Yahoo parçalandı!

11-04-2012

Yahoo! internet-şirkəti üç bölməyə bölünəcək. Yahoo! işdən azadetmələri şirkətin gəlirinin artırılmasına yönələn yenidən təşkil üzrə proqramın həyata keçirilməsi ilə izah edib.

“Google” əməliyyat sistemini yenilədi

11-04-2012

“Google” korporasiyası “Chrome OS” əməliyyat sistemini yeniləyib.“Chrome OS” əməliyyat sisteminin “19.0.1084.17” versiyasında istifadəçi interfeysi yenilənib; artıq o, fərdi kompyuterlərdə quraşdırılan “Windows” və “Mac OS X” kimi ənənəvi proqram platformalarına oxşamağa başlayıb.


Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılacaq

10-04-2012

2012-2013-cü tədris ili üçün ali və orta ixtisas məktəblərinə ərizə qəbulunda ilk dəfə olaraq elektron imzadan istifadə olunacaq.

İran qlobal şəbəkədən ayrılır

10-04-2012

İran ölkə internetini qlobal şəbəkədən ayırır. Hakimiyyət bu addımını vətəndaşlarını “müdafiə” adı altında həyata keçirir. Rəsmi Tehrandan bildirilir ki, ölkə internetini qlobal şəbəkədən ayırmaqla dövlətin sənaye və digər obyektləri xarici haker hücumlarından müdafiə olunacaq, virusların yayılmasının qarşısı alınacaq və ən əsası İran istifadəçiləri “təmiz” internetə malik olacaqlar.


Daxili İşlər Nazirliyinin saytı dağıdıldı

09-04-2012

İnternetin ən tanınmış haker qruplarından olan “Anonymous” İngiltərə Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsinə hücum edib.

“Vikipediya” mürəkkəb axtarış sorğularının emalına başladı

09-04-2012

Kalyari Universitetində çalışan dosent Maurisio Atsori və Los-Ancelesdə yerləşən Kaliforniya Universitetində işləyən professor Karlo Saniolo “SWiPE” adlı xüsusi modul hazırlayıblar.


Haker hücumlarına son qoyulur!

07-04-2012

Toronto Universitetində çalışan kanadalı alimlər Viqo Universitetində işləyən ispan kolleqaları ilə birlikdə yeni təkmilləşdirilmiş şifrləmə alqoritmini sınaqdan keçiriblər. Yeni alqoritmin texnologiyası ona əsaslanır ki, şifrlənmiş məlumatlar üçün açar xüsusi işıq siqnalı şəklində ötürülür, qəbul edən tərəf isə informasiyanın deşifrə edilməsi üçün foton detektorlarından istifadə edir.

500-ə yaxın sayt dağıdıldı

06-04-2012

Çində 500-ə yaxın internet saytı haker hücumuna məruz qalıb. Hücumların arxasında "Adsız" adlı haker qrupunun olduğu bildirilir.


Bu eynək internetə bağlı

06-04-2012

Google+un səhifəsində yerləşdirilən bir video “Google”ın real həyatla virtual aləmi birləşdirəcək bir eynək üzərində apardığı araşdırmalar ortaya çıxarıb. Google bu layihə üzərində iki il işləyib.

Sosial şəbəkələrdə xüsusi sistem yaradılır

06-04-2012

ABŞ-ın Federal Tədqiqatlar Bürosu (FTB) potensial tərəfdaşlarına rəsmi müraciət məktubu ünvanlayıb. Müraciətdə sosial şəbəkələrdə açıq məlumatların təhlili üçün xüsusi sistemin yaradılması xahiş olunur.


Sığorta müqavilələri internet vasitəsilə bağlanacaq

06-04-2012

Maliyyə Nazirliyi bu ildən sığorta müqavilələrinin internet vasitəsilə onlayn bağlanmasına imkan verən yeni sistemin tətbiqinə başlamaq niyyətindədir. Yeni sistemə keçidi dəstəkləyən başlıca amil isə artıq Azərbaycanda “Elektron imza”dan istifadəyə başlanmasıdır.

Facebook-da axtardığınız hər şeyi tapa biləcəksiniz

05-04-2012

800 milyondan artıq istifadəçisiylə ən böyük sosial şəbəkə mövqeyindəki Facebook axtarış xüsusiyyətlərini daha çox inkişaf etdirmək üçün işlər aparır.


İran “milli internet” şəbəkəsinə qoşulur

05-04-2012

Bu ilin may ayından etibarən İranda “milli internet” şəbəkəsi fəaliyyətə başlayacaq. Şəbəkədə daxili data mərkəzi, milli axtarış sistemi, milli “windows”, milli e-mail tezliklə yaradılacaq.

Yahoonun əməkdaşları işsiz qalacaq

04-04-2012

Yahoo internet şirkəti 2 min əməkdaşını işdən çıxara bilər. Bu isə 13700 insandan ibarət ştatın 14,5%-ni təşkil edir.


Facebook Yahoo-ya iddia qaldırdı

04-04-2012

Sosial şəbəkə Yahoo!-nu bir sıra patentlərin pozulmasında ittiham edir.

Yeni medianın tədris modullarının hazırlanması üzrə işlər artıq başa çatıb

03-04-2012

Multimedia Mərkəzi bildirir ki, “Yeni medianın tədrisinin təkmilləşdirilməsi ” Layihəsi çərçivəsində hazırlanan tədris modulları üzərində işlər bitmək üzrədir. Artıq yeni media ilə əlaqəli 5 fənnin


Yeni “Firefox”dan yeni şərtlər

02-04-2012

"Firefox”un növbəti, 13-cü versiyası Windows 2000, Windows XP və Windows XP \Service Pack 1-də işləməyəcək. Bu barədə şirkətin rəsmi bloqunda məlumat verilir(blog.mozilla.com).

Kibercinayətkarlıqla mübarizə üçün komissiya yaradılacaq

30-03-2012

Avropa Komisyası Avropa vətəndaşlarını və onların işlərini kiber tehlükələrdən qorumaq üçün Avropa Kibercinayətkarlıq Mərkəzi yaratmağı təklif edib.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə