Call of Duty oyununun həvəskarlarının intizarına son qoyuldu.Belə ki, World at War adlanan 5-ci hissə ilk öncə Şimali Amerikada təqdim olunacaq və 11 noyabrdan etibarən mağazalarda satılacaq.
HDR-təsvirlərin yaradılması üçün Dynamic-PHOTO HDR 3.42 proqramının yeni versiyası təqdim edilib. Proqram, müxtəlif rəqəmsal kameralardan alınan HDR, RAW formatlı fayllarla işləyir.
Çərçivələrin köməyi ilə təsvirlərin tərtibatı üçün yeni proqram versiyası çıxıb. Photo Frames PRO proqramı 150 növ müxtəlif çərçivələr buraxıb ki, onlara hər ölçüdə şəkil yerləşdirilməsi mümkün olan estetik, güllərlə əhatələnmiş, vektorial və s. formalarda çərçivələr daxildir. Bundan əlavə, uşaqlara aid olan çərçivələrdə böyük seçim var.
WinZip-ə əlavə olunan WinZip Command Line Support Add-On 3.0 versiyası komanda sətri ilə işləməyə və BAT-fayllardan istifadəyə imkan verir. Yeni versiya WinZip Standard və Pro-nun bütün istifadəçiləri üçün pulsuzdur.
Voodoo Extreme avqustun 24-dən 30-na qədər ABŞ-da ən çox satılan kompüter oyunların siyahısını açıqladı. Nəticələr gözlənildiyi kimi oldu. Birinci yerdə The Sims 2, ikinci yerdə MMORPG World Of Warcraft oyunu oldu.
Səudiyyə Ərəbistanında ekstremist “Əl Qaidə” təşkilatının çatından istifadə edən beş nəfər həbs edilib. Reuters xəbər verir ki, yerli Daxili İşlər Nazirliyinin xəbərinə əsasən, adı çəkilməyən beş kişi “internetdə propaqandanın yanlış fikirlərinə sürüklənən yayımlara” görə tutulub.
RİA Novostinin məlumatına görə, Britaniya kriminalist-ekspertləri cinayətkarın simasının açıqlanmasını sms-mətnlərin qurulması özəlliklərindən asılı olaraq linqvistik analizlərlə təyin edəcəklər. Astonda Kriminalistik Linqvistika Mərkəzi nəzdində universitetin müdir müavini Tim Qrant söyləyib ki, sms təhlilin köməyi ilə artıq iki qatil tapılıb.
Amazon şirkəti Video on Demand adlı yeni onlayn videoxidmətin beta sınaqlarını başa çatdırıb. Adobe Flash texnologiyasının tətbiqi ilə yaradılan Amazon Video on Demand-a çıxışı Microsoft Windows və Apple Mac OS Х əməliyyat sistemlərinin istifadəçiləri əldə edə bilərlər. Hazırda servisin məlumat bazasında 40 min film və müxtəlif janrlı televiziya şouları toplanılıb.
Ən yaxşı antivirus hansıdır.Bu barədə müxtəlif fikirlər söylənir, adlar çəkilir.Bəziləri Nortonu, digərləri Kasperkini və s göstərirlər.AV-Test.org adlı alman əsilli firma bu sahədə maraqlı tədqiqatlar aparıb.
Rahat və anlaşıqlı interfeysə malik olan, bir topluda işləmələrin hamısını cəmləşdirən pulsuz audio/video transkoder - MediaCoder yenilənib. Proqram fayl ölçülərinin kiçilməsi ilə video və audionun bir yerə yerləşməsini təmin edir.
Microsoft şirkəti Windows Vista-nın reklamı üçün 300 milyon dollar xərcləməyə hazırlaşır. Layihəni Microsoft-un yaradıcısı Bill Qeyts və aktyor Cerri Seynfeld həyata keçirəcək. Mütəxxəssislər hesab edirlər ki, bu cür üsulların istifadə edilməsi təbiidir.
ABŞ-da bir istifadəçinin noutbukun naqilində yüngül dərəcədə qızması şikayətindən sonra ondan çox istifadəçi həmin şikayətlə daxil olmağa başlayıb. Sony, kabel sistemindəki problem səbəbi ilə 440 min ədəd Vaio modelli noutbuku geri yığır.
Consumer Reports Amerika nəşriyyatı tərəfindən aparılan araşdırmalara görə, BitDefender Internet Security 2008 “Kompüter müdafiəsi üçün ən yaxşı seçim” elan edildi. Consumer Reports 1936-cı ildən məhsulların istifadə imkanları baxımından keyfiyyətini yoxlayan tədqiqatlar aparır və özünün müstəqil ekspert nəşriyyatı nüfuzundan istifadə edir.
Çox zaman nəyisə yaddan çıxarmamaq üçün müxtəlif üsullara əl atırıq. Gündəliklər, elektron yazı kitabçaları, proqramlar - “xatırlatmalar” tərtib edirik. Artıq belə proqramların yeni versiyası – abcNotes proqramı buraxılıb. Burada xatırlatma yazıları monitorun ekranına “yapışdırılmış” rəngarəng kağızlardan – stikerlərdən (xatırlayıcı) ibarətdir.
Disklərin köçürülməsi üçün funksional proqramın yeni versiyası çıxıb. Cheetah DVD Burner bütün tanınmış və hətta çox yayılmamış Burn Blu-Ray, Dual Layer DVD, DVD və CD formatlarla işləyir. Bu proqramın köməyi ilə diskə köçürmələr etmək, MP3, WMA və WAV audiofayllarından toplular düzəltmək, DVD videolar yazmaq olar.
Milli Çin Konqresi komitəsinin nümayəndəsinin verdiyi məlumata görə, dörd milyona yaxın çinli internetdən, xüsusilə də, “qeyri-sağlam” onlayn oyunlardan asılı vəziyyətə düşüb. Onun sözlərinə görə, demək olar ki, 10% istifadəçi internetdən asılılıqdan əziyyət çəkir.
Fujitsu Siemens Computers şirkəti Intel Centrino 2 - AMILO Si 3655 platforması əsasında olan noutbuk təqdim etdi. Yeni noutbuk layiqli görkəm, yüksək sürətlilik və səmərəlilik axtaranlar üçündür. Nazik ağ-sədəf rəngli, 2,3 kq çəkisi olan noutbukunun BrilliantView ekranı yaxşı rəng ötürücüsü, yüksək keyfiyyətli təsvir və kontrasta malikdir.
“Kasperskiy laboratoriyası” statistik məlumatlar, antivirus məhsulları şirkətlərinin 2009 versiyası əsasında formalaşan zərərli proqramların reytinqini açıqladı. Hesablamalara görə, keçən ay yoluxucu kompüterlərdə ən çox troyan proqramı - DNSChanger.ech. aşkarlanıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları