Previous Next
Bağla

“Azərkosmos” data xidmətləri üçün peyk tutumu təklif edir

26-08-2013 12:24
“Azərkosmos” data xidmətləri üçün peyk tutumu təklif edir
"Azerspace-1" telekommunikasiya peykinin xidmətlərindən bir sıra sahələrdə, xüsusilə maliyyə və bankçılıq, neft sənayesi, təhsil və səhiyyə sahələrində tətbiq edilə bilər və bütün bu xidmətlərin göstərilməsi üçün milli peyk zəruri texniki imkanlara malikdir. 
Bu barədə "ICTnews" xəbər xidmətinə "Azərkosmos" ASC-nin mətbuat xidmətindən bildirilib. ASC-dən qeyd edilib ki, "Azerspace-1" peyki telekommunikasiya peyki olduğundan, peyk üzərindən yayım və rabitə xidmətləri təqdim edilir. Peyk üzərindən televiziya yayımı ilə yanaşı, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə platformaları və VSAT (yerüstü rabitə şəbəkəsi olmayan ərazilərdə peyk rabitəsi) xidmətlərinin təşkil edilməsi mümkündür: "Bu xidmətlərdən müştərilər səs və görüntü, internet, verilənlər və s. məlumatların qəbul edilməsi və ötürülməsi məqsədilə istifadə edə bilərlər".
"Azərkosmos"dan əlavə edilib ki, internet xidməti təqdim olunan "Data xidməti qrupu"na daxildir: "Biz "Azərkosmos" olaraq Data xidməti üçün peyk tutumu təklif edirik və artıq müştərimiz özü qərar verir ki, həmin tutumu internet, qapalı korporativ şəbəkə və ya VSAT məqsədilə istifadə etsin. Bu mənada, müştərinin peykin tutumunun hansı hissəsinin internet üçün istifadə etdiyini söyləmək mürəkkəbdir; ola bilər ki, müştəri aldığı peyk tutumundan müəyyən müddət ərzində internet məqsədilə istifadə etsin, sonra isə VSAT xidmətləri üçün yararlansın. Yəni buradan dəqiq internet trafikini ayırmaq və statistika aparmaq çətindir".
(ictnews.az)
"Data xidməti verilməsi ilə bağlı müştərilərlə görüşlər keçirilirmi" sualına isə ASC-dən belə cavab verilib: "Azərkosmos" tərəfindən aparılan davamlı marketinq fəaliyyəti peykin tutumlarından yayım və ya rabitə məqsədilə istifadə etmək istəyən potensial müştərilərin tapılması və onlarla səmərəli işgüzar münasibətlərin qurulması məqsədinə xidmət edir və bu istiqamətdə işlər mütəmadi olaraq həyata keçirilir".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Milli peykin resurslarından səhiyyə, təhsil, rabitə və digər sahələrdə istifadə mümkündür

15-08-2013

“Ağıllı” telefon sahibləri “Photoshop”dan istifadə edə biləcəklər

28-02-2013

Yeməkləriniz USB ilə isti qalsın!!!

06-12-2008

“Google” ABŞ-da mağazalar şəbəkəsi açır

19-11-2013

Azeurotel RİTN-i ittiham edən açıqlama verib!!!

28-02-2009

Azərbaycan Prezidentinin rəsmi saytının “Android” əməliyyat sistemi üçün mobil əlavəsi istifadəyə verilib

23-04-2013

ABŞ-ın Ticarət və İnkişaf Agentliyi "Azərspace-2” layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına yarım milyon dollar ayıracaq

30-08-2013

Azərbaycan ərazinin fotoşəklini çəkmək üçün peykdən istifadə edəcək

03-12-2014

Samsung şirkəti məhsul istehsalında daha keyfiyyətli və cızılmayan şüşələrdən istifadə edəcək

26-10-2013

Ən keyfiyyətli internet Yaponiyadadır

18-09-2008

Azərbaycanda ilk dəfə sığorta polislərinin online satışı həyata keçirilir

01-05-2009

Azərbaycanda uşaqlar üçün “Təhlükəsiz İnternet” xidməti istifadəyə verilib

16-08-2013

Ən təhlükəsiz brauzerlər məlum olub

16-03-2013

İnternetdə ən populyar Azərbaycan sözünü tapan YUMROO istifadəçisi bəlli oldu!!!

02-03-2009

Ölkənin internet xidmətləri bazarında hansı provayder liderdir?

04-11-2013

Nintendoda Disney Land

12-11-2008

Saytların sayı 650 milyona çatıb

03-04-2013

Opera Azərbaycan dilinə Tərcümə oluna bilər

02-05-2009

Smartfonların hansı qüsurları var?

05-04-2012

“Twitter” istifadəçilərin məlumatlarını Milli Təhlükəsizlik Agentliyindən qoruyur

25-11-2013

Gənclər yeni ideyalarını “Onlayn fikir bankı”nda yerləşdirə biləcəklər

27-11-2013

Azərbaycan internet xidmətləri provayderlərinin reytinqinə yeni provayder daxil olub

04-04-2014

Yeni internet Forum!

10-12-2008

Opera Mobile 9.7 istifadəyə verildi

11-06-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə