2-nin yeni istehsalçısı seçilib

21-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə