ATƏT hesab edir ki, İnternetdə plüralizm və informasiyanın sərbəst axını təmin olunmalıdır. Bu barədə bazar ertəsi İnternetin inkişafına dair Belarus paytaxtı Minskdə keçirilmiş konfransda ATƏT-in KİV azadlığı üzrə direktoru Roland Bless bəyan edib.
Böyük Britaniyada çalışan orta statistik əməkdaş elektron poçtdan qeyri-effektiv istifadə etdiyinə görə günün bir saatını məktubların oxunmasına və göndərilməsinə həsr edir. Bu barədə Expert Messaging təşkilatı tərəfindən aparılmış araşdırmanın nəticələrində qeyd olunur.
Bu gün Bakıda Microsoft Azərbaycan” şirkəti Təhsil Nazirliyi və Azərbaycan İnternet Forumunun birgə həyata keçirdikləri “Uşaqların İnternetdə Təhlükəsizliyi” pilot layihəsinin təqdimatı keçirilib.
Noyabrın 25-də saat 10:00-da Park İnn otelində Azərbaycanda “Uşaqların İnternetdə Təhlükəsizliyi” adlı layihə ilə bağlı konfrans keçiriləcək.
Google şirkəti özünün yeni Chrome brauzerinin inkişafı məqsədi ilə gördüyü tədbirlər çərçivəsində köhnə sınaqdan keçmiş üsuldan istifadə etmək niyyətindədir. Belə ki, şirkət pərakəndə satış obyektlərində təqdim olunan kompüterləri yeni brauzerlə təmin etməyi planlaşdırır.
Noyabr ayının 26-da Bakıda “İnformasiya kommunikasiya texnologiyalarının təhsildə tətbiqinin motivasiya sistemi” mövzusunda dəyirmi masa keçiriləcək. Tədbirin təşkilatçıları Azərbaycan Təhsil Nazirliyi və “Mədəd” humanitar təşkilatıdır.
Dekabrın 2-də Bakıda Silverkey Technologies Azərbaycan şirkəti ölkədə ilk ödəmə sistemi – “GoldenPay”-in təqdimat mərasimini keçirəcək. Bu ödəmə sisteminin tətbiqi Azərbaycanda elektron ticarətin (e-commerce) inkişafında ən əsas addımdır.
Texnologiyaya ən tez uyğunlaşanların Yaponlar olduğunu sanırsınızsa yanılırsınız...
IE, Firefox deyərkən bir də Crome kimi bir rəqib çıxınca, Opera önə çıxmaq üçün strategiya dəyişdirdi. Operada yenicə işə başlayan İngilis dizayner John Hicks, brauzerin dizaynında hər şeyi dəyişməyə hazırlaşır.
Qlobal böhran bütün sektorlarda təsirini göstərməyə davam edir. Bu təsir Nokiadan da yan keçmədi.
Yanğın istefasından dərhal sonra Yahoonun səhmləri birjada sürətlə dəyər qazanmağa başladı.Digər tərəfdən səhmlərin dəyər qazanması Microsoftu da təklifini yenidən nəzərdən keçirməyə məcbur etdi.
“İnformasiya Cəmiyyətinin Jurnalisti” Layihəsi çərçivəsində Jurnalistlərin professional hazırlığına kömək məqsədilə növbəti Treninq keçirilib.
“Xarici radiostansiyaların Azərbaycanda yayımı hüquqi müstəvidə həllini tapmalıdır. Bu, hüquqi tənzimləmə məsələsidir, onu digər məsələlərlə qarışdırmaq olmaz”.
Hewlett-Packard (HP) şirkəti Multi-Touch sensor ekranlı ilk noutbukunu təqdim edib. HP TouchSmart tx2 adlanan bu noutbuk, şirkət nümayəndələrinin sözlərinə görə kütləvi istifadə üçün işlənib hazırlanmış sensor displeyli ilk planşet kompüterdir.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində Dilmanc maşın tərcüməsi sisteminin yeni versiyası hazırlanıb.
Böyük Britaniyanın telekommunikasiya tənzimləyicisi Ofcom təşkilatının məlumatına əsasən 2007-ci ildə irlandiyalılar ən aktiv mobil telefon istifadəçiləri olublar. Bir irlandiyalı bir ay ərzində orta hesabla 179 dəqiqə mobil telefonla danışır və 154 qısa ismarıc (sms) göndərir.
Azərbaycanın Nexus şirkəti Azərbaycan Tarix Muzeyində Nexus Electronic Guide informasiya sistemini təqdim edib. Yeni sistem özündə MP3 formatını dəstəkləyən, 2,2 düym diaqonallı ekran və stereoqulaqcıqlarla təchiz olunmuş multimediya mərkəzini əks etdirir.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda “Elektron elm” proqram layihəsi işlənilir. “Elektron Azərbaycan” Dövlət Proqramı tərkibində həmin layihənin işlənməsində iştirak edəcək alimlərin vəzifələri müəyyənləşdirilmiş, müvafiq təklif və tövsiyələr hazırlanmışdır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları