“Google Chrome OS” bulud əməliyyat sisteminin sonu çatıb

17-12-2010

“Gmail”ın tərtibatçısı xəbərdarlıq edib.“Google Chrome OS” bulud əməliyyat sisteminin işlənib hazırlaması üzrə layihə gələcək 12 ay ərzində dayandırılacaq

ABŞ-da internet saytlara qarşı senzura sərtləşir

16-12-2010

Hava Qüvvələri «Wikileaks», «New York Times», «Guardian» və «Der Spiegel»-i oxumağı qədağan etdi. ABŞ Hava Qüvvələri ölkəsəfirliklərinə məxsus məxfi yazışmaları ifşa edən «Wikileaks» saytı və bu saytla əməkdaşlıq edən üç mətbuat orqanının saytlarına girişi bloklayıb. Bu addım Ağ Evin Nəzarət və Büdcə Bürosunun «Wikileaks» və digər saytlar vasitəsilə yayımlanan sənədlərə hökumət işçilərinin və hökumətlə əlaqəli təşkilatların çıxışına qoyduğu qadağaya uyğun olaraq atılıb.


Facebookun yaradıcısı ilin adamı oldu

16-12-2010

"Taym" jurnalı "Facebook"un baş icraçı müdiri Mark Zakerberqi "İlin Adamı" adlandırıb. Jurnal hesab edir ki, 2010-cu ildə o dünya hadisələrinə ən çox təsir etmiş şəxs olub. 26 yaşlı milyarder barədə bu il "Sosial Şəbəkə" adlı film çəkilib. Film "Facebook"un yaranması tarixi haqqındadır. "Wikileaks"in təsisatçısı Culian Assanj "Taym" jurnalının oxucuları arasında keçirilmiş sorğu nəticəsində

Facebookun yenilikləri davam edir

16-12-2010

Bildiyiniz kimi, ötən həftələrdə facebook dizayn və profilini sistemini dəyişdi. Dünyanın ən böyük sosial şəbəkələsi olan facebook yenidən dizayn dəyişiklikləri edib. Bu dəfə şəbəkə çat bölməsinə yeni FACEMOODS.com əlavə edilib. (Hərəkətli olan smayliklər).


Facebookda ölkələrin reytinqi

16-12-2010

Facebookda qeydiyyatdan keçmiş istifadəçilərin sayına görə ölkələrin reytinq cədvəli açıqlanıb. Socialbakers.com saytı Facebook sosial şəbəkəsində qeydiyyatdan keçmiş istifadəçilərin sayına görə ölkələrin reytinq cədvəlini dərc edib. Q Qeyd edək ki, Azərbaycan reytinqdə 95-ci yeri tutub. Ölkəmizdə Facebookdan qeydiyyatdan keçmiş istifadəçilərin sayı 271 640 nəfərdir.

Kompyuter erası bitir?

16-12-2010

2012-ci ildə qlobal fəlakətlə bağlı həyəcanlı proqnozlar yenidən gündəmə gəlib. Astronomlar bildirirlər ki, Günəşdə baş verə biləcək anomal fəallıq Yerdə bütün elektron sistemləri sıradan çıxaracaq və sivilizasiya tamamilə iflic olacaq. Mütəxəssislərin hesablamalarına görə, Günəşdə plazma fəallığı Londonda Yay Olimpiadasının başlanması ərəfəsinə təsadüf edə bilər. Hesab olunur ki, Günəşdən yayılan elektromaqnit dalğaları peykləri,


Yeni elastik elektron qəzet nümunəsini yaradılıb

15-12-2010

2015-ci ildə kağız erası başa çatacaq “Sony” korporasiyası Yaponiyada keçirilən “yaşıl” texnologiyalar sərgisində ilk dəfə olaraq elektron mürəkkəb texnologiyası üzrə hazırlanmış yeni 13,3 düymlü elastik displeyin işlək nümunəsini nümayiş etdirib.

Nazir Əli Abbasov: «Azərbaycanın istənilən yaşayış məntəqəsinə istənilən keyfiyyətdə və sürətdə internet verilə bilər»

14-12-2010

«Hazırda Azərbaycanda genişzolaqlı, yəni yüksək sürətli internetə çıxış texnologiyası üçün strategiya hazırlanır». Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. Nazir qeyd edib ki, hazırda əsas məqsəd informasiya texnologiyalarını daha da inkişaf etdirməkdir: «Hazırda bütün dünyada bu proses gedir. Bu gün Azərbaycanda yüksək sürətli internet istifadəçilərinin sayı 12%dir. Bu


YouTube ulduz müğənniləri «döyüşdürür»

14-12-2010

YouTube portal yeni MyYouTube müsabiqəsi elan edib. Müsabiqəyə çoxsaylı ulduzlar qatılıb.

Facebook hakerləri müsabiqədə iştirak etməyə dəvət edir

14-12-2010

Facebook hakerlər arasında Hacker Cup müsabiqəsini keçirməyə hazırlaşır. Qeyd edək ki, müsabiqənin iştirakçılarına proqram və servislərdə mövcud olan boşluqları müəyyən etmək tapşırılmayacaq. Onlar mürəkkəb alqoritmik məsələlərin həllində öz bacarıqlarını nümayiş etdirəcəklər.


"YouTube"də məhdudiyyət olmayacaq

14-12-2010

YouTube videoservisi istifadəçilər tərəfindən daxil edilən videoçarxlara dair tətbiq etdiyi məhdudiyyəti götürüb.

İnternet qəzetlər pullu varianta keçir

13-12-2010

Maliyyə böhranı KİV bazarının inkişafına dəyişikliklər edib. İndi getdikcə daha çox redaksiya öz materiallarının internetdən pulla oxunmasını tətbiq etməyə başlayıb. Britaniyanın “The Daily Telegraph” və “The Sunday Telegraph” qəzetlərinin sahibi “Telegraph Media Group” şirkəti gələn ildən etibarən adı çəkilən qəzetlərdəki bəzi məqalələrin yalnız pulla olunmasına icazə verəcək.


«Uninet» istifadəçiləri aldatdı

13-12-2010

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) internet provayder şirkəti olan «Uninet» MMC-nin keçirdiyi uduşlu kampaniyasının qeyri-qanuni olduğunu bildirib. QKDK-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, Komitə «Lotereyalar haqqında» qanun və öz əsasnaməsinə müvafiq olaraq lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı olaraq bu istiqamətdə mütəmadi nəzarət tədbirlərini həyata keçirir.

"Wikileaks" tərəfdarı haker qrupun növbəti hədəfi "Paypal" və ’’Amazon’’dur

13-12-2010

“Wikileaks” veb səhifəsini dəstələyən hakerlər onlayn mübarizələrini davam etdirərək Paypal və Amazona hücumlarını genişləndiriblər. Onlar bu saytları internetdə informasiya azadlığına qarşı fəaliyyət göstərməkdə ittiham edir. “Anonim” adlı haker qrupu Twitter sosial şəbəkəsi vasitəsilə tərəfdarlarını Paypal və Amazonun fəaliyyətində problemlər yaratmağa istiqamətləndirib.


Minskdə Regional Rabitə Birliyinin işçi qrupunun iclası keçiriləcək

13-12-2010

Minskdə (Belarus) Regional Rabitə Birliyinin (RRB) işçi qrupunun növbəti toplantısı keçiriləcək. Dövlət Radiotezliklər İdarəsindən (DRİ) verilən məlumata görə, dekabrın 14-17-də orta-uzun diapazonda olan tezliklərin səmərəli istifadəsi ilə bağlı RRB-nin işçi qrupunun 4-cü iclası keçiriləcək.

«Wikileaks» müharibəyə başladı...

10-12-2010

«Wikileaks» saytının qurucusu Culian Asanjın həbsinə və onun saytına qarşı təzyiqlərə etiraz əlaməti olaraq naməlum hakerlər İsveç hökumətinin rəsmi saytına basqın edərək saytı sıradan çıxarıblar və yenidən qayıdacaqları barədə xəbərdarlıq ediblər. İsveç hökumətinin «regeringen.se» adlı rəsmi saytı bir neçə saat ərzində oflayn vəziyyətdə qalıb və istifadəçilər yalnız «saytı açmaq mümkün deyil» qeydi ilə üzləşiblər.


Ermənilər Ramil Səfərovun internet səhifəsini dağıtdılar

10-12-2010

Xeberler.az Yeni Çağ informasiya agentliyinə istinadən xəbər verir ki, Macarıstanda məhbəsdə yatan qəhrəmanımız Ramil Səfərovun internet səhifəsi erməni xakerlərin hücumuna məruz qalıb. www.ramilsafarov.org saytına daxil olanda http://www.rudespace.com/ saytına keçid alır.

Osman Gündüzün kitabı nəşr edilib

10-12-2010

Azərbaycan İnternet Forumunun prezidenti, "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün "İnternet. Azərbaycan internet resursları. Milli saytlar kataloqu 2010" kitabı nəşr olunub. XEBERLER.AZ-ın Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan verilən məlumata görə,






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə