Siemens sənaye konserni özünün Fujitsu Siemens Computers şirkətindəki payını Avropanın personal kompüter, server və noutbuk istehsalçılarına sataraq kompüter biznesi sahəsindən tamamilə çıxmaq niyyətindədir.
Rəqabətə zərərli olduğu əsasilə ara verilən Google-Yahoo internet reklam ortaqlığı reallaşacaq kimi görünür.
Googlun icarçı direktoru Erik Şmit bəyan edib ki, onun təmsil etdiyi şirkət istənilən halda Yahoo ilə reklam əməkdaşlığını təxirə salmayacaq.
NPD Group tərəfindən aparılan statistik hesablamalara əsasən, ötən ay Apple noutbuk satışında illik artıma nail olub. Beləliklə, Apple cari ilin ikinci rübündə, Şimali Amerikada noutbuk satışı üzrə 10,6% göstərici əldə edib. Bu da illik artımın fantastik - 60 % olmasına gətirib çıxarıb.
Windows 7 əməliyyat sisteminin beta versiyası bu ilin sonunda işıq üzü görə bilər. Windows Vista-nın davamçısı olacaq Windows 7 platformasının ilk modofokasiyaları Professional Developers Conference (PDC) oktyabr konfransında, eləcə də, noyabrda keçiriləcək Windows Hardware Engineering Conference (WinHEC) tədbirində nümayiş olunacaq.
Adobe Systems şirkəti Flash formatında videomaterialları konversiya etmək üçün yeni proqram anons edib. Rəsmi təqdimatı cari ilin sonuna qədər olacaq məhsul, Adobe Flash Media Encoding Server adını alıb və Windows Media, eləcə də, digər formatların istifadəçilərinə Adobe platformasına miqrasiyanı sadələşdirmək imkanı verir.
comScore şirkəti ABŞ-da axtarış serverlərinin reytinqini açıqladı. Avqust ayında Amerika istifadəçiləri internetdə 11,7 milyard axtarış keçiriblər. Bu göstərici iyul ayının göstəricilərindən demək olar ki, fərqlənmir.
Gün keçdikcə internetin sürəti daha da artır.Təbii ki, müasir standardlar bu sürətə cavab vermədiyindən bir şox şirkətlər sistemləri təkmilləşdirmək yolunda cəhdlər edirlər.Yeni normalar gəldiyi təqdirdə isə milyonlarla modem istifadədən çıxmalı olacaq.
Internetdə yeni dörd portlu diskli, miniatür, ağ rəngli telefon formasında USB-xab şəkilləri yayılıb. Belə ki, 9, 7, 5 və 3 rəqəmləri diskdə yoxdur.
Microsoft Pioneer şirkəti ilə lisenziyalı müqavilə imazalayıb. Müqavilənin şərtlərinə görə şirkətlər patentləşmiş texnologiyalarını bir-birlərinə həvalə edəcəklər. Bu ilk növbədə GPS naviqasiya sistemləri və televizorlara aiddir.
İngiltərə mətbuatının yazdığına görə Microsoftun sahibi, dünyanın ən varlı adamlarından olan Bill Qeyts Nyukasl Yunayted klubunu almaq fikrindədir.
Texnalogiya jurnalı olan “Stuff”ın hər il keçirdiyi ilin cihazı mükafatlarında, böyük oxucu kütləsinin səsini qazanan cib telefonu ilə müsiqi və videosu olan iPhone 3G “diqqət mərkəzində olan bir cib telefonunun daha sürətli, daha ağıllı versiyası” kimi nümayiş edildi.
Cray və Microsoft şirkəti yüksək səmərə tələb edən istifadəçilər üçün əlverişli qiymətə klasterlər təqdim ediblər. Cray CX1 kompüterləri 8 bleyd-serverə qədər və 16 ikinüvəli və ya dördnüvəli İntel Xeon prosessorları ilə konfiqurasiya oluna bilər.
The Wall Street Journal-ın yazdığına görə, Android platformasında olan ilk mobil telefon 199 dollara satılacaq. Onu 23 sentyabrda Tayvan korporasiyası NTS buraxacaq. ABŞ-da telefon, T-Mobile ilə müqavilə əsasında satılacaq.
Ən yaxşı internet Yaponiyada, Avropada isə Niderland və İsveçdədir. Bu nəticələri internet sürətini və keyfiyyətini dünyanın bütün qitələrində yoxlayan Oksford və İspaniyada Ovyedo universitetlərində əldə ediblər. «Vedomosti» qəzetinin yazdığına görə, Speedtest.net tədqiqatı Cisco Systems Amerika telekommunikasiya təchizatı istehsalçısının sifarişi ilə həyata keçirilib.
Nielsen Online tədqiqat şrkətinin məlumatına görə, Google, Chrome brauzerini təqdim etdikdən bir həftə sonra iki mln. amerikalının marağına səbəb olub. Sentyabrın 1-dən 7-nə qədər olan tarixdə Thank You səhifəsinə 1,9 mln. ABŞ istifadəçisi baş çəkib.
BBC News-un xəbər verdiyinə görə, pulsuz Bədii onlayn arxivinə 14 məşhur XX əsr Amerika şairinin səsi əlavə olunub. Artıq istifadəçilər şeirlərə Qvendolin Bruks, Teodor Rotke, Ted Kuzer, Robert Pinski, Yosef Komyunkaa, Filip Levin kimi Amerika müəlliflərinin ifasında qulaq asa bilərlər.
“Qrinpis” təşkilatı kompüter və digər texniki avadanlıqlar istehsalçılarının ətraf mühitə qayğı göstərmələri ilə bağlı doqquzuncu reytinqini elan etdi. Reytinqdə fin mobil telefonlar istehsalçısı Nokia 10 baldan yeddisini toplayaraq birinci yeri tutub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları