"Microsoft"un yay saatına keçid üçün yeniliyi

25-03-2011

2011-ci il 26-dan 27 marta keçən gecə saatların 1 saat irəli çəkilməsi bir sıra böhrana səbəb olur. (yenisafak) "Microsoft" bundan qaynaqlanan mənfilikləri aradan qaldırmaq üçün 25.03.2011 tarixində axşam saatlarında Windows 7, Windows Vista, Windows Server 2008 və Windows Server 2008 R2 əməliyyat sistemlərinə xüsusi bir yenilik edəcəyini bildirib.

Lent.az yeniləndi

25-03-2011

Xəbərlər.az portalının verdiyi xəbərə görə, Azərbaycan dilli xəbər portalları arasında olduqca tanınan “lent.az” portalı yeni dizaynı ilə oxucuların qarşısına çıxıb. 25 mart tarixindən yeni görünüşü ilə diqqəti çəkən portalda yeni olaraq manşet əlavə edilib. Manşet 4 baş xəbərdən ibarətdir.


"Sony Ericsson" qayıdır

25-03-2011

Korporasiya yeni smartfonlarının reklamına "bir ətək" pul xərcləyəcək. "Sony Ericsson" korporasiyası "Xperia" modelli yeni smartfonlarının Böyük Britaniya bazarında tanınması üçün 4 milyon funt-sterlinq (təqribən 6,5 milyon dollar) xərcləyəcək. Bununla da "Sony Ericsson" son iki ildə ən böyük reklam kampaniyasını reallaşdıracaq. "Xperia"nın aqressiv reklamı

“Avtovaz” elektromobil bazarına girir

24-03-2011

“Ellada” adlanan avtomobil “Kalina”nın əsasında hazırlanıb. Maksimal sürəti 140 km/saat olan avtomobil bir dolumda 170 km qət edə bilir.


Apple və Amazon arasında məhkəmə çəkişməsi

24-03-2011

Apple şirkəti Amazon.com - internet ticarəti nəhəngini məhkəmyə verib. Apple “App Store” adının Amazonun satış şəbəkələrində istifadə olunmasına etiraz edir. (“Store” – ingilis dilində “dükan, mağaza” deməkdir) - Biz Amazondan xahiş etmişik ki, “App Store” adından istifadə etməsin, çünki bununla müştəriləri çaşdıra bilər. – deyə Apple şirkətinin nümayəndəsi Bloomberg agentliyinə bildirib. İndiyədək Apple məxsus olan “App Store” saytı iPhone, iPod və iPad-larda istifadə olunmaq üçün

iPad2 yapon zəlzələsindən sarsılıb

19-03-2011

Yaponiya fəlakəti iPad2 planşet kompyuterlərin çatdırılmasında gecikmələrə səbəb ola bilər. Qeyd edək ki, məhsulun istehsalına başlanandan alıcılar tərəfdən yüksək tələbatla qarşılanmışdır. Analitiklərin bildirdiklərinə görə, iPad2 planşet kompyuterinin 5 əsas komponenti yapon istehsalı olan cihazlardır. Söhbət “Toshiba Semiconductor”


“Eurovision-2011”dəki təmsilçilərimizin saytı yaradılıb

17-03-2011

ANS PRESS-in məlumatına görə, Azərbaycanı “Eurovision 2011” Mahnı Müsabiqəsində təmsil edəcək Ell and Nikki (Eldar Qasımov və Nigar Camal) dueti haqqında ən son xəbərləri artıq ellnikki.eurovisiontalents.com ünvanından əldə edə biləcəyik.

“Yandex” onlayn-tərcümə servisini istifadəyə verib

17-03-2011

Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, indi translate.yandex.ru saytı vasitəsilə istifadəçilər istənilən mətni və ya veb-səhifəni xarici dildən rus dilinə və əks istiqamətdə tərcümə edə bilər.


Bakcell BMW hədiyyə edib

16-03-2011

Şirkətdən verilən məlumata görə, “Improtex Motors” şirkətinin ofisində keçirilən mərasim zamanı Bakcell şirkətinin Baş Kommersiya Direktoru Krasimir Genov BMW avtomobilinin sahibi Vüsal Əzizova simvolik maşın açarı təqdim edib.

Bu telefon havada durur

15-03-2011

\"Yan Design\" şirkəti mobil telefonların akkumulyatorlarındakı enerjini bərpa etmək üçün yeni qurğu və mobil telefon hazırlayıb. Sanki fantastik romanların süjetindəki alətə bənzəyən bu qurğu zahirən \"iPhone\"nu xatırladan telefonla birlikdə satılacaq.


“Bulud” texnologiyaları hesabına 7 milyard dollar qazanmaq planı

15-03-2011

Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu səhmdarlarla illik ənənəvi görüşdə IBM korporasiyasının rəhbəri Sem Palmizano bəyan edib.

Apple 500 min iPad-2 satdı

14-03-2011

Analitiklərin hesablamalarına görə, Apple şirkətinin iPad 2-nin rəsmi satış elanının verməsindən sonra, 500 min planşet kompyuter satılıb. Beləliklə, istirahət günləri ərzində bütün ehtiyatları satan Apple şirkəti iPad-2 sifarişlərinin internet


“Neftçi” “Facebook”da

13-03-2011

Bütün "Neftçi"sevərlər öz fikir və rəylərini bu səhifədə yaza, klub haqqında son məlumatları burada əldə edə bilərlər.

İnternetin “boss”ları dünyanın zənginləri seçilib

13-03-2011

“Google” un qurucularından ABŞ vətəndaşı Larri Peyc və Sergey Brin dünyanın ən gənc milyarderləri hesab olunur. Hər birinin 19,8 milyardlıq sərvəti olan gənclərdən Brinin ailəsi o 6 yaşında olanda Rusiyadan ABŞ-a köçüb.


Hakerlər Apple MacBook noutbukunu 5 saniyə ərzində sındırıblar

10-03-2011

Xeberler.az portalının Rabitə və İnformasiya nazirliyinin rəsmi internet səhfəsinə istinadən verdiyi xəbərə görə, Fransanın Vupen şirkətinin mütəxəssisləri Vankuverdə hakerlər arasında keçirilən konfrans çərçivəsində Apple MacBook noutbukunu 5 saniyə ərzində sındırıblar.

Forbes: Bill Qeyts dünyanın ən varlı insanı deyil

09-03-2011

Forbes jurnalının dünən təqdim etdiyi yeni reytinq cədvəlində Microsoft şirkətinin təsisçisi Bill Qeyts dünyanın ən varlı insanları arasında 49 milyard dollarlıq kapitalla ikinci pilləni tutub. Bu il reytinqə meksikalı biznesmen Karlos Slim liderlik edir (60 milyard dollar). Üçüncü pillədə Uorren Baffet (47 milyard dollar) yerləşir.


“Western Digital” 3,4 milyard dollara “Hitachi” şirkətinin bölməsini alır

09-03-2011

Dünyanın ən iri sərt disk istehsalçısı “Western Digital” korporasiyası “Hitachi” şirkəti ilə onun analoji fəaliyyətlə məşğul olan “Hitachi Global Storage Technologies” (Hitachi GST) müəssisəsinin əldə olunmasına dair saziş imzalayıb. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müqavilənin ümumi məbləği 4,3 milyard dollar təşkil edir və bunun 3,5 milyardı “Hitachi”nin hesabına köçürüləcək.

İnsan əzalarını çap edən printer hazırlanıb

08-03-2011

ABŞ-ın Kaliforniya ştatındakı Lonq-Biç şəhərində keçirilən TED (Technology Entertainment and Design) konfransında amerikalı alim pasiyetin öz toxumalarından əzaların yaradılması üçün nəzərdə tutulmuş üçölçülü printeri nümayiş etdirib.






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə