Previous Next
Bağla

ASAN Xidmətvə BMT Bakıda dövlət idarəçiliyinin gələcəyini müzakirə edir

05-11-2026 14:15
ASAN Xidmətvə BMT Bakıda dövlət idarəçiliyinin gələcəyini müzakirə edir
ASAN Xidmətvə BMT Bakıda dövlət idarəçiliyinin gələcəyini müzakirə edir.
 
Xeberler.az bildirir ki, Bakıda “ASAN xidmət”in və Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı”adlı beynəlxalq sammit davam edir.
 
Sammitin birinci günündə əsas diqqət sürətli texnoloji, sosial və ekoloji dəyişikliklər fonunda idarəetmənin gələcəyinin formalaşdırılmasına, dövlət institutlarının transformasiyasına, innovativ yanaşmaların və süni intellektin dövlət idarəçiliyində tətbiqinə yönəlib. Müzakirələrdə transformativ liderlik, dövlət xidmətlərinin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq və uğurlu təcrübələrin mübadiləsi vasitəsilə dayanıqlı inkişafın təşviqi məsələləri əhatə olunur.
 
“Dayanıqlı inkişaf naminə gələcəyə hazır dövlət institutlarının formalaşdırılması üzrə əsas yanaşmalar” adlı birinci sessiyada dəyişən dünyada çevik, qabaqlayıcı və yeni çağırışlara operativ cavab verən dövlət institutlarının formalaşdırılması müzakirə olunub. Süni intellekt, iqlim dəyişikliyi, demoqrafik dəyişikliklər və cəmiyyətdə baş verən sürətli transformasiyalar fonunda idarəetmənin təkmilləşdirilməsi, innovasiyaların tətbiqi və dayanıqlı inkişafın təmin olunması istiqamətində əsas yanaşmalar və təcrübələr diqqətə çatdırılıb.
 
Sessiyada BMT-nin Baş katibinin müavini, Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyanın (ESCWA) icraçı katibi Raniya Əl-Məşat, Pakistanın informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri Şaza Fatimə Xavaca, BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin bölmə rəhbəri Adriana Alberti, BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) sədri Rolf Alter çıxış ediblər.
 
 
 
 
Çıxışlarda dövlət institutlarının gələcəyə uyğun transformasiyası, dayanıqlı inkişafın təmin olunması və müasir çağırışlara çevik cavab verən idarəetmə sistemlərinin formalaşdırılması məsələləri vurğulanıb. O cümlədən strateji planlaşdırma, institusional potensialın gücləndirilməsi, innovasiya və süni intellektin dövlət xidmətlərində tətbiqi, eləcə də bu texnologiyalardan məsuliyyətli istifadə imkanlarına diqqət yetirilib. Bu çərçivədə dövlət xidmətlərinin daha səmərəli, əlçatan və vətəndaşyönümlü təşkili, ictimai etimadın artırılması və inklüzivliyin təmin edilməsi yolları nəzərdən keçirilib.
 
İnteraktiv sorğu vasitəsilə iştirakçılar sammitin müəyyən etdiyi səkkiz idarəetmə çağırışından ən aktual olanlarını seçərəkonların həlli qarşısındakı əsas maneələri müəyyənləşdiriblər. Sorğunun nəticələri dövlət xidmətləri sahəsində ortaq prioritetlərin müəyyənləşdirilməsinə, sonrakı müzakirələrin istiqamətləndirilməsinə və idarəetmə innovasiyaları üzrə praktiki, birgə həllərin hazırlanmasına töhfə verəcək.
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit təşkil edəcək

“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit təşkil edəcək

29-10-2026
Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb

Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb

24-06-2019
"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

15-04-2026
“ASAN xidmət”in DİM 16 üzrə əhəmiyyəti BMT-də müzakirə edilib

“ASAN xidmət”in DİM 16 üzrə əhəmiyyəti BMT-də müzakirə edilib

19-06-2026
BMT tədbirində “ASAN xidmət” modeli təqdim olunub

BMT tədbirində “ASAN xidmət” modeli təqdim olunub

07-09-2026
Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

01-10-2026
ASAN modeli BMT ekspertlərinin müzakirəsində

ASAN modeli BMT ekspertlərinin müzakirəsində

11-04-2025
“ASAN xidmət”in innovasiyaları BMT-nin Qazaxıstan tədbirində

“ASAN xidmət”in innovasiyaları BMT-nin Qazaxıstan tədbirində

02-07-2026
BMT tədbirində “ASAN xidmət”in qlobal əhəmiyyəti vurğulanıb

BMT tədbirində “ASAN xidmət”in qlobal əhəmiyyəti vurğulanıb

01-06-2023
“ASAN xidmət”in nümayəndəsi BMT-nin sessiyasında iştirak edib

“ASAN xidmət”in nümayəndəsi BMT-nin sessiyasında iştirak edib

06-09-2022
“ASAN xidmət” BMT-də növbəti dəfə təqdim olunub

“ASAN xidmət” BMT-də növbəti dəfə təqdim olunub

25-07-2025
BMT sammitinin iştirakçıları dövlət idarəçiliyi sahəsində innovasiyaları müzakirə ediblər

BMT sammitinin iştirakçıları dövlət idarəçiliyi sahəsində innovasiyaları müzakirə ediblər

05-11-2026
Nazir: “ASAN xidmət” dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığını artırır

Nazir: “ASAN xidmət” dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığını artırır

05-11-2026
BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar

05-11-2026
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

19-04-2024
“ASAN xidmət” BMT nəşrində diqqət mərkəzində

“ASAN xidmət” BMT nəşrində diqqət mərkəzində

07-07-2025
Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorkda səfərdədir

Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorkda səfərdədir

10-04-2019
ASAN-ın nailiyyətləri BMT-də qiymətləndirilir

ASAN-ın nailiyyətləri BMT-də qiymətləndirilir

22-06-2019
“ASAN xidmət” BMT-nin mükafatına layiq görüldü

“ASAN xidmət” BMT-nin mükafatına layiq görüldü

12-05-2015
BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

27-06-2019
BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

20-06-2019
BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

10-04-2025
“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur

“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur

06-02-2026
“ASAN xidmət” İkinci Ərəb İdarəetmə Forumunda təqdim olunub

“ASAN xidmət” İkinci Ərəb İdarəetmə Forumunda təqdim olunub

03-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə