SPAM nədir və ondan necə qurtulmaq olar? - ARAŞDIRMA

03-05-2011 / 16:28

Çoxlarımız tez-tez spam sözü ilə rastlaşırıq. Belə bir təsəvvür var ki, spam ancaq elektron ünvanlara gələ bilir. Əslində isə bu belə deyil. Belə ki, spam kütləvi olaraq yayımlanan və eyni zamanda alınması arzuolunmaz olan reklam və ya digər məzmunlu məlumata deyilir. Adətən bu cür məlumatları email vasitəsi ilə aldığımızdan spam termini elektron məktublara şamil olunur.
Kök olaraq araşdırsaq spam sözünün yaranma tarixi 1937-ci ilə təsadüf edir. Belə ki, SPAM - "Hornel Foods" şirkətinin məhsulu olan donuz konservlərinin adıdır. Kütləvi reklam kampaniyaları və məhsulun ucuzluğu onu qısa zamanda bütün Amerikada istifadə edilən məhsula çevirmişdir.
80-ci illərdə Usenet konfranslarında çoxlu sayda reklam məzmunlu elektron ismarıclar yayılmağa başladıqda, onları 40-cı illərin kütləvi konserv reklamları ilə müqayisə edirdilər. Beləliklə, "spam" sözü yeni məna qazanmış oldu.
Ancaq interneti maraqlandıran yönüylə spam internet üzərində eyni mesajın yüksək ədəddəki kopiyasının, bu tip bir mesajı almaq tələbində olmayan kəslərə, məcburedici xüsusiyyətdə göndərilməsidir. Spam əsasən ticari reklam xüsusiyyətində olub, bu reklamlar əhalinin inanmadığı məhsulların, tez zəngin olma kampaniyalarının, yarı qanuni xidmətlərin təbliğinə istiqamətlənib. Spam göndərilərkən kiçik xərclə reallaşdırıldığı halda, əsas maliyyə yükü böyük ölçüdə mesajın alıcıları və ya daşıyıcı, xidmət təmin edici təşkilatlar tərəfindən qarşılanır.


İnternet istifadəçiləri üzərindəki təsirləri araşdırıldığında iki tip spam vardır. E-mail vasitəsilə göndərilən spam doğrudan göndərilən mesajlarla, fərdi istifadəçiləri hədəf alır. E-mail spam siyahıları, ümumiyyətlə, Usenet göndərilərinin daranması, müzakirə qruplarının üzv siyahılarının oğurlanması və ya veb üzərindən ünvan axtarışlarıyla meydana gəlir. E-mail tipindəki spamlar tipik olaraq istifadəçinin xərc etməsinə səbəb olur. E-mailə daxil olma üçün müddətə bağlı telefon pulu ödəyən hər istifadəçi belə məktublar sayəsində boş maliyyə itkisinə yol verir.

Spam məktubları

Spamın ən geniş yayılmış növü elektron məktublardır. Spamerlər xüsusi proqram robotlar vasitəsilə (və ya nadir hallarda əl ilə) elektron poçt ünvanlarını veb səhifələrdən, forumlardan, qonaq kitablarından, veb çatlardan və s. mənbələrdən toplayırlar. Bu tip robotlar bir saat ərzində minlərlə ünvan toplaya bilirlər. Ünvan toplamaq üçün istifadə edilən digər üsulda spam təsadüfi ünvana göndərilir və məktub server tərəfindən qəbul edildiyi halda o ünvan siyahıya əlavə edilir. Bəzi şirkətlər yalnız bu cür ünvanları toplayıb, ünvanlardan tərtib edilən bazanı digər spamerlərə satırlar.
Beləliklə, elektron ünvana gələn spamın səbəbi həmin ünvanın hər hansı bir üsul ilə spamerlə məlum olmasıdır. Bu üsullardan bəziləri aşağıda göstərilmişdir:
Elektron ünvanının sahibi öz ünvanını inetnet səhifəsində - forumda və ya qonaq kitabında açıq şəkildə göstərmişdir. Robot bu ünvanı səhifədə taparaq spam bazasına əlavə etmişdir.
E-poçt yolu ilə göndərilən spam növlərindən ticari məzmunlu olan UCA (Unsolicited Commercial e-mail- Tələb edilməmiş Ticari e-poçt) adından da aydın olduğu kimi istəmədiyiniz halda sizə göndərilən bir məhsulu, ya da xidməti tanıdıcı elektron məktub mesajlarıdır.
Məzmununun mütləq ticari olması lazım olmayan UBE isə, (Unsolicited Bulk e-mail - Tələb edilməmiş Kütləvi e-poçt), eyni anda yüz minlərlə e-poçt hesabına göndərilən e-poçt mesajlarıdır. Bu mesajlar ticari məzmunlu ola biləcəyi kimi siyasi bir görüşün propaqandasını etmək, ya da bir mövzu haqqında ictimai rəyi formalaşdırmaq, insanları bir araya gətirmək məqsədi ilə göndərilən e-poçt mesajları da ola bilər. Spam haqqında əhəmiyyətli bir nöqtə, bir mesajı spam olaraq xarakterizə etmək üçün istifadə ediləcək ölçünün mesajın məzmunu ilə heç əlaqəli olmamasıdır. Hər kəsin üzərində həmfikir olduğu, əhəmiyyətli bir ictimai həssaslığa sahib bir mövzu haqqında görüş bildirmək üçün kütləvi olaraq göndərilən bir mesaj da əslində spam olaraq xarakterizə edilə bilər.
Digər daha çox sıx rast gəlinən e-poçt spam tipi isə MMF (Make Money Fast - Asan Pul Qazanın) mesajları; zəncir mesajlar ya da piramida bənzəri satışa çıxarma strukturları ilə əlaqədar gələn mesajlardır. Piramidanın ən üstündəki ada pul göndərib siyahının altına özünüzü əlavə etdiyinizdə pul qazanmağa başlayacağınızla bağlı aldığınız mesajlar bu tip spam mesajlarına nümunə ola bilər.
E-mail növündəki spamın narahatedici bir tipi isə, mesajın müzakirə siyahılarına göndərilməsi vəziyyətidir. Bir çox müzakirə siyahısında, əməliyyatlar yalnız siyahı üzvləri tərəfindən reallaşdırıla bildiyindən, spam göndəriciləri, mümkün olduğu qədər çox siyahıya üzv olmağa çalışaraq, siyahı üzvlərinin ünvanlarını təmin edirlər.
Digər bir spam tipi isə, imtina edilə bilən (cancellable) Usenet mesajları vasitəçiliyi ilə edilən spamdır. 20 və ya daha çox xəbər mənbəyinə eyni anda göndərilən bir mesaj spam daxilində araşdırılır. Usenet istifadəçiləri baxımından bu qədər çox sayda xəbər mənbəyinə göndərilən bir mesajın, ümumiyyətlə, mənbələrin çoxu, hətta hamısı baxımından mövzu xarici qaldığı təsbit edilmişdir. Bu cür spam, sıxlıqla xəbər mənbələrini oxuyan ancaq çox nadir və ya heç göndərilməyən etmədiklərindən e-mail ünvanları əldə edilə bilməyən istifadəçi qrupunu hədəflir. Usernet spamları xəbər mənbələrini reklamlar və ya maraqsız mesajlarla dolduraraq istifadəçi baxımından faydasız və istifadə edilməsi çətin hala gətirər.

Spamdan qurtulmağın yolları

Spam göndərən saytlar özlərinə ziyarətçi axtarırlar. Qətiyyən spam məktub göndərən saytı ziyarət etmək olmaz. Bundan başqa spam məktubların qarşısını almaq üçün siz də ona cavab spamı göndərməyin. Spam məktublar sizə çox gəlirsə, tanımadığınız kəslərdən gələn məktubları açmayın və heç kimə yönləndirməyin və ya cavab yazmayın. Bu ünvanlardan davamlı məktub gəlməyə davam etsə, deməli, o spamerdir. E-mailin tənzimləyiçisi ilə ondan gələn mesajlara qadağa qoya bilərsiniz. Çox tanınmamış saytlara üzv olmayın. Bir şeyi də qeyd edək ki, ciddi firmalar məktub-siyahılarına göndərilən hər məktubun sonuna məktub siyahısı üzvlüyündən çıxmaq üçün istiqamətləndirmələr və əlaqələr qoyurlar. Bu tərz məktublar spam deyil.
Spamların ən böyük yuva qurduğu yerlərdən biri də sosial şəbəkələrdir. Sosial şəbəkələrdə məlumatlarınızı yayarkən ehtiyatlı olmaq lazımdır.
/Deyerler.org/


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə