Google hava nəqliyyatı sektoruna girir

05-07-2010 / 08:55

Xarici KİV-lərin verdiyi məlumata görə, axtarış nəhəngi Google indi də turizm sektoruna girir. Məlumata görə, Google uçuş məlumatlarını istifadəçi ekranına yağdıracaq layihələr təqdim edir. Googlenin anti-tröst kimi nüfuzlu təşkilatlardan razılıq alıb-almayacağı isə maraqla gözlənilir. 

 

Google turizm sektorunda işini sağlama almaq üçün 14 illik uçuş məlumatları proqramlama firması ITA ilə razılaşıb. Axtarış nəhəngi  ITA-nı 700 milyon dollar nəğd pula satın alınıb. 

 

Googlenin bu addımı atdıqdan sonra şirkətin gələcək iş prinsipində də yeni dəyişikliklər edəcəyi sübhəsizdir. Google hava nəqliyyatı kimi bir sektoru axtarış sistemi üzərindən şirkətlərə ötürmək əvəzinə öz xidmətləri vasitəsilə birbaşa istifadəçilərə təqdim etmək və gəlirlərin hamısını özü əldə etmək istəyir. Mütəxəsislər bununla birlikdə Googlenin yeni fərqli iş sektorlarına da girə biləcəyini istisna etmirlər. 

 

 Xatıradaq ki, ITA 1990-cı illərdə bir neçə MIT kompüter mühəndisi tərəfindən qurulub. Şirkət inkişaf etdirdiyi proqramlarla istifadəçilərin ən ucuz biletləri tapa bilmələrinə imkan yaradır. Aralarında Microsoftun axtarış sistemi Bingin də olduğu  hava nəqliyyatı sənayesi şirkəti ITA-nın proqramlarını istifadə edir. Eric Schmidt Google CEO-nun ITA-nın həmin şirkətlərlə olan mövcud razılaşmalarını qoruyacağını və yeni əlaqələr qurmaq istədiklərini açıqlayıb. Satınalma işinə Microsoftun necə bir reaksiya verəcəyi maraqla gözlənilir.  

 

 

ELMAR.V  

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə