Moskvadakı "Smart Systems Show-2011" sərgisində robot sənayesinin robot-mühafizəçi, robot-dalğıc və robot-masajçı kimi yeni yerli istehsalı ümayiş etdirilib.
Bunları hazırlayanların sözlərinə görə, artıq yaxın gələcəkdə bu texnikalar insanları əvəz edə biləcəklər, - "RİA Novosti" xəbər verir.
Dörd təkər üstündə olan "Tral-Patrul-3" bir neçə kamera ilə təchiz edilmişdir. Robot əvvəlcədən tapşırılmlş marşrut üzrə keşik çəkmək və 120 metr məsafədən videonəzarət həyata keçirə bilər. Mexaniklərin sözlərinə görə, maşın xüsusi qurğu və güclü fənər-sirenlə təchiz edilib. Bunun vasitəsi ilə qayda pozanları qorxuda da bilir və kamera vasitəsilə çəkilmiş kadrları növbətçi operatora göndərir.
"Tral Patrul-3" stansiyaların, müəssisələrin ərazilərinin və sərhədlərin keşiyini çəkə bilər.
Kəşfiyyat-görüntü ilə robotlaşdırılmış "QHOM" kompleksi suyun 100 metrlərlə dərinliyində işləyir. "QHOM"-un çəkisi bir neçə kiloqramdır, müasir oyun aparatlarındakı idarəetməyə uyğun uzaqdan idarıetmı ilə (pult) idarə olunur.
Yaradıcılarının "Aramis" adlandırdıqları robot rahatlayıcı və tonusu qaldırmaq üçün edilən masaj üçün yaradılıb. Xüsusi təchizatla təmin olunmuş "Aramis", barmaqları, pəncə və pəncə qabırğalarıyla masajı təqlid edir. Robot insan rahatlığınının dərəcəsini təyin etmək üçün xüsusi sistemlə təchiz edilib. //deyerler.org
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri