Fujitsu-dan xamelyon noutbuk

03-10-2008 / 16:58
Fujitsu şirkətinin təqdim etdiyi noutbuk seçimi bu həftə LifeBook A1110 modeli ilə davam etdi. Modelin nəzərəçarpan xüsusiyyəti onun xarici görünüşününü asanlıqla dəyişə bilməsi imkanıdır. Bunun üçün alıcıya üst qapaqdan əlavə, daha iki qapaq təqdim olunur. Hazırda üç variant mövcuddur: birini pulsuz, qalan ikisini isə 20$ ödəyərək əldə etmək olar.
Fujitsu LifeBook A1110 noutbukunun daxili isə Intel Core 2 Duo prosessorundan, yazan DVD ötürücüsündən, simsiz Wi-Fi adapterindən, veb-kamera və mikrofondan, üç USB 2.0 portundan, SD və ExpressCard yerindən ibarətdir. Qiyməti 799 dollardır. Bu qiymətə alıcı kompüterlə yanaşı, Microsoft Windows Vista Home Premium əməliyyat sisteminin lisenziyalı surətini də alacaq.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə