Previous Next
Bağla

Azercell və AKM “FireWall 2026” hakatonuna start verir

13-11-2026 19:01
Azercell və AKM “FireWall 2026” hakatonuna start verir

Azercell və IRIA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik sahəsində yeni istedadların aşkar edilməsi və inkişafının dəstəklənməsi məqsədilə “FireWall 2026” hakatonuna start verilir. Təşəbbüs gənc mütəxəssisləri, proqramçıları və texnologiya həvəskarlarını real kibertəhlükəsizlik problemlərinin həlli ətrafında bir araya gətirəcək. Hakaton “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı çərçivəsində gənclərin praktiki bacarıqlarının inkişafını və ölkədə peşəkar kibertəhlükəsizlik icmasının genişləndirilməsini hədəfləyir.

Hakaton 5–6 dekabr 2026-cı il tarixlərində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində keçiriləcək. Yarışda 18 və daha yuxarı yaşda olan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. Seçim mərhələsinin nəticələrinə əsasən hər biri maksimum 5 nəfərədək iştirakçıdan ibarət 10 komanda hakatonda iştirak hüququ qazanacaq. Komandalar kibertəhlükəsizlik, rəqəmsal məlumatların qorunması, risklərin idarə edilməsi və süni intellekt sistemlərinin təhlükəsizliyi ilə bağlı real problemlər üzərində işləyəcəklər.

İştirakçılar 24 saat ərzində həllərinin ilkin işlək versiyalarını hazırlamalıdırlar. Məqsəd konkret problemlərin həllinə xidmət edən yeni məhsulların yaradılmasını və mövcud texnoloji həllərin təkmilləşdirilməsini təşviq etməkdir.

Yarışın nəticəsinə əsasən qalib komandalar müvafiq olaraq 4000 AZN (I yer), 3000 AZN (II yer) və 2000 AZN (III yer) məbləğində pul mükafatı ilə təltif olunacaqlar.

Kibertəhlükəsizlik sahəsində biliklərini təcrübədə tətbiq etmək, komanda ilə innovativ həll hazırlamaq və öz ideyasını işlək məhsula çevirmək istəyən hər kəsi “FireWall 2026” hakatonunda iştirak etməyə dəvət edirik. Qeydiyyat 12-30 noyabr 2026-cı il tarixlərində davam edəcək.

İştirak və qeydiyyatla bağlı ətraflı məlumat: “FireWall 2026”

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell “CyberCell Hackathon”a start verir

Azercell “CyberCell Hackathon”a start verir

18-10-2025
"SmartSolutions Hackathon 2026" sabah start götürür

"SmartSolutions Hackathon 2026" sabah start götürür

09-04-2026
Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 76 faizi işlə təmin olunublar

Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 76 faizi işlə təmin olunublar

30-01-2025
Azərbaycanın kibürtəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

Azərbaycanın kibürtəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

08-10-2026
"WorldSkills Shanghai 2026" yarışının seçim mərhələsinə start verilib

"WorldSkills Shanghai 2026" yarışının seçim mərhələsinə start verilib

22-12-2025
Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026
Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

19-09-2024
“WorldSkills Şanxay 2026” yarışının milli komanda seçimləri başlayıb

“WorldSkills Şanxay 2026” yarışının milli komanda seçimləri başlayıb

24-09-2025
"SECURE TOMORROW" hakatonuna qeydiyyat başlayıb

"SECURE TOMORROW" hakatonuna qeydiyyat başlayıb

23-09-2025
Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

07-10-2026
Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

29-09-2026
Müdafiə sektorunda kibertəhlükəsizliyin aktual istiqamətləri müzakirə edilib

Müdafiə sektorunda kibertəhlükəsizliyin aktual istiqamətləri müzakirə edilib

02-10-2026
“Hackathon” müsabiqəsinə qeydiyyat başladı

“Hackathon” müsabiqəsinə qeydiyyat başladı

18-02-2020
Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026
İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024
Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına  start verilib

Elektron Təhlükəsizlik Xidməti tərəfindən elan edilmiş təcrübə proqramına start verilib

05-08-2022
AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir

AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir

26-07-2024
“Cyber Summer School 2026”da təlimlər davam edir

“Cyber Summer School 2026”da təlimlər davam edir

08-07-2026
Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

31-01-2024
“İKT LAB” kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə start verir

“İKT LAB” kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə start verir

03-11-2020
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

21-05-2026
Fərid Osmanov: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 90 faizdən çoxu işlə təmin olunub

Fərid Osmanov: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 90 faizdən çoxu işlə təmin olunub

22-07-2026
AzTU tələbəsi V “Cyber Summer School 2026” kiberdüşərgəsində 1-ci yerə layiq görülüb

AzTU tələbəsi V “Cyber Summer School 2026” kiberdüşərgəsində 1-ci yerə layiq görülüb

13-07-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə