Gənc Bloqçular Şəbəkəsi” layihəsi sosial bloq yazıları müsabiqəsi elan edir. Məqsədi gənclər arasında sosial bloqçuluğu inkişaf etdirmək olan bu müsabiqədə bütün bloqerlər iştirak edə bilər. Yazıları təcrübəli bloqçu və yeni media mütəxəssislərindən ibarət münsiflər heyəti qiymətləndirəcəkdir. Müsabiqənin ümumi mükafat fondu 700 AZN təşkil edir. Mükafatlar: I yer 200 AZN II yer 150 AZN
Adobe Systems Incorporated şirkətinin rüblük mədaxili fəaliyyəti boyu ilk dəfə olaraq bir milyard ABŞ dollarını keçib. Belə ki, şirkətin hesabatına əsasən 2010-cu maliyyə ilinin dördüncü rübü ərzində proqram təminatı istehsalçısının gəliri 1,01 milyard dollar olub.
Xəbər verdiyimiz kimi, Sosial bloq yazıları-2 müsabiqəsinin qalibi Teymur Mərdəliyevin "Azad insan" yazısı olub. Xeberler.az portalı həmin bloq yazısını təqdim edir. Hər dəfə idman dərslərindən qayıdanda onu görürdüm. Hərəkətləri, əllərini yuması, dünya atlasına baxması məni cəlb edirdi. O, küçədə yaşayırdı. Taxta lövhə üzərində elə hey nə isə yazırdı. Mənim nəzərimdə o, dünyanın ən azad adamı idi.
Böyük Britaniyanın The Financial Times qəzeti Stiv Cobsu “İlin adamı” adına layiq görüb. Qəzet, Apple şirkətinin rəhbərini yüksək texnologiyalar sferasının ilk rok-ulduzu hesab edir.
Artıq dünyanın bütün aparıcı avtomobil istehsalçıları elektromobil və hibrid model istehsalına və ya layihələndirilməsi işinə girişib. Dünyada neft ehtiyatları tükəndikcə bu növ nəqliyyata tələbat da artır. Elə isə elektromobillərin üstün və çatışmayan cəhəti nələrdir? Mütəxəssislər bu avtomobillərin gələcəyini necə görürlər?
Azərbaycanın İKT sektorunun inkişafı ilə əlaqədar ölkə iqtisadiyyatında bəzi dəyişikliklər baş verəcək. Rabitə və Informasiya Texnologiyaları Naziri Əli Abbasovun fikrincə, əsas istiqamətlərdən biri ölkədə internet iqtisadiyyatın qurulması olacaq. Bu, ölkədəki bütün xidmətlərin, o cümlədən bank xidmətləri və ticarətin internet vasitəsilə həyata keçirilməsini nəzərdə tutur: «Bu çox perspektivli istiqamətdir, Britaniyanın internetdən gəlirləri təkcə ötən il 220 mlrd. dollar təşkil edib».
Gələn il smartfon bazarında 8 faiz (11.4 milyard ədəd) artım müşahidə olunacaq.“Pyramid Research” analitik şirkəti belə bir proqnozla çıxış edib.
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Microsoft” cari ildə Azərbaycandakı fəaliyyətinə dair hesabat təqdim edib.
Xeberler.az portalının məlumatına görə, Ermənistanın twitter.am saytı azərbaycanlı hakerlər tərəfindən ələ keçirilib. Hakerlərimiz sayta “Azerbaijan Defacers” (Azərbaycan dağıdıcıları), Three Azeris against Armenia! (3 Azərbaycanlı Ermənistana qarşı) sözlərini yazıblar. Həmçinin milli qəhrəman Mübariz İbrahimov, qəhrəman şəhid Fərid Əhmədov və Macarıstanda dustaq həyatı yaşayan Ramil Səfərov
Bu ilin sonunadək Azərbaycanda internet istifadəçilərinin sayı ölkə əhalisinin 50%-nə çatacaq. Bunların 12%-i (hər 100 istifadəçidən 12-si) genişzolaqlı (ADSL) internet istifadəçisidir. Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Ə.Abbasovun sözlərinə görə, bu göstəricilərin hər ikisinə görə Azərbaycan dünya üzrə orta göstəricini iki dəfə qabaqlayır.
“Google” korporasiyası Manhettendəki (ABŞ) nəhəng ofis binalarından birinə sahib olub. Bu barədə obyektin satıcılarından biri olan “Taconic Investment Partners” şirkəti açıqlama yayıb. Binanın digər satıcıları isə “Jamestown Properties” və “New York State Common Retirement Fund” şirkətləridir.
Yaponiya vətəndaşı olan bir xanım “Google” şirkətini məhkəməyə verib. Xeberler.az portalının Lent.az-a istinadən verdiyi xəbərə görə,buna səbəb “Google”nin “Street View” şəbəkəsi vasitəsi ilə onu ağ paltarda küçə ilə gedərkən göstərməsidir.
Dekabrın 21-də “Land Mark” Biznes Mərkəzində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin 2010-cu ilin yekunlarına həsr olunmuş tədbiri keçirilib.
Azərbaycanda estrada janrında mahnı bəstələyən yaradıcı insanların əməyini qiymətləndirmək və peşəkarlıq səviyyəsini inkişaf etdirmək məqsədilə üçüncü ildir keçirilən “Bakı gecələri-2010” Estrada Mahnı Festivalının on-line səsverməsi dekabrın 21-də başa çatacaq.
Erməni Diasporu qondarma soyqırım qanununun Amerika Nümayəndələr Məclisi Xarici Əlaqələr Komitəsinin gündəminə gətirmək üçün kampaniya başladıb. Kampaniyaya "ən çılpaq dəstək" isə ABŞ-da yaşayan erməni şou ulduzu Kim Kardashiandan gəlib. Soyqırım iddialarına dəstək olan erməni porno ulduz Kim Kardashian, bu dəfə Amerikan Professional Basketbol Liqasının əfsanəvi oyunçularından Kobe Bryantı Kobeyə qarşı Twitterdə kampaniyaya başlayıb.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin təşəbbüsü ilə “Facebook” sosial şəbəkəsində “Demokratiya hərəkatı” adlı qrup yaradılmışdı. Qrupun yaradılmasında məqsəd virtual məkanda aktiv olan insanları bir araya gətirmək, onların virtual həyatdan çıxıb real həyatda müzakirələr aparmasına nail olmaqdır. Dünən Azərbaycan İnsan Hüquqları Evində Demokratiya Hərəkatının ilk görüşü baş tutub.
Bir müddət əvvəl şərti azadlığa buraxılan gənc bloqçular Adnan Hacızadə və Emin Milli necə reabilitasiya keçirlər? Hazırda nə işlə məşğuldurlar? 17 aylıq qapalı rejimdə yaşamaqdan sonrakı həyat onlara necə təsir edir? “Media forum” saytına danışan Adnan Hacızadə hazırda müalicə kursu keçdiyini və hələlik heç bir işlə məşğul olmadığını bildirib. O, əsəb sisteminin pozulmasından əziyyət çəkdiyini deyib: “Hazırda müalicəm davam edir, xeyli irəliləyiş var və özümü daha yaxşı hiss etməyə başlayıram”.
“Microsoft” korporasiyası “Windows Live Hotmail” poçt servisi üçün “Active View” adlı yeni elektron məktub platformasını istifadəyə verib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları