Previous Next
Bağla

Azad edilmiş ərazilərdə 13 radio və televiziya yayım stansiyası fəaliyyət göstərir

05-11-2026 14:11
Azad edilmiş ərazilərdə 13 radio və televiziya yayım stansiyası fəaliyyət göstərir

İşğaldan azad edilmiş ərazilərdə 13 radio və televiziya yayım stansiyası fəaliyyət göstərir

Xeberler.az məlumat verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Radio-Televiziya Yayımı və Peyk Rabitəsi müəssisəsinin rəisi Əlibaba Əliyev Bakı Dövlət Universitetində (BDU) Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan radiosu – 100: milli yaddaşdan rəqəmsal mediaya” mövzusunda respublika elmi-praktik konfransda çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan radiosunun 100 illik yubileyi ölkənin media, mədəniyyət və texnoloji inkişaf tarixində xüsusi yer tutur. Ötən bir əsr ərzində radio və televiziya milli-mənəvi dəyərlərin qorunmasında, Azərbaycan dilinin və mədəniyyətinin təbliğində, cəmiyyətin məlumatlandırılmasında və milli media məkanının formalaşmasında mühüm rol oynayıb. Sürətlə inkişaf edən informasiya texnologiyaları radio və televiziya sahəsində yeni imkanlar açır. Müasir yayım infrastrukturu, rəqəmsal texnologiyalar və innovativ həllər milli televiziya və radio proqramlarının daha geniş auditoriyaya yüksək keyfiyyətlə çatdırılmasına xidmət edir.

Müəssisə rəisi vurğulayıb ki, ölkədə radio və televiziya yayım infrastrukturunun modernləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və birbaşa göstərişi ilə Bakı Teleqüllə Kompleksinin ikinci mərhələsinin başa çatdırılaraq 1996-cı ildə istifadəyə verilməsi bu sahənin inkişafında mühüm mərhələ olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində ölkənin radio və televiziya yayım infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf edib, müasir texnoloji imkanlar genişləndirilib. Dövlət başçısının 2023-cü il 24 iyul tarixli Sərəncamı radio yayımı şəbəkəsinin genişləndirilməsinə, milli radio proqramlarının regionlarda əlçatanlığının artırılmasına və yayım imkanlarının təkmilləşdirilməsinə mühüm təkan verib.

Ə.Əliyev əldə olunan nailiyyətlər sırasında rəqəmsal televiziya yayımına keçidin tamamlanmasını, rəqəmsal radio yayımı texnologiyalarının tətbiqini və yayım şəbəkəsinin ardıcıl modernləşdirilməsini xüsusi qeyd edib. O, işğaldan azad edilmiş ərazilərdə radio və televiziya yayım infrastrukturunun bərpası və yenidən qurulmasının da əsas fəaliyyət istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, Böyük Qayıdışa dair Dövlət Proqramının uğurlu icrası çərçivəsində həmin ərazilərdə artıq 13 stansiyanın fəaliyyəti təmin edilib. Həyata keçirilən layihələr işğaldan azad edilmiş ərazilərdə müasir yayım imkanlarının yaradılmasına, əhalinin milli televiziya və radio proqramlarına çıxışının təmin edilməsinə xidmət edir.

O qeyd edib ki, infrastruktur operatoru kimi Teleradio ölkədə radio və televiziya yayımının dayanıqlılığının, fasiləsizliyinin və yüksək keyfiyyətinin təmin olunmasında mühüm rol oynayır. Fəaliyyətin əsasını müasir texnologiyaların tətbiqi, infrastrukturun etibarlılığının artırılması və yayım xidmətlərinin davamlı inkişafı təşkil edir.

Müəssisə rəhbəri qarşıdakı illərdə müasir texnologiyaların tətbiqi və yayım imkanlarının genişləndirilməsinin bu sahədə yeni nailiyyətlərə yol açacağına əminliyini ifadə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ağdərədə üç radio-televiziya yayım stansiyasının fəaliyyəti bərpa edilib

Ağdərədə üç radio-televiziya yayım stansiyasının fəaliyyəti bərpa edilib

29-12-2025
Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib

Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib

17-01-2025
Zəngilanda radio və televiziya yayımı təmin olunub

Zəngilanda radio və televiziya yayımı təmin olunub

20-10-2021
 Şuşa Radio-Televiziya Yayım Stansiyasının tikintisinə başlanılacaq

Şuşa Radio-Televiziya Yayım Stansiyasının tikintisinə başlanılacaq

27-03-2023
İlham Əliyev "Şuşa Radio-Televiziya Yayım Stansiyası" ilə bağlı Sərəncam imzalayıb

İlham Əliyev "Şuşa Radio-Televiziya Yayım Stansiyası" ilə bağlı Sərəncam imzalayıb

07-11-2021
Qubadlıda radio və televiziya yayımı təmin edilib

Qubadlıda radio və televiziya yayımı təmin edilib

25-10-2021
Azad edilmiş ərazilərdə teleradio yayımı üçün infrastrukturun bərpasına başlanılıb

Azad edilmiş ərazilərdə teleradio yayımı üçün infrastrukturun bərpasına başlanılıb

18-11-2020
Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verilib

Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verilib

09-09-2022
Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub

04-10-2021
Bu gün Azərbaycanda Televiziya və Radio Günüdür

Bu gün Azərbaycanda Televiziya və Radio Günüdür

06-11-2025
İTV-nin Yayım Şurasına yeni sədr seçilib

İTV-nin Yayım Şurasına yeni sədr seçilib

18-04-2017
Şuşa Radio-Televiziya Yayım Stansiyası fəaliyyətə başlayıb

Şuşa Radio-Televiziya Yayım Stansiyası fəaliyyətə başlayıb

01-01-2021
Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

23-08-2024
CBC radiosu Şuşada yayıma başlayıb

CBC radiosu Şuşada yayıma başlayıb

08-05-2021
Tezliklə işğaldan azad olunan torpaqlarda teleradio yayımına başlanacaq

Tezliklə işğaldan azad olunan torpaqlarda teleradio yayımına başlanacaq

28-12-2020
Xankəndidə radio-televiziya yayımı bərpa olunur

Xankəndidə radio-televiziya yayımı bərpa olunur

02-10-2023
İşğaldan azad edilmiş ərazilərdə yayımlanacaq xarici kanalın adı məlum olub

İşğaldan azad edilmiş ərazilərdə yayımlanacaq xarici kanalın adı məlum olub

28-12-2020
Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verilib

Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verilib

24-05-2021
FM radio yayımın genişləndirilməsi üçün işlər bu tarixədək tamamlanacaq

FM radio yayımın genişləndirilməsi üçün işlər bu tarixədək tamamlanacaq

22-01-2024
Yeni televiziya kanalına və radioya lisenziya verilib

Yeni televiziya kanalına və radioya lisenziya verilib

08-09-2015
Qarabağda yeni radio kanal fəaliyyət göstərəcək

Qarabağda yeni radio kanal fəaliyyət göstərəcək

09-02-2021
Azərbaycanda yeni radio açılır

Azərbaycanda yeni radio açılır

24-01-2024
Space radionun bağlanması ilə bağlı rəsmi açıqlama

Space radionun bağlanması ilə bağlı rəsmi açıqlama

29-09-2016
Məhkəmə ANS TV-nin yayım lisenziyasını ləğv etdi

Məhkəmə ANS TV-nin yayım lisenziyasını ləğv etdi

29-07-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə