Toshiba jestlərlə idarə olunan texnologiya təqdim etdi

01-09-2008

Toshiba Berlində İFA sərgisində Kembric universiteti ilə birlikdə hazırladığı təkmilləşdirilmiş texnologiya təqdim etdi. Daha əvvəl Toshiba bu haqda məlumat vermişdi. Indi isə onun praktik istifadəsi göstərildi. Bu, əl jestləri ilə idarə olunan televizordur. Qurğu miniatür kameranın köməyi ilə tamaşaçıya “baxır” və tamaşaçının əl hərəkətlərini izləyir.

Analitiklərin fikrincə, TV-də reklam dəyişikliklərə məruz qalacaq

29-08-2008

Televiziyada reklam yaxın onillikdə istifadəçilərin idarə etməsindən asılı olaraq dəyişikliyə məruz qalacaq. Forrester Research şirkətinin tədqiqatına əsasən, tv-də reklam bugünkü onlayn reklamları xatırladacaq. Analitiklərin fikrincə, on ildən sonra, istehlakçıların yaşadığı yerdən, davranışından və sosial mənsubiyyətindən asılı olaraq televiziya proqramları reklam tələblərinə uyğun şəkildə göstəriləcək.


42 GB-lıq DVD-lər....

25-08-2008

Şimali yaponiyadakı Tohokü universiteninin alimləri CD və DVD-lərin həcm tutumunu 9 qat artırmağın yollarını tapıblar

Amerikalılar indiyədək xəbərlər mənbəyi kimi televizora üstünlük verirlər

18-08-2008

ABŞ əhalisi üçün indiyədək əsas xəbərlər mənbəyi televizordur. Bu barədə Pew Research Center şirkətinin dünən dərc olunmuş araşdırmasında deyilir. Pew Research Center şirkətinin keçirdiyi sorğuda iştirak etmiş respondentlərin 46% bəyan ediblər ki, son xəbərlərdən məlumat almaq üçün televizordan istifadə edirlər. Sorğunun nəticələrinə görə, televiziya xəbərlərinə üstünlük verən insanların əksəriyyəti kabel kanallarından istifadə edir. Bu qrup respondentlərin orta yaş səviyyəsi 52 yaşdır və onların əksər hissəsinin təhsil səviyyəsi aşağıdır. Bu insanları əsasən elm və texnika haqqında xəbərlər yox, hava proqnozu maraqlandırır.


Milli peykin orbitə buraxılması reallaşır

01-08-2008

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycanın milli peykinin orbitə buraxılması ilə bağlı araşdırmalar aparılır. İşlər əsasən orbital mövqeyin əldə olunması və peykin istehsalı ilə bağlı şirkətlərdən daxil olan təkliflərin araşdırılması istiqamətində təşkil edilir. Nazirlikdən AzərTAc-a bildirmişlər ki,

İşlək kompüterlərin sayı milyardı keçib

28-06-2008

Gartner təşkilatının keçirdiyi araşdırmalara əsaslanaraq, Reuters xəbər verir ki, dünyada bir milyarddan çox kompüter işləyir. 2014-cü ilə onların sayının ikiqat artması gözlənilir. Hazırda kompüterlərin ümumi sayının yarısından çoxu Qərbin sənaye cəhətdən inkişaf etmiş ölkələrində yerləşir. Ancaq təhlilçilər, gözlənilən iki milyard kompüterdən onların payına 30%-in düşəcəyini güman edirlər.


Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə sədr təyin edilib

00-00-0000

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə sədr təyin edilib





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə