Nvidia şirkəti Nvidia Tesla hesablama sistemləri bazasında yığılmış personal superkompüter təqdim edib. Xarici görünüşdən adi sistem blokdan fərqlənməyən yeni kompüterin məhsuldarlığı dörd teraflopsdan (saniyədə trilyon əməliyyat) bir qədər azdır.
Microsoft şirkəti özünün antivirus strategiyasını dəyişir. Belə ki şirkət OneCare uğursuz pullu antivirus proqramının gələcək inkişafından imtina etmək qərarına gəlib. Həmin proqramın əvəzinə isə Microsoft 2009-cu ildə təqdim olunması gözlənilən pulsuz antivirus proqram işləyib hazırlamaq niyyətindədir.
Azərbaycanın fərdi kompüter avadanlıqları istehsalçısı olan «KÜR» müəssisəsi yeni informasiya köşklərinin istehsalına başlayıb. Bu barədə «APA-ECONOMICS»ə «KÜR» şirkətinin elmi texniki mərkəzinin rəisi İlkin Süleymanov məlumat verib.
Dünən Universal Serial Bus – USB 3.0 texnologiyasının yekun texniki xüsusiyyətləri dərc olunub. USB 3.0 vasitəsi ilə məlumat mübadiləsinin nəzəri sürəti 4,8 Qb/san-dək çatdırıla bilər ki, buda USB 2.0-ın təqdim etdiyi sürət göstəricisindən 10 dəfə çoxdur.
“Fujitsu Siemens” kompaniyası su keçirməyən kompüterləri satışa çıxarıb. ilk seriyası Türkiyə bazarında satışa çıxarılan “Amilo 3000” modelinin dizayn işləri iki ildən çox vaxt aparıb.
Cənubi Koreyanın UMID şirkəti 315 qram çəkili netbuk təqdim edib. 1024х600 piksel təsvir dəqiqlikli 4,8 düymlü sensor ekranlı netbuk 1,33 qiqahers Intel Atom prosessoru bazasında yığılıb.
Yeni bir spam dalğası, ABŞ-ın yeni prezidenti Barak Obamanın adından istifadə edərək kompüterlərə sızmağa çalışır.
NPD Group yenidən ABŞ ərazisində satılan PC oyunların reytinq sıralamasını hazırlayıb. Bu onluqda 26 oktyabrdan noyabr ayının 1-nə kimi olan nəticələr verilib.
Microsoft Windows Vista və Microsoft Office 2007 proqramlarının azərbaycan dilində versiyaları təqdim olunub. Proqramları üçün yükləmə paketini Microsoft-un saytından əldə etmək olar.
Oyun həvəskarlarının nəzərinə!!! 2005-ci ildən bu yana dünyanın ən böyük oyun yaradıcı şirkətlərindən biri olan Nintendonun tək rəsmi distebyuteri olan Nortec Eurasia, sektorun liderlərindən SEGA və Disney Interactive Studios markalarını da istehlakçıyla görüşdürəcək.
Gənc Bill Gates, New Yorkdakı Helmsley Palace Hoteldə etdiyi təqdimat ilə Windows 1.0-i müjdələmişdi. İstifadəçilərin Windows 1.0-ə sahib olması üçün isə 2 il daha gözləmələri gərək idi.
Nvidia özünün yeni videokartını təqdim edib. Kompaniyanın özündə bu yeniliyi “dünyada ən güclü professional qrafik kart” kimi dəyərləndiriblər. Görünür, elədir ki, var.
Cənubi Koreyanın alimləri müasir litium batareyaların effektivliyini 90% artırmağa imkan yaradan texnologiya işləyiblər.
Üç ildən bəri ortalıqda gəzən bir troyan cəmi yarım milyonun üzərində kredit kartı və hesab məlumatı toplamağı bacardı. Bu məlumatlar arasında bank hesablarından FTP şifrələrinə və e-poçtlara qədər hər şey var. Proqram ehtimalla Rusiyadan nəzarət edilir.
Intel şirkəti noyabr ayının 17-də Core i7 prosessorlarını satışa çıxarmaq niyyətindədir. Yeni nəsil Nehalem mikroarxitekturası bazasında yığılmış bu cür çiplər ilk dəfə cari ilin avqust ayında IDF konfransında təqdim olunmuşdur.
Artıq 8 ildən artıq istifadə olunan USB 2.0-nin ortadan qalxması üçün heç bir maneə qalmadı.
ASUS N10 premium-noutbukları kiçik ekranla və çox da güclü olmayan İntel Atom prosessoru ilə sərf etmirsə, onda yeni N seriyasından olan noutbuklara diqqət etməyə dəyər.
Microsoftun araşdırmalarına görə Vista əməliyyat sistemi XP-yə nisbətən daha təhlükəsizdir. Əgər haker hücumlarına məruz qalan, Windows XP-də çalışan kompüterlərin 42%-də ƏS-in boşluqlarından istifadə olunursa, Vistada bu göstərici 6%-dir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları