Bazara çıxarıldığı gündən reklam və satış rekordları qıran “iPhone 4” telefonunun maya dəyərlərı açıqlanıb. AA müxbirinin “iSuppli” hesabatına əsasən əldə etdiyi məlumatlara görə, yeni telefonun istehsalı 187 dollar 51 sentə başa gəlib.
Yeni “iPhone”nun 16 GB-lıq modelinin maya dəyəri 187 dollar 51 sent olmasına baxmayaraq, bu məhsul xarici ölkə bazarlarında təqribən 1000 dollara satılır.
Hesabata görə, “iPhone 4”ün ən bahalı hissəsi 960x630 piksel ölçülərində 28,50 dollarlıq ekranıdır ki, bu da telefonun istehsal qiymətinin 15 faizinə bərabərdir. Cihazın ikinci bahalı hissəsi 27 dollara başa gələn 16 GB-lıq yaddaş kartıdır. Telefonun RAM-ı, yəni əməliyyat yaddaşı 13,80 dollara başa gəlib.
“Apple” şirkətinin ilk dəfə istehsal etdiyi “iPhone”nun maya dəyəri 217, 2008-ci ildə istehsal etdiyi 3G modelinin maya dəyəri 166 dollardır. Ötən il isitehsal olunan 3GS modeli isə cəmisi 171 dollara başa gəlib.
“Apple” məhsullarının Azərbaycanda satışı ilə məşğul olan “Alma Store” mağazalarında isə “iPhone 3GS” telefonlarının qiyməti 16GB-lıq yaddaş üçün 949 manata, 32 GB-lıq yaddaşla isə 1099 manatadır. Yeni istehsal olunan “iPhone 4” modeli isə Bakıya sentyabr-oktyabr aylarında gətiriləcək. “Alma Store” mağazalar şəbəkəsindən verilən məlumata görə, yeni cihazın da qiymətinin 949-1099 manata olacağı gözlənilir.
mənbə: ANSPRESS
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri