Bakıda Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, eləcədə Poçt və Telekommunikasiya Administrasiyaları Avropa Konfransının (CEPT) birgə təşkil etdiyi Tezliklərin İdarə olunması üzrə işçi qrupun 64-cü toplantısı öz işinə başlayıb.
Siemens sənaye konserni özünün Fujitsu Siemens Computers şirkətindəki payını Avropanın personal kompüter, server və noutbuk istehsalçılarına sataraq kompüter biznesi sahəsindən tamamilə çıxmaq niyyətindədir.
Toshiba şirkəti ilk Satellite NB105 netbukunu istehsal etməyə hazırlaşır. Netbuk cari ilin noyabrında təqdim ediləcək. Internetdə yayılan məlumatlara görə, netbuk gümüşü-qara rənglidir, 1,6 GHs tezlikli İntel Atom prosessoru, pikseldə 1024 x 600 ölçülərlə 8,9 düymlük displeyə malikdir.
AMD-nin digər həmkarları kimi Club 3D şirkəti də yeni model istehsal etdi. 55-nm texnologiyası əsasında qurulan ATI Radeon HD 4670 RV730 XT çipi ilə yeni qrafik adapterini məhsullarına əlavə etdi. Club 3D HD 4670 512MB GDDR3 modeli dairəvi qara radiator, fəal hava soyuducusu və mərkəzdən ventilyatorla təchiz olunub. Sürətləndirici 512 Mb həcmdə GDDR3 yaddaşla, 1746 MHs tezlikli 128 bit-lik interfeysə malikdir.
Təqdim edilən yeni noutbuk Dynabook SS RX2 128 Gb-lıq ilk yığcam kompüterdir. Yeni model 12,1 düymlük displeyə malikdir. Az enerji sərf edən qurğuda 1,2 GHs və 10 Vt gücündə olan CPU Intel Core 2 Duo SU9300 prosessoru quraşdırılıb.
Inkişaf etməkdə olan ölkələr başda olmaqla bütün dünyada gənclərə 80 dollara dizüstü kompüter paylanılacaq. Dünyada hər uşağa bir noutbuk kompaniyasının (OLPC) rəhbərlərindən olan ABŞ-dakı MİT Universitetinin professoru Nicolas Neqroponte Amazondakı ölkələrin də bu müqaviləni imzaladıqlarını və Amazondakı kompaniyanın noyabr ayının sonundan etibarən başlayacağını söyləyib.
Samsung-un hazırladığı yeni netbuklar haqda artıq məlumatlar yayılmağa başlayıb. Dəqiqliklə qeyd olunur ki, 10,2 düymlük 1024х600 nöqtəli ölçüdə displeyə malik model satışda cari ilin oktyabrında olacaq. Yerli bazarda onun qiyməti 600 min Koreya vonuna - təqribən 550 ABŞ dollarına bərabər olacaq.
Apacer, SO-DIMM tipli yaddaş modulunu təqdim etdi. Yeni kart Aspire One noutbukları üçün nəzərdə tutulub. DDR2-667, 1 Gb həcmli, hazırda kompüter üçün olan digər modullardan 12% aşağı, 1,6 Vt gərginlikdə işləyir.
Plastic Logic şirkətinin mütəxxəssisləri mətnləri elektron təqdimatda qura biliblər. Bu ekran bazardakı iri ekranlı digər oxşar məhsullardan fərqlidir. E Ink texnologiyası istifadə olunan yeni ekranlar monoxrom mətnləri və illüstrasiyaları əks etdirə bilir. Ölçüləri 216 х 279 mm-dir.
İntel korporasiyası Xeon prosessorlarının “ailəsini” tamamlayan X5492, X5470, L5430 və X5270 modellərini buraxdı. Xeon X5492-nin tezliyi 1600 MHs, sistem şininin tezliyi isə 3,4-dir. Prosessor dörd nüvəyə malikdir və 12 Mb, ikinci səviyyəli keş yaddaşla təchiz olunub. 150 Vt enerji sərf edir, istehsalda 45 nanometrlik texnologiya tətbiq olunub. Topdan satış qiyməti 1492 dollar təşkil edir.
Dell şirkəti xərcləri azaltmaq, gəlirləri çoxaltmaq məqsədilə kompüter istehsalı zavodlarını satmaq fikrindədir. Məlumatı yayan mənbə deyir ki, Dell növbəti 18 ay ərzində bütün zavodlarını sata bilər. Çox güman ki, zavodların alıcıları böyük Asiya şirkətləri olacaq. Şirkətin zavodları əsasən stolüstü kompüterlər sifariş edən korporativ müştərilər üçün işləyir
LG Electronics şirkəti öz alıcılarını dinamik 30000:1 kontrastlı W2284F monitorunun buraxılışı xəbəri ilə sevindirdi. Sürüşkən, parlaq korpuslu, şəffaf altlıqlı, yüngül işıqlandırılma ilə təchiz edilməsi, monitoru yandırıb-söndürən düymənin qeyri-adi, damcı şəklində olması - nəzərdən qaçmayan və iF Product Design 2008 tərəfindən hədiyyə ilə mükafatlandırılan aşkar üstünlüklərdir.
Adobe şirkətinin rəsmi saytı 23 sentyabrda Creative Suite 4 (CS4) paketinin təqdimatını keçirəcəyi haqda məlumat verdi. Təqdimat onlayn rejimdə keçiriləcək və onu bütün dünyanın internet istifadəçiləri izləyə biləcəklər. Artıq istifadəçilər, hazırlanmış xüsusi səhifədə öz elektron poçtunun ünvanını qoya bilərlər. Buraya təqdimat yayımının başlaması haqda məlumat gələcək.
Philips şirkəti Wake-Up Light – işıq saçan zəngli saatlar təqdim edib. Adi zəngli saatlardan fərqli olaraq, yeni qurğular səs siqnalı vermək əvəzinə işıqlanırlar.Təyin olunmuş vaxtdan 30 dəqiqə əvvəl saat tutqun işıq verməyə başlayır. Həmin vaxta yaxınlaşdıqda işıq daha aydın olur,
Sony korporasiyası televizor istehsalının genişlənməsi haqda elan verdi. Ən nazik maye kristallı məhsul və Avropada ilk dəfə istifadə olunan OLED TV-ni təqdim etdi. Ilk model - HD-televizor BRAVIA ZX1 özündə yüksək funksionallıq və cəlbedici görkəm əks etdirir.
Apple şirkəti sentyabrın 9-da Let”s Rock adlı xüsusi tədbir keçirəcək. Keçən ay yeni məhsulların təqdim ediləcəyi barədə artıq şaiyələr yayılmışdı. Indi isə Apple yayılan məlumatları təsdiq etdi. Let”s Rock təqdimat mərasimində hansı məlumatların veriləcəyi hələ dəqiq bəlli deyil. Mütəxxəssislər belə fikirdədilər ki, prezentasiya musiqi qurğuları ilə bağlı olacaq.
"Alman dalğası" teleradio şirkəti Best Of Blogs-2008 – 5-ci beynəlxalq bloqlar müsabiqəsinin başlaması barədə elan edib. 31 avqust tarixindən etibarən dörd həftə ərzində layihənin saytında istifadəçilər bəyəndikləri bloqları 16 müsabiqə nominasiyası üzrə iştirak üçün təqdim edə bilərlər.
İFA (Beynəlxal Sərgi Agentliyi) Berlində ənənəvi, 48-ci beynəlxalq sərgini təşkil edib. Orada 63 ölkədən 1250 firma iştirak edib. 29 avqustda açılan sərginin təşkilatçıları onu öz məhsullarının vitrini adlandırırlar. Almaniyanın paytaxt şəhərində keçirilən sərgidə dünyanın hər yerindən olan yeni elektron cihazlar təqdim olundu.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları