Previous Next
Bağla

AzTU komandaları Beynəlxalq STEM Olimpiadasının ölkə mərhələsində birinci olublar

05-11-2026 18:40
AzTU komandaları Beynəlxalq STEM Olimpiadasının ölkə mərhələsində birinci olublar

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrindən ibarət iki komanda Atlantia Beynəlxalq STEM Olimpiadasının Azərbaycan mərhələsində birinci yerə layiq görülüb.

Xeberler.az məlumat verir ki, AzTU-nun Elektrotexnika kafedrasının müəllimi Samir Yusifovun mentorluq etdiyi “Synergy” komandası və kafedranın baş müəllimi Natella Namazovanın mentorluq etdiyi “Simple” komandası müsabiqədə uğurla çıxış edərək qalib olublar.

“Synergy” komandasının üzvləri, Energetika kafedrasının tələbələri Susanna Quliyeva və Qumru Hüseynzadə olimpiadada “Smartflow city” – “Ağıllı şəhər” layihəsini təqdim ediblər. Layihənin əsas məqsədi şəhər nəqliyyatının idarə edilməsində səmərəliliyi artırmaq, enerji resurslarından qənaətlə istifadə etmək və “ağıllı” texnologiyaların gündəlik həyata tətbiq imkanlarını nümayiş etdirməkdir. Arduino mikrokontrollerləri əsasında hazırlanan layihə nəqliyyat vasitələri və piyadalar üçün işıqfor sistemlərini, eləcə də ətraf mühitin işıqlanma səviyyəsinə uyğun avtomatik fəaliyyət göstərən küçə işıqlandırmasını əhatə edir. Samir Yusifovun mentorluğu ilə layihə üzərində çalışan tələbələr elektronika, proqramlaşdırma və mühəndislik sahəsində qazandıqları nəzəri bilikləri praktikada tətbiq edərək innovativ texnoloji həllər hazırlayıblar.

“Simple” komandasının üzvləri, Energetika fakültəsinin tələbələri Hüseyn Nemətli və Turan Kərimov isə olimpiadada süni intellektlə idarə olunan yeni nəsil “ağıllı” təyyarə layihəsini təqdim ediblər. Layihənin əsas xüsusiyyəti təyyarənin uçuş və digər əməliyyatları avtonom şəkildə həyata keçirməsidir. Bundan əlavə, sistem insan səsini tanıyaraq verilən səsli əmrləri yerinə yetirmək imkanına malikdir. Hər iki komandanın Atlantia Beynəlxalq STEM Olimpiadasının Azərbaycan mərhələsində birinci yerə layiq görülməsi AzTU tələbələrinin innovativ düşüncə, mühəndislik və texnoloji yaradıcılıq sahəsində uğurlarının göstəricisidir.

Qeyd edək ki, hər iki komanda növbəti beynəlxalq mərhələyə vəsiqə qazanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Dünya Robot Olimpiadasında qalib oldu

Azərbaycan Dünya Robot Olimpiadasında qalib oldu

19-11-2022
AzTU-nun rektoru beynəlxalq yarışda uğurqazanan tələbələrlə görüşüb

AzTU-nun rektoru beynəlxalq yarışda uğurqazanan tələbələrlə görüşüb

04-04-2026
AzTU-nun İctimai şurasının növbəti iclası keçirilib

AzTU-nun İctimai şurasının növbəti iclası keçirilib

26-11-2021
AzTU komandasının startapı Xankəndidə keçirilən festivalda I yeri qazanıb

AzTU komandasının startapı Xankəndidə keçirilən festivalda I yeri qazanıb

05-05-2026
ADPU tələbələri Beynəlxalq Robot Olimpiadasında qalib olublar

ADPU tələbələri Beynəlxalq Robot Olimpiadasında qalib olublar

03-03-2025
BANM komandası “PASHA Hackathon 5.0” yarışında qalib olub

BANM komandası “PASHA Hackathon 5.0” yarışında qalib olub

21-05-2025
Qarabağ Universitetinin tələbələri proqramlaşdırma üzrə beynəlxalq müsabiqənin finalına vəsiqə qazanıblar

Qarabağ Universitetinin tələbələri proqramlaşdırma üzrə beynəlxalq müsabiqənin finalına vəsiqə qazanıblar

24-10-2024
ADPU komandaları “Robotex Azərbaycan Avrasiya Çempionatı”nın qalibi olublar

ADPU komandaları “Robotex Azərbaycan Avrasiya Çempionatı”nın qalibi olublar

05-05-2025
ADA Universiteti Beynəlxalq İnformatika Olimpiadasında yarışan milli komandamızın  iştirakını dəstəkləyib

ADA Universiteti Beynəlxalq İnformatika Olimpiadasında yarışan milli komandamızın iştirakını dəstəkləyib

02-07-2021
AzTU SAP Universitetlər Alyansına üzv oldu

AzTU SAP Universitetlər Alyansına üzv oldu

24-02-2024
AzTU komandası “University Demo Day” müsabiqəsində 3-cü yerə layiq görülüb

AzTU komandası “University Demo Day” müsabiqəsində 3-cü yerə layiq görülüb

09-07-2026
AzTU tələbələrinin startapı “Caspian Agro 2026” sərgisində nümayiş olunub

AzTU tələbələrinin startapı “Caspian Agro 2026” sərgisində nümayiş olunub

13-05-2026
AzTU komandası beynəlxalq yarışda uğur qazanıb

AzTU komandası beynəlxalq yarışda uğur qazanıb

31-03-2026
ADPU-nun tələbələri Avrasiya Robot Olimpiadasının qalibi olublar

ADPU-nun tələbələri Avrasiya Robot Olimpiadasının qalibi olublar

22-04-2025
İnformatika  Olimpiadasının qalibləri mükafatlandırılıb-Foto

İnformatika Olimpiadasının qalibləri mükafatlandırılıb-Foto

24-05-2017
AzTU komandası “Bitget Hackaton – Startap” müsabiqəsinin qalibi olub

AzTU komandası “Bitget Hackaton – Startap” müsabiqəsinin qalibi olub

19-05-2025
Tələbələrin İKT bilikləri yoxlanıb

Tələbələrin İKT bilikləri yoxlanıb

23-12-2015
Tələbələrdən ilk- Doğma dilimizdə proqramlaşdırılan 3D printer

Tələbələrdən ilk- Doğma dilimizdə proqramlaşdırılan 3D printer

31-01-2023
AzTU tələbələri yeni dron hazırlayıblar

AzTU tələbələri yeni dron hazırlayıblar

07-07-2026
Bakı Ali Neft Məktəbi TEKNOFEST-in qalibi olub

Bakı Ali Neft Məktəbi TEKNOFEST-in qalibi olub

04-05-2025
İnformatika Olimpiadasının qalibləri açıqlanıb

İnformatika Olimpiadasının qalibləri açıqlanıb

10-05-2017
“Game Summit 2026” tədbiri başa çatıb

“Game Summit 2026” tədbiri başa çatıb

11-05-2026
BDU-nun iki komandası IWISE 2025 yarışmasında uğur qazanıb

BDU-nun iki komandası IWISE 2025 yarışmasında uğur qazanıb

10-03-2025
BANM-ın qalib komandaları “TEKNOFEST-2024”də mükafatlandırılıb

BANM-ın qalib komandaları “TEKNOFEST-2024”də mükafatlandırılıb

14-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə