Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər ki, bu il Bakı telefon şəbəkəsinin elektronlaşdırılması başa çatdırılacaq.
Azərbaycanın ilk CDMA operatoru olan “CATEL” şirkəti “FONEX” ticarət nişanı ilə bağlı yeni marketinq kampaniyası keçirir.
Xakerlər fevralın 7-də şirkətin Amerika saytında yaranan nasazlıqdan istifadə edərək resursun məlumat bazalarının siyahısını yayıblar. Guya bu məlumatlar istifadəçilər haqqında informasiyalar, məhsullarda olan səhvlərin və internet-mağazaların aktivləşdirmə kodlarıdır.
Saytda inglis və rus dillərində də materiallar yerləşdiriləcək. Saytda məhşur kommunistlərinin elmi əsərləri, fotoları və səs yazıları yerləşdirilib.
«Symantec» şirkəti bir vaxtlar kompüterin işinin optimallaşması üçün məşhur toplu olan «Norton Utilities»in bərpası haqqında məlumat yayıb. «Norton Utilities»in son versiyası 2002-ci ildə buraxılıb və həmin vaxtdan onun komponentləri «SystemWorks» adlı daha yüksək qiymətli məhsula birləşdirilib.
Müştərilərə göstərilən poçt xidmətlərindən istifadənin daha da asanlaşdırılması, o cümlədən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azərpoçt” Bakı şəhərində yeni xidmət növü təşkil edib.
İstifadəçilərini təkraredilməz texniki dəstək təcrübəsi ilə təmin etmək məqsədilə HP istifadəçilərin on-layn rejimində suallara tez və səmərəli cavab almalarına kömək etmək üçün yeni və yenilənmiş proqram seriyaları təqdim edir.
Azərbaycanın «AZEL» və ABŞ-ın «Cisco Systems» şirkətləri Bakıda birgə seminar keçirib.Tədbirdə «Cisco»nun sistem mühəndisi Fuad Mayılov məlumatların işlənilməsi mərkəzlərində (Data Center) mühafizə şəbəkələri (SAN) üçün yeni texnologiyanı təqdim edib.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) Bakı və Abşeron üzrə 105,5 MHz işçi tezliyi üçün elan etdiyi müsabiqənin qalibi “Media FM” radiosu sabah saat 10. 55-dən 24 saatlıq yayıma başlayır.
May ayının sonunda Los-Ancelesdə informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə Azərbaycan-Amerika forumunun keçiriləcəyi gözlənilir.
“AzEuroTel” şirkəti yaxın günlərdə İnternet qiymətlərində endirim edəcək. Bu barədə şirkətdən məlumat verilir.
Son iki ildə Şəmkirdə fəaliyyət göstərən 38 poçt şöbəsindən 15-i müasir standartlara cavab verən yeni binaya köçürülüb.
Azərbaycan İnternet Forumunun müşahidələrinə görə, son zamanlar aşağı sürətli ADSL tarifləri (64, 128 kbit/s) azalmağa başlayıb.
Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutunda elektron xəstəlik vərəqi, fotorobot və daxili əlaqəli “Ortoped” kimi üç proqram modullarından ibarət olan “İntelSys” intellektual sistemi işlənib.
Bu gün Təhsil Nazirliyi Zərifə Əliyeva adına orta məktəbə “Elektron məktəb” layihəsinin icrası üçün elektron lövhə, proyektor və notbuklar təqdim edib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və İctimai Televiziyanın birgə layihəsi olan “Virtual rinq” intellektual televiktorinasının növbəti mövsümü başlayır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları