Nə üçün klaviaturalarda hərflər əlifbaya görə düzülməmişdir?

09-04-2011 / 00:14

Bəlkə, bunu bilmək sizi də təəccübləndirəcək, ancaq dünyada "Q-klaviatura" olaraq bildiyimiz düymə düzülüşü, əslində, yazı makinasının icad edildiyi ilk gündən bəri dəyişməmişdir. Bu yerdə "Q-klaviatura"nın nə olması barədə qısa məlumat verək. "Q-klaviatura" "qwerty", yəni klaviaturanın hərf düzülüşünün qısa ifadəsidir. Əgər klaviaturaya baxsanız, soldan Q hərfi də daxil olmaqla sağa altı hərf "qwerty" oxunur. Məhz həmin oxunuşun qısa ifadəsi Q ifadə edilir. Niyə düymələrin bu şəkildə düzüldüyü mövzusunda da müxtəlif hekayələr olmasına baxmayaraq, hələlik ən məşhur qəbul edilən hekayə budur: Yazı maşınını ixtira edən Kristofer Latam Şolz 1867-ci ildə cihazın patentini götürərək, ilk işləyən nümunələri ortaya qoyduğunda cihazın dizaynından qaynaqlanan mexaniki bir problemlə qarşılaşır. İcad etdiyi yazı maşınının hərfləri və kağıza basmaqla istifadə etdiyi mexaniki hərf kodları bağlı bir qutunun içində qalır və iki kod birdən kağıza doğru hərəkət etdikdə içəridə sıxışmaya səbəb olur. Şolz bu problemin həlli üçün, istifadəçinin çap sürətini azaltmaq üçün hərflərin yerlərini qarışdırmaqla ən çox istifadə edilən hərfləri əlin ən çətin çata biləcəyi yerlərə yerləşdirməyi uyğun hesab edir və "Q-klaviatura" adını verdiyimiz hərf düzülüşü ortaya çıxır. Daha sonra bu cihazın istehsal haqqını satın alaraq, 1874-cü ildə ardıcıl istehsala keçən "E. Remington və Sons" firması eyni hərf düzülüşünü istifadə etməyə davam edir və cihaz bu hərf düzülüşüylə tanınır. 

Təbii bu mövzuda danışılan başqa əfsanəvi hekayələr də mövcuddur. Tarix boyunca "Q-klaviatura"nın daha yaxşı alternativləri ola biləcəyini düşünənlər də olmamış deyil. Məsələn, Vaşinqton Dövlət Universitetindən Prof. Dr. Auqust Dvorak 1932-ci ildə ingiliscədə çox istifadə edilən hərflərin klaviaturanın ən asan tapıla bilən yerinə, yəni orta sırasına toplanan bir klaviatura düzülüşü təklif etmişdir. Dvorakın araşdırmalarına görə, katiblərin barmaqları gündəlik yazı işləri əsnasında "Q-klaviatura"da 16 mil yol getdiyi halda, Dvorak klaviaturasında yalnız 1 mil yol gedəcəkdir. Ancaq makina ustalarının fikrincə, "Q-klaviatura"ya olan mövcud vərdişlər və bazarın "Q-klaviatura" tərəfindən çoxdan zəbt edilmiş olması səbəbiylə Dvorakın klaviaturası yayıla bilməz və itib gedər.

//deyerler.org


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə