2010-cu il sona çatdı. İndiyə qədər ötən il ilə bağlı yazmama səbəbi əslində sadədir. Dünyada, eləcə qonşu ölkələrin bloglarına baxanda ilin yekunları ilə bağlı olaraq böyük saytların statistik rəqəmləri yayımlanırdı. Bizdə isə nə elə çox da böyük saytlar var, nə də statistikasını yayımlayacaq saytlar. Ona görə ilin sonu bir növ boş keçir. Ona görə mən də ötən ilki kimi (İT və internet yenilikləri), öz nəzərimdə olanlar barədə yazacam.
İngiltərənin “The Telegraph” qəzeti 2010-cu ilə damağasını vuran ən populyar 10 texnologiyanı aşağıdakı kimi sıralayıb. 1. iPad 2. 3D formatlı texnologiya 3. Facebook 4. E-kitab oxuyucular 5. Google axtarış sistemi 6. Apple iPhone
İngilis dilli portalda Azərbaycan haqqında mühüm məlumatlarla birgə, ölkənin iqtisadiyyatı, tarixi, ədəbiyyatı, mədəniyyəti və incəsənəti, mətbəxi haqqında bölmələr var.
Araşdırmalara görə, aylıq internetdə online olan millətlər içərisində, kanadalılar 68% ilə liderliyi əldən buraxmayıblar. Bu kateqoriyada növbəti yerləri fransalılar (62%), ingiltərəlilər (62%), almaniyalılar (60%), amerikalılar (59%), yaponiyalılar (57%) və italiyalılar (36%) tutub.
Skype rəhbərliyi bu günlərdə fəaliyyətində yaranmış problemlə əlaqədar istifadəçilərə kompensasiya ödəyəcəyini bəyan edib. Rusiya mətbuatı xəbər verir ki, bu, yalnız pullu xidmət göstərən akkaunt sahiblərinə aiddir. Şirkətin icraçı direktoru Toni Beyts bunun «Skype Credit» kuponları formasında həyata keçiriləcəyini desə də
ABŞ Nümayəndələr Palatasında "soyqırım" qanununun gündəmə gəlməsi üçün Nancy Pelosiyə təzyiq edən və NBA ulduzu Kobe Bryantın Türk Hava Yollarının reklam üzü olmaması üçün kampaniya reallaşdıran Erməni Milli Komitəsinin rəsmi saytı türk hakerlərin hədəfi olub. Erməni
Azərbaycanın «Azal Sığorta» şirkəti rəsmi veb-saytını (www.azalsigorta.com) yeni tərtibatda təqdim edib. Şirkətin baş ofisindən «verilən məlumata görə, saytda şirkətin yaranma tarixi, təqdim etdiyi sığorta məhsulları (icbari və könüllü), maliyyə hesabatları və şirkətə aid xəbərlər yerləşdirilib. Saytda həmçinin təklif və şikayətlər bölməsi var, habelə sığortaya aid mövcud qaydalarla tanış olmaq mümkündür.
“Azərbayt” – İnternet İstifadəçiləri Birliyinin yeni elektron sorğu mərkəzi fəaliyyətə başlayıb. Birliyin sədri Şahmar Bayramlının sözlərinə görə, mərkəzin yaradılmasında məqsəd ictimai-sosial araşdırmaların həyata keçirilməsi, mövcud problemlərin öyrənilməsi, müəyyən qurumların əhali qarşısında işinin daha məsuliyyətlə həyata keçirilməsinə təsir göstərilməsidir.
Artıq 2010-cu ilin sonu gəlib çatdı. Bu həm də XXI əsrin ilk onilliyinin sonudur. Qeyd etmək yerinə düşər ki, bu onillik tarixdə yadda qalan onilliklərdən oldu. Çünki dünya əhəmiyyətli o qədər hadisə baş verdi ki, analitiklər məsələlərə şərh verməyə çətinlik çəkirlər. “Gmail” yaradıldı “Google” axtarış sistemi 1998-ci ildə yaradılsa da,
Bu ilin noyabrında Facebook sosial şəbəkəsinə 648 milyon insan daxil olub. Beləliklə, Facebook 3-cü pillədə olan Yahoo internet korporasiyasını sıxışdıraraq 4-cülüyə yuvarlayıb. İlk yerdə əvvəlkitək Google gəlir. Ona baş çəkənlərin sayı 970 milyon olub. İkinci pillədəki Microsoft korporasiyasında isə bu rəqəm 869 milyondur
Axtarış zamanı bəzi sözlərdən istifadə etmək virus təhlükəsini artırır.İnternetdə hər hansı bir axtarış zamanı “music” (musiqi), “download” (yükləmə) və ya “free” (pulsuz) kimi kəlmələrdən istifadə etmək virus təhlükəsini artırır.
Son zamanlar bəzi xəbər agentliklərində, fərdi saytlarda və sosial şəbəkələrdə Ramil Səfərovun 3 il öncə yaradılmış müdafiə saytı (www.ramilsafarov.org) ilə bağlı narahatlıq və narazılıq dolu xəbərlər hələ də yayılmaqdadır. Bu xəbərlərdə saytın 9 ay əvvəl ermənilər tərəfindən xaker hücumuna məruz qalsa da bununla bağlı heç bir tədbirin görülməməsi, saytın yaradıcısı və kollektivinin bu işə biganəliyi, hətta saytın domeninin ermənilərə
Dünən Media Mərkəzində “Bu nömrəyə zəng çatmır ” mövzusunda debat keçirilib. debatda Azərbaycandakı mobil operatorların müştərilərə göstərdiyi xidmətin keyfiyyəti müzakirə olunub. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki , hər bir mobil operatoru müştəriyə yaxşı xidmət göstərməyə çalışmalıdır. Debatda qarşı tərəf olan İKT informasiya mərkəzinin rəhbəri Fərid Kazımov bildirib ki, müştəri də əsas götürlüməlidir, ancaq, unutmaq olmaz ki, burada şirkətin pul qazanmaq marağı da var.
Gənc Bloqçular Şəbəkəsi” layihəsi sosial bloq yazıları müsabiqəsi elan edir. Məqsədi gənclər arasında sosial bloqçuluğu inkişaf etdirmək olan bu müsabiqədə bütün bloqerlər iştirak edə bilər. Yazıları təcrübəli bloqçu və yeni media mütəxəssislərindən ibarət münsiflər heyəti qiymətləndirəcəkdir. Müsabiqənin ümumi mükafat fondu 700 AZN təşkil edir. Mükafatlar: I yer 200 AZN II yer 150 AZN
Adobe Systems Incorporated şirkətinin rüblük mədaxili fəaliyyəti boyu ilk dəfə olaraq bir milyard ABŞ dollarını keçib. Belə ki, şirkətin hesabatına əsasən 2010-cu maliyyə ilinin dördüncü rübü ərzində proqram təminatı istehsalçısının gəliri 1,01 milyard dollar olub.
Xəbər verdiyimiz kimi, Sosial bloq yazıları-2 müsabiqəsinin qalibi Teymur Mərdəliyevin "Azad insan" yazısı olub. Xeberler.az portalı həmin bloq yazısını təqdim edir. Hər dəfə idman dərslərindən qayıdanda onu görürdüm. Hərəkətləri, əllərini yuması, dünya atlasına baxması məni cəlb edirdi. O, küçədə yaşayırdı. Taxta lövhə üzərində elə hey nə isə yazırdı. Mənim nəzərimdə o, dünyanın ən azad adamı idi.
Böyük Britaniyanın The Financial Times qəzeti Stiv Cobsu “İlin adamı” adına layiq görüb. Qəzet, Apple şirkətinin rəhbərini yüksək texnologiyalar sferasının ilk rok-ulduzu hesab edir.
Artıq dünyanın bütün aparıcı avtomobil istehsalçıları elektromobil və hibrid model istehsalına və ya layihələndirilməsi işinə girişib. Dünyada neft ehtiyatları tükəndikcə bu növ nəqliyyata tələbat da artır. Elə isə elektromobillərin üstün və çatışmayan cəhəti nələrdir? Mütəxəssislər bu avtomobillərin gələcəyini necə görürlər?
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları