Previous Next
Bağla

“İKT ili” çərçivəsində Bakıda videooyunların yaradılması barәdә ilk tammetrajlı sәnәdli filmin premyerası keçiriləcək (VİDEO)

23-08-2013 11:50
“İKT ili” çərçivəsində Bakıda videooyunların yaradılması barәdә ilk tammetrajlı sәnәdli filmin premyerası keçiriləcək (VİDEO)
"İKT ili" çərçivəsində Bakıda "Park Cinema"nın dәstәyi ilә Azәrbaycan ACM Bölmәsi tәrәfindәn videooyunların yaradılması barәdә ilk tammetrajlı sәnәdli filmin premyerası keçiriləcək. 2012-ci il "Sandәns" Film Festivalının qalibi olmuş "Müstәqil oyun: kinofilm"in (Indie Game: The Movie) orijinalı ingilis, altyazısı isə Azәrbaycan dilində nümayiş olunacaq.
Film videooyun sәnayesinin autsayderlәrinә, ömürlәrinә hakim kәsilmiş xәyallarını dünya ilә bölüşmәk  arzularını hәyata keçirmәk üçün pul, sağlamlıq vә әsәblәrini qurban verәn müstәqil oyun tәrtibatçılarına hәsr olunub. "Müstәqil oyun: kinofilm" kanadalı müstәqil rejissorlar - Lizan Pajo (Lisanne Pajot) vә Ceyms Svirski (James Swirsky) tәrәfindәn çәkilmiş 96 dәqiqәlik sәnәdli filmdir. Üç mәşhur müstәqil oyunun yaradıcılıq hekayәsini nәql edәn filmin orijinal musiqisini kanadalı bәstәkar Cim Qatri (Jim Guthrie) bәstәlәyib.
Premyera 28 avqust, çәrşәnbә günü, saat 20:00-da "Metropark Park Cinema"da keçirilәcәk.  Filmlə bağlı daha geniş məlumatı http://www.indiegamethemovie.com/about/ linkindən əldə etmək olar.
Filmin nümayişi ilə bağlı fikirlərini bölüşən Azәrbaycan ACM Bölmәsi tәşәbbüs qrupunun rәhbәri Araz Yusubovun sözlərinə görə, yerli peşәkar bölmәnin fәaliyyәti әsasәn kiçik maraq qrupları üçün seminarlardan ibarәtdir: "Ümid edirik ki, bu cür film nümayişi daha geniş auditoriyanı maraqlandıracaq.
Film sәnәdli olsa da, kifayәt qәdәr emosional tәrzdә çәkilib vә әminәm ki, nәinki proqramlaşdırma vә ya kompüter oyunları ilә maraqlanan gәnclәr, hәm dә bütün yaradıcı insanların rәğbәtini qazanacaq".
"Park Cinema"nın PR meneceri Nәrgiz Rәfiyeva tәmsil etdiyi kinoteatrlar şәbәkәsinin öz әnәnәsinә sadiq qalaraq pulsuz premyera keçirmәklә bu maariflәndirici tәşәbbüsә dәstәk olduğunu deyir: "Bu il ölkәmizdә "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunub vә ümid edirik ki, filmin
nümayişi ilә bu sahәnin populyarlaşmasına öz töhfәmizi verәcәyik".
Təşkilatçıların bildirdiyinə görə, "Müstәqil oyun: kinofilm" әsasәn tәlәbәlәr arasında geniş marağa sәbәb olub vә premyerada bütün tamaşaçı yerlәri çox sürәtlә tutulub: "Filmin nümayişindәn әvvәl tәdbiri dostları arasında әn uğurla tәbliğ edәn üç tamaşaçıya Azәrbaycan ACM Bölmәsi tәrәfindәn kiçik hәdiyyәlәr verilәcәk. Bundan әlavә, "İşğal altında" videooyununun müәllifi "AzDimensions" komandası bu üç nәfәr arasında әn yaxşı göstәriciyә malik iştirakçıya xüsusi hәdiyyә tәqdim edәcәk".
Qeyd edək ki, ACM informatika üzrә әn qәdim qlobal elm vә tәhsil tәşkilatıdır.  Filmin nümayişinin təşəbbüskarı olan Azәrbaycan ACM Bölmәsi Qafqazda ilk peşәkar ACM (Association for Computing Machinery-Hesablama Maşınları üzrә Assosiasiya) bölmәsidir.
Әsası 1947-ci ildә qoyulmuş assosiasiya informasiya texnologiyalarının sәnәt, elm, mühәndislik vә tәtbiqi istiqamәtlәrini irәli aparmaq amalı daşıyan, informasiyanın azad mübadilәsinә şәrait yaratmaqla, әn yüksәk etik peşә standartlarını tәbliğ etmәklә hәm peşәkar, hәm dә ictimai maraqlara xidmәt edәn beynәlxalq elm vә tәhsil tәşkilatıdır. Azәrbaycanda ilk yerli ACM bölmәsi olan Bakı Dövlәt Universiteti ACM Tәlәbә Bölmәsi 2011-ci ilin fevralından, Qafqaz Universitetindәki ACM Tәlәbә Bölmәsi isә 2012-ci ilin yanvarından fәaliyyәt göstәrir. Azәrbaycan ACM Bölmәsi peşәkar ACM bölmәsi olaraq 24 fevral 2012-ci ildә tәsis olunub.
 
Treyleri burdan izleye bilersiniz.
(ictnews.az)
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yeməkləriniz USB ilə isti qalsın!!!

06-12-2008

“Ağıllı” telefon sahibləri “Photoshop”dan istifadə edə biləcəklər

28-02-2013

“Google” ABŞ-da mağazalar şəbəkəsi açır

19-11-2013

Nintendoda Disney Land

12-11-2008

İnternetdə ən populyar Azərbaycan sözünü tapan YUMROO istifadəçisi bəlli oldu!!!

02-03-2009

Samsung şirkəti məhsul istehsalında daha keyfiyyətli və cızılmayan şüşələrdən istifadə edəcək

26-10-2013

Azərbaycanda ilk dəfə sığorta polislərinin online satışı həyata keçirilir

01-05-2009

Smartfonların hansı qüsurları var?

05-04-2012

Ən təhlükəsiz brauzerlər məlum olub

16-03-2013

Ən keyfiyyətli internet Yaponiyadadır

18-09-2008

Azərbaycan Prezidentinin rəsmi saytının “Android” əməliyyat sistemi üçün mobil əlavəsi istifadəyə verilib

23-04-2013

Ölkənin internet xidmətləri bazarında hansı provayder liderdir?

04-11-2013

Gənclər yeni ideyalarını “Onlayn fikir bankı”nda yerləşdirə biləcəklər

27-11-2013

Saytların sayı 650 milyona çatıb

03-04-2013

Toxunuşlu ekran Nokia 5800 Xpress Music

02-11-2008

Yeni internet Forum!

10-12-2008

Opera Mobile 9.7 istifadəyə verildi

11-06-2009

Displey bazarının həcmi azalacaq

03-11-2013

Opera Azərbaycan dilinə Tərcümə oluna bilər

02-05-2009

“Snayper” fotoaparat istehsal ediləcək

17-06-2009

Bill Qeyts yenə də birinci oldu!

21-04-2009

Müsəlmanların Youtube-u

03-12-2008

Bu da Facebook filmi...

10-10-2010

“Twitter” istifadəçilərin məlumatlarını Milli Təhlükəsizlik Agentliyindən qoruyur

25-11-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə