Previous Next
Bağla

Böyük maraqla qarşılanan Azərbaycan startapı iş adamlarından təcili dəstək istəyir

25-09-2024 12:25
Böyük maraqla qarşılanan Azərbaycan startapı iş adamlarından təcili dəstək istəyir

"1 milyonluq mükafatı udmaq üçün qarşımızda dayanan tək əngəl maddi problemdir. Xaricdə və Azərbaycanda yaşayan iş adamlarını layihəmizi dəstəkləməyə çağırırıq. Bu mərhələni də uğurla keçsək artıq startapımızın önündə heç bir maneə qalmayacaq və biz "unicorn" şirkətə çevrilmə istiqamətində sürətli addımlar atacağıq".

Azərbaycanı dünyada keçirilən müxtəlif elm, texnologiyalar və startap müsabiqələrində təmsil edən "SkyBee" dron komandası son zamanlar qazandığı uğurlar səbəbi ilə ABŞ-da keçiriləcək Dünya Startap Kubokunun "Grand Final" mərhələsinə dəvət olunub. Startap komandası son 1 il ərzində göstərdiyi uğurlu fəaliyyəti ilə bağlı dünyadan bir çox şirkətin və investorların diqqətini öz üzərinə cəlb edib. Burada komandanın Londonun, Budapeştin və Varşavanın startap eko-sistemlərində göstərdiyi performanslar və ən son Pakistanın Lahore şəhərində regional çempionatda qazandığı birincilik faktoru xüsusi rol oynayır. Komanda Amerika və Mərkəzi Avropa ölkələrindən olan investorlardan onların eko-sistemlərində şirkət qurmaq şərti ilə investisiya təklifləri alıblar.

Xeberler.az-ın məlumatına görə, “SkyBee” startapının təsisçisi Tural İsmayılzadə Marja.az-a bildirib ki, ABŞ-da keçiriləcək Dünya Startap Kubokunda 1 milyon dollar dəyərində mükafatı udmaq üçün qarşımızda dayanan tək əngəl maddi problemdir. O, Dünya kubokuna vəsiqə qazanan komandamız iş adamlarını onlara dəstək verməyə çağırır: "Bizə qısa müddət ərzində dəstək verilməsini istəyirik".

Tural İsmayılzadə qeyd edib ki, komanda bu mərhələyə gəlmək üçün 3 il sərf edib:

"Bugün həyatımızın bəlkə də ən kritik dönəmindəyik. Bu mərhələni də uğurla keçsək artıq startapımızın önündə heç bir maneə qalmayacaq və biz "unicorn" şirkətə çevrilmə istiqamətində sürətli addımlar atacağıq. Bu təkcə bizim deyil, region gənclərinin də gələcəyinə güclü təsir edəcək. Bizim müsabiqəyə qatılmaq üçün sadəcə 6 gün vaxtımız var. Viza və təyyarə biletlərin alınmasının, çap məhsullarının hazırlanmasının və müsabiqəyə hazırlaşmağın müəyyən bir vaxt aldığını nəzərər alaraq bizim proseslərə təcili başlamağımız lazımdır. Biz əlimizdə olan bütün resursları həm dronun hazırlanmasına və sınağına, həm də Pakistanda keçirilən beynəlxalq müsabiqəyə qatılmağa sərf etmişik. Bizim Amerikaya olan səfərimizin maddi cəhətdən qarşılanması lazımdır. Bu səbəblə xaricdə və Azərbaycanda yaşayan iş adamlarını layihəmizi dəstəkləməyə çağırırıq. Biz müsabiqədə ölkəmizin bayrağını yüksəldəcəyimizə əminik. Bunu daha öncə də etdik, bir ay öncəki nəticələrimiz göz önündədir.

Bizim dünyada tanınan iş adamlarımız var. Onların Azərbaycan gənclərinə etdiyi müxtəlif dəstəkləri dəfələrlə görmüşük. Bu səbəbdən layihəmizin həm dünya, həm ölkəmiz üçün əhəmiyyətini, həm də startapımız üçün kritik dönəm olmasını nəzərə alaraq, 2 gün ərzində bizə dəstək vermələrini rica edirik. Bizə dəstək veriləcəyi təqdirdə hazırladığımız dron prototipinin ABŞ-ın San-Fransisko şəhərinə aparılması istiqamətində aidiyyatı üzrə dövlət qurumlarının da xüsusi həssaslıq göstərməsini və dronun müsabiqədə iştirakının təmin edilməsini xahiş edirik”.

Dəstək göstərmək istəyən iş adamları [email protected] elektron poçt ünvanı və ya skylifeindustry.com saytı vasitəsilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, SkyBee vəhşi arı ailələrinin kütləvi ölümü nəticəsində təbii tozlandırma prosesinin pozulması və məhsuldarlığın aşağı düşməsi halları ilə mübarizə aparan dronlarla süni tozlandırma startapdır. BMT-nin statistikasına görə, 1992-ci ildən bugünə qədər bütün dünyada 85% vəhşi arı ailələrinin və digər həşaratların ölümünü nəzərə alarsaq, startapın dünya üçün çox böyük əhəmiyyət kəsb etdiyini görmək olar. Startapın apardığı tədqiqatlar bir çox ölkədə, o cümlədən Macarıstanda, İngiltərədə, Polşada, Braziliyada və ən son Pakistanda böyük maraqla qarşılanmışdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanı təmsil edən “SkyBee” komandası beynəlxalq yarışın qalibi olub

26-08-2024

İİTKM: "200-ə qədər startap "StartUp" məktəbimizdə iştirak etmək istəyib"

19-05-2023

Osman Gündüz: "Azərbaycanı təmsil edəcək startapın ölkəmizə heç bir aidiyyatı yoxdur"

20-09-2024

Yerli startap Azərbaycana investisiya gətirməkdə çətinlik çəkir

17-09-2018

Startapımız beynəlxalq müsabiqənin finalında- Foto

16-03-2016

Azərbaycan startapı Türkiyə bazarında fəaliyyətə başlayacaq

19-08-2023

KOBİA startapların xarici bazarlara çıxışına dəstək olacaq

17-01-2023

Azərbaycanın beş startapı ABŞ-da qlobal sammitdə iştirak edəcək

27-09-2024

Məmməd Kərim: Süni intellekt tərkibli çox sayda startaplara yatırım etmişik

02-09-2025

«Azərbaycan investorları startapa yatırım edərək böyük gəlir götürüblər»-Müsahibə

26-04-2022

ABŞ-da yaşayan startapçımızla görüş keçirilib -Fotolar

30-03-2016

Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

20-05-2016

Startap müsabiqələri keçirilir

17-07-2015

ABŞ səfiri: "Startap ekosisteminin inkişafını dəstəkləməkdə davam edəcəyik"

19-09-2024

Azərbaycanda ilk dəfə startaplar üzrə dünya çempionatının regional mərhələsi keçirilir

19-09-2024

İranın İnnovasiyalar Fondunun rəhbəri İnnovasiyalar Agentliyində olub

17-10-2019

“Startap Azərbaycan 2015“ müsabiqəsinə 22 startap buraxıldı

06-04-2015

Azərbaycan startapı ABŞ-da məşhur yarışmaya qatılır

30-08-2016

İnnovasiyalar Agentliyi və “500 Startups” şirkəti arasında müqavilə imzalanıb

21-12-2020

Agentlik sədri: “Onlayn media subyektlərinə güzəştlərin edilməsi üzərində iş gedir”

09-12-2021

İnnovasiyalar Agentliyi və “500 Startups” şirkəti arasında müqavilə imzalandı

14-01-2021

Yeni Fikir VI startap müsabiqəsinə yekun vurulur

05-07-2019

“Microsoft Imagine Cup 2015” müsabiqəsində Azərbaycan qalib gəldi

05-06-2015

Bakcell beynəlxalq innovasiya müsabiqəsinə dəstək olub

30-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə