Dünya bir il ərzində nə qədər informasiyadan istifadə edir? Müxtəlif ölkələrdən olan araşdırmaçılar bir araya gələrək bunu hesablamağa çalışıblar. Mütəxəssislərin hesabatında yer alan məlumata görə, dünya bir ildə 9,570,000,000,000,000,000,000 bayt, yəni 9,57 zettabayt məlumatdan istifadə edir.
HTC kapitallaşdırılma göstəricilərinə görə “Nokia”nı geridə qoyub Tayvanın smartfon və kommunikator istehsalçısı HTC şirkətinin kapitallaşdırılması dünyanın ən iri mobil telefon istehsalçısı “Nokia” şirkətinin müvafiq göstəricilərini üstələyib. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 6 aprel 2011-ci il tarixinə olan vəziyyət üzrə HTC-nin bazar dəyəri 33,88 milyard dolları, “Nokia”nın bazar dəyəri isə 32,84 milyard dollar olub. Xatırladaq ki, 2010
Business İnsider jurnalı internet istifadəçiləri arasında populyar olan Twitter mikrobloqunun istifadəçilərinin sayını hesablayıb.
ABŞ diplomatlarının gizli yazışmalarını ifşa edərək dünyanın gündəmini dəyişən “Wikileaks” internet saytının qurucusu Culian Assanc İngiltərədən İsveçə ekstradisiya olunmaması üçün hüquqi mübarizəyə başlayıb.
2008-ci ildən etibarən Tayvanın “Acer” şirkətinin prezidenti və icraçı direktoru vəzifəsində çalışan Canfranko Lançi istefa vermək qərarına gəlib. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına istinadən məlumatına görə, top menecerin şirkəti tərk etməsinin səbəbi isə onun direktorlar şurasının əksər üzvləri ilə “Acer”in gələcək inkişaf istiqamətinə dair fikir ayrılıqları olub.
Mobil rabitə şirkətlərinin əhatə dairəsinə ehtiyacı olmayan telefon yaradılıb. Bu telfon mobil rabitə siqnalının və ya infrastrukturunun olmadığı yerlərdə də zəng etməyə, İnternetə qoşulmağa və ya SMS yollamağa imkan verir.
Dünən Netty 2011 Azərbaycanın Milli İnternet Mükafatına start verilib. Əvvəlki illərdə olduğu kimi bu il də Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mükafata təşkilatı dəstək verir.
Xeberler.az portalının məlumatına görə, tanınmış ulduzlara qarşı mətbuatda dərc edilən yazılara cavab olaraq yeni xidmət təqdim edilib.
Amerika alimləri insan bədəninin hərəkətini elektrik enerjisinə çevirən generatorun prototipini təqdim ediblər. Bu avadanlıq smartfonlardan və pleyerlərdən köçürülmüş protezlərə qədər prototiv elektronika sənayesində əsl inqilab hesab edilir.
Avstraliyanın Monaş Universitetinin dizayneri Conatan Lio içməli suyu təmizləyən qeyri-adi plastik cihaz icad edib. Bu qurğu “günəş topu” (Solarball) adlanır. itv.az saytının verdiyi məlumata görə, “günəş topu” adlanan qurğudan hər gün 3 litrə qədər içməli su əldə etmək olar.
"Computerworld" jurnalının məlumatına görə, layihənin mahiyyəti biometrik texnologiyalar əsasında Meksikanın milli səs bazasının yaradılmasından ibarətdir.
İngiltərəli zərgər-dizayner Styuart Xyuz Apple sevərlərə Gold History Edition seriyasından müxtəlif qiymətli daşlarla işlənmiş, dəyəri 8 milyon dollar olan iki iPad 2 planşetini təqdim edib.
Smartfon sahiblərinin əksəriyyətinin təhlükəsizliyin əsasları barədə bilikləri olduqca kiçikdir. AVG antivirus həlləri istehsalçısı və The Ponemon Institute məsləhətçi şirkəti tərəfindən aparılmış birgə araşdırmaya əsasən, ABŞ-da smartfon sahiblərinin 84 faizi eyni telefonu həm şəxsi, həm iş məqsədləri üçün istifadə etməklə, qurğunun itirilməsi zamanı burada saxlanılan məlumatları ikiqat təhlükə altına atır.
Amerikalı proqramçı Horeys Nelson "Facebook" üçün yeni proqram əlavəsi yazıb. Bu proqram vasitəsilə sosial şəbəkədəki "sosial maliyyələşdirmə" funkiyası vasitəsilə məscid, kilsə, sinaqoq və ya məbədlərin fəaliyyətini maliyyələşdirmək, onlara maliyyə yardımları göstərmək mümkün olacaq.
Gürcüstan ərazisində baş vermiş qəzaya görə Ermənistanın demək olar ki, bütün ərazisində internet kəsilib. İnternet rabitəsi təxminən yerli vaxtla saat 19-da (Bakı vaxtı ilə 19.00) kəsilib.
Facebookda daha bir yeni virus yayılıb. Belə ki, virus istəyinizdən asılı olmayaraq Facebook dostlarınıza aşağıdakı məzmunda mesajlar göndərə bilər. : "Did you see how will u look like in 20 years from now? lol : bit.ly/dUzKS7"
2011-ci il 26-dan 27 marta keçən gecə saatların 1 saat irəli çəkilməsi bir sıra böhrana səbəb olur. (yenisafak) "Microsoft" bundan qaynaqlanan mənfilikləri aradan qaldırmaq üçün 25.03.2011 tarixində axşam saatlarında Windows 7, Windows Vista, Windows Server 2008 və Windows Server 2008 R2 əməliyyat sistemlərinə xüsusi bir yenilik edəcəyini bildirib.
Xəbərlər.az portalının verdiyi xəbərə görə, Azərbaycan dilli xəbər portalları arasında olduqca tanınan “lent.az” portalı yeni dizaynı ilə oxucuların qarşısına çıxıb. 25 mart tarixindən yeni görünüşü ilə diqqəti çəkən portalda yeni olaraq manşet əlavə edilib. Manşet 4 baş xəbərdən ibarətdir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları