DynaBook NX - güclü, keyfiyyətli, zərif

02-10-2008 / 18:11
Toshiba yapon şirkəti yaxınlarda DynaBook NX seriyalı yığcam noutbukunun buraxılışına başlamaq niyyətindədir. Istehsalçının bəyanatına görə, yeni noutbuk yüksək keyfiyyətə, gözəl xarici görünüşə və yığcamlığa malik olacaq.
Toshiba DynaBook NX, LED işıqlandırmalı (svetodiod) 12,1” displey, 1,2 GHs tezlikli, az enerji sərf edən 45 nm Intel Core 2 Duo prosessoru ilə təchiz olunacaq. Operativ yaddaşın həcmi 2 GB-dır. Informasiya daşıyıcısı keyfiyyətində SSD diski qurula bilər. DVD-ötürücü, kart-rider,  Ethernet və Wi-Fi 802.11 b/g/n adapterləri, üç USB portu, VGA-çıxış və PC Card Type2 yerinə də malikdir. Müstəqil işləmə müddəti SSD vasitəsilə 11,5 saat, vinçester ilə isə 10,5 saatdır. Satışı bu ayın axırına planlaşdırılır. Qiyməti konfiqurasiyasından asılı olaraq 1900 dollarla 3000 dollar arasında dəyişəcək.

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.