İnternet-oyunlar müharibə qurbanlarına yardım edir

30-09-2008 / 11:42

“Qırmızı xaç” təşkilatının Britaniya bölməsi internetdə “Ümid izləri” adlı elektron oyun hazırlayıb. Oyun, onun yaradıcılarının fikrinə görə, müharibə qurbanlarının dünyada baş verən hadisələrin daha dərindən dərk etməsinə kömək etməlidir. Oyunçuya verilən tapşırığa görə, Uqandada itmiş oğlana anasını tapmağa kömək etmək lazımdır.
Bu, xeyriyyə təşkilatının yaratdığı və istifadəyə verdiyi “Alternativ reallığı əks etdirən” adlı ilk oyundur.
“Ümid izləri” oyunçusu maraqlı axtarışın iştirakçısı olur.
Verilən tapşırığı yerinə yetirmək üçün detektiv bacarıqlarına və iti zehinə malik olmaq lazımdır.
Oyun 20 ildir ki davam edən və 2 milyondan çox insanı evsiz qoyan vətəndaş müharibəsinin getdiyi Uqandanın şimalında cərəyan edir.
Oyun gedişatında 16 yaşlı Cozef Xouptaun (ümid şəhəri) adlı qaçqınlar düşərgəsinə gəlir. 24 saat ərzində o, anası haqda məlumatlar olan “Qırmızı xaç” təşkilatının təmsilçisini tapmalıdır.


Oyun və reallıq
“Qırmızı xaç” reallıqda da insanların bir-birlərini tapmağa kömək edir.
Onlayn oyuna daxil olan iştirakçı Cozefin onunla əlaqə saxlamasını gözləməlidir. Cozef  öz vəziyyəti barədə oyunçuya məlumat verməlidir.
Təşkilatçılar qəhrəmana problemlərin həll olunması yollarını göstərən oyunu Uqandanın internet saytlarında yerləşdiriblər. Bu yolla onlar oyunla reallıq arasındakı sərhədləri götürüblər.
Oyunun yaradılmasında “Qırmızı xaç”, Britaniyanın KateMOdern böyük interaktiv onlayn-serial müəlliflərini cəlb edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə