Bing indi də Hotmail-də

20-07-2009 / 16:16

Microsoft, Hotmail istifadəçilərini Bing-ə öyrəşdirmək istəyir. Bundan sonra, istifadəçilər Bing-dəki şəkil və video axtarışlarının nəticələrini birbaşa olaraq Hotmail mesajlarına daxil edə biləcəklər.

Redmond, hələ ki, Windows Live Search üçün “Quick Add” xüsusiyyətinin üzərində işləyir. Windows Live Wire blogunda qeyd edilir ki, istifadəçilər asanlıqla restoran araşdırmaları, film, şəkillər və internetdən olan hər hansı bir bir məlumatı bir düyməni basmaqla Hotmail-ə əlavə edə biləcəklər.

Axtarış nəticələri artıq Hotmail pəncərəsinin sağ tərəfində var və asanlıqla mesajlara, məktublara əlavə oluna bilir. Ancaq nəticələrin sayı az olur. Daha əhatəli şəkil görmək üçün istifadəçi Bing-ə istiqamətləndirilir.

Əsas məsələ də ondadır ki, Bing-də bu işi sürətlə həll etməyə kömək edən Hotmail-ə köçürmə düyməsi yoxdur. Hələlik bu xüsusiyyət Avstraliya, Kanada, Çin, Hindistan, Amerika və İngiltərədə istifadəyə təqdim edilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə