Microsoft kompaniyası indiyədək dünya bazarında 28 milyon Xbox 360 satdığını bildirib.
Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkətinə yeni baş direktor təyin olunub. Bu barədə «APA-ECONOMICS»ə «Bakcell» şirkətinin ictimayyətlə əlaqələr şöbəsinin meneceri İlham Əfəndiyev məlumat verib.
Vüqar Bəyturan: “MTRŞ-nin qərarının peyk antennası biznesi ilə məşğul olanlardan başqa heç kimə faydası yoxdur”
Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildiriblər ki, ötən il pensiya və müavinətlərin ödənişinin avtomatlaşdırılması istiqamətində mühüm addımlar atılıb.
Maye-kristal matrisa əsasında cihazlar istehsal edən məşhur ViewSonic rəsmən 120 hers tezlikli ilk LCD-monitor - VX2265wm-i təqdim etdi.
Avstriyalı dizayner Peter Aloyson dünyanın ən bahalı telefonu adına iddia edə biləcək iPhone hazırlayıb.
Net Applications şirkətinin tədqiqatçılarının dediyinə görə, Microsoft İnternet Explorer-dən fərqli olaraq Firefox və Chrome veb-brauzerlərinin məşhurluğu artır.
İKT bazarından pulsuz texniki dəstək, pullu Wi-Fi, simli telefonlar, biznes plansız şirkətlər, «Silikon Vadisi»də şirkətlərin əksəriyyəti, «Palm Inc.» şirkəti, «Yahoo!», pərakəndə ticarət obyektlərinin yarısı, peyk radiosu və s. tamamilə yoxa çıxa bilər
«Azərbaycan Respublikası hüdudlarında olan bütün dalğalar, tezliklər millidir, xalqın milli sərvətidir. Bu milli tezliklərdə yayım üçün lisenziyanı Milli Televiziya və Radio Şurası verir. Lisenziyası olmayan radio, televiziya kanalı hər hansı tezlikdən istifadə edə bilməz». «Media forum» saytının əməkdaşı ilə söhbətində MTRŞ-nin hüquq və lisenziya şöbəsinin baş məsləhətçii Tohid Əliyev belə deyib.
Azərbaycanın CDMA operatoru olan «CATEL» şirkəti ötən ilin dekabr ayı ərzində «FONEX» ticarət nişanına aid «qızıl nömrələr»in sahibləri üçün keçirdiyi 50%-lik endirim kampaniyasının vaxtını bu ilin yanvarın sonunadək uzadıb.
Azərbaycanın ABŞ-dakı diasporunun iştirakı ilə ABŞ-ın “Facebook” və Rusiyanın “Odnoklassniki.ru” resurslarına oxşar, türkdilli millətlər üçün sosial şəbəkə yaradılıb.
Bu ilin fevral ayının sonuna kimi Azərbaycanda bütün orta məktəblərinin vahid mərkəzdən İnternetə qoşulmasını təmin edəcək DATA Mərkəzi yaradılacaq. Təhsil Nazirliyi nəzdində təsərrüfat hesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov bildirib ki, mərkəzin martda açılışı nəzərdə tutulub.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Dövlət Müəssisəsi ilk dəfə olaraq teleqramları göndərən zaman durğu işarələrin göstərilməsinə nail olub.
Azərbaycan hökuməti ilə Dünya Bankının (DB) birgə həyata keçirdiyi “Maliyyə xidmətlərinin inkişafı” layihəsi cari ildə davam etdiriləcək və 450 poçt şöbəsini əhatə edən müasir informasiya şəbəkəsi yaradılacaqdır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, bu il “elektron imza”nın tətbiqinə şərait yaratmaq üçün müvafiq infrastrukturun qurulması və Milli Sertifikat Xidməti Mərkəzinin formalaşdırılması həyata keçiriləcəkdir.
16 dekabr 2008-ci il tarixində Azərbaycan İnternet forumunun prezidenti, «Multimedia» Mərkəzinin direktoru Osman Gündüz tərəfindən Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova məktub ünvanlanmışdır. Nazir Əli Abbasov tərəfindən həmin məktuba baxılmışdır. Məktuba cavab hazırlanaraq Azərbaycan İnternet forumunun prezidentinə göndərilmişdir.
İranlı bir qrup tələbə İsrailin dövlət orqanlarının və digər təşkilatlarının saytlarına hücum edib. Tələbələr bu addımı İsrailin Qəzzaya hücumuna etiraz əlaməti olaraq atıblar.
Microsoft-un rəhbəri Stiv Balmer CES sərgisində çıxış edərkən söyləyib ki, proqram məhsulları ilə maraqlananlar Windows 7 əməliyyat sisteminin beta versiyası ilə tanış ola bilərlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları