Netсraft analitik şirkətinin aprel ayının birinə təqdim etdiyi statistik məlumatlara əsasən Qlobal şəbəkədə təxminən 312,7 milyon sayt fəaliyyət göstərir.
Xeberler.az portalının Rabitə və informasiya nazirliyinin rəsmi internet saytına istimadən verdiyi xəbərə görə, şirkətin hesabatında bildirilir ki, yuxarıda qeyd olunmuş tarixdə şəbəkədə, daha dəqiq desək, 312 693 296 sayt işləyib. Bu göstərici keçən ayın nəticəsi ilə müqayisədə 14,7 milyon yüksəkdir.
Qeyd edək ki, son bir ay ərzində şəbəkədə xidmət göstərən populyar veb-serverlər arasında ən yüksək göstəricini Apache (11,4 milyon sayt) serveri nümayiş etdirib.
Microsoft şirkəti (1,2 milyon sayt) bu müddət ərzində bazasını bir qədər genişləndirib. Google şirkətinin göstəriciləri isə keçən aylar müqayisədə xeyli aşağı düşüb. Belə ki, Google mart ayında 15 161 530, apreldə isə 14 690 422 sayta xidmət göstərib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri