2008-ci ildə seçkiqabağı kampaniyasının uğurla aparılmasında heç də az xidmətləri olmayan sosial şəbəkələrin güclü təbliğat və təşviqat vasitələrindən biri olduğunu yaxşı bilən ABŞ prezidenti Barak Obama bu vasitəyə yenidən müraciət etmək niyyətindədir.
Belə ki, B.Obama 2012-ci il prezident seçkilərində də reklam kampaniyası çərçivəsində sosial şəbəkələrdən, o cümlədən də Facebook-un imkanlarından istifadə etmək niyyətindədir. 20 Aprel tarixində Facebook-da canlı olaraq çıxış edəcək Obama çıxışını əsasən ölkə iqtisadiyyatında mövcud problemlərə həsr edəcək. Sosial şəbəkənin rəhbəri Mark Sukerberqin də iştirak edəcəyi bu tədbirdə İnternet vasitəsilə Obamaya suallar vermək də mümkün olacaq. Prezidentin amerikalıların suallarına verdiyi cavablar facebook.com/WhiteHouse veb-səhifəsi vasitəsilə birbaşa efirdə yayımlanacaq. "Facebook Town Hill" adlandırılan bu toplantının dünyanın dörd bir tərəfindən maraqla izlənəcəyi bildirilir. Prezidentin çıxışı şirkətin Palo-Altodakı (Kaliforniya ştatı) qərargah-mənzilində baş tutacaq.
www.lenta.ru saytının məlumatına görə, Barak Obama özünün seçkiqabağı kampaniyasının başlanması haqda aprelin 4-də elan edib. Bu bəyanatdan sonra Ağ Ev rəhbərinin hətta www.BarackObama.com fərdi saytının ana səhifəsinin görünüşü də dəyişilmiş, adəti materialların yerini təşviqat xarakterli məqalə və çarxlar almışdır.
Onu da qeyd edək ki, sosial şəbəkə istifadəçiləri arasında böyük məşhurluq qazanan Obamanın təkcə www.facebook.com-da 18 milyondan çox izləyicisi vardır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri