Consumer Reports iPad 2-ni ən yaxşı planşet adlandırıb

07-04-2011 / 16:17

ABŞ-ın Consumer Reports nüfuzlu istehlakçı jurnalı iPad 2-ni bazarın ən yaxşı planşet kompüteri adlandırıb. Ekspertlər Apple, Dell, Motorola, Samsung və ViewSonic istehsallı 10 planşeti 17 kateqoriya üzrə dəyərləndirib.

 

Mütəxəssislər tərəfindən sözügedən qurğularda sensor panelin dəqiqliyi, portativlik, istifadədə rahatlıq və digər müxtəlif göstəricilər müqayisə olunub.

 

Demək olar ki, bütün kateqoriyalarda iPad 2 digər modellərdən üstün olub. 32 qiqabayt yaddaş həcmli və 3G modullu iPad 2 modelinin əsas rəqibi isə, Consumer Reports-un fikrincə Motorola Xoom planşetidir. Hər iki qurğunun bəzi parametrləri demək olar ki, tam uyğun olub. Misal üçün, sensor ekranın sürəti və dəqiqliyi, Wi-Fi, Bluetooth və GPS funksionalı, eləcə də üz kamerasının mövcudluğu. Google Android mobil əməliyyat sistemi bazasında işləyən planşet kompüterlərin üstün cəhətləri kimi jurnalın ekspertləri yaddaş kartları üçün slot və USB portunu qeyd ediblər.

 

Avtonom iş müddətinin sınaqdan keçirilməsi zamanı iPad 2 bir dəfə enerji doldurmaqla 12 saat işləyib. Həmin şəraitdə misal üçün Archos 70 planşeti cəmi 4 saata yaxın işləyə bilib. Consumer Reports nümayəndələrinin sözlərinə görə, texniki göstəricilərlə yanaşı planşetlərin ölçüləri, çəkisi və proqram təminatı kimi parametrləri də kiçik məsələ deyil.

 

ABŞ-ın Consumer Union qeyri-kommersiya təşkilatı tərəfindən dərc olunan və səhifələrində müxtəlif məhsul və xidmətlərə dair şərhlər əks olunan Consumer Reports jurnalında kommersiya xarakterli reklam yerləşdirilmir və istehsalçılardan məhsulların pulsuz nümunələri qəbul olunmur. Buna səbəb isə rəylərdə qərərsizliyin və müstəqilliyin qorunmasıdır.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə