Mitsubishi LaserVue LCD – dünyada ilk lazerli televizor

10-09-2008 / 13:18
Mitsubishi şirkəti 65 düymlük LaserVue LCD televizorlarının satışı barədə elan verdi. Bu, dünyada ilk lazerli televizordur. Qiyməti adi 65 düymlük LCD TV-lərlə demək olar ki eynidir, 6999 dollar məbləğində nəzərdə tutulub.
Yeni TV ilk dəfə bu ilin yanvarında, CES (Consumer Electronics Association) konfransında təqdim olunub. 73 düymlük model isə satışda 2008-ci ilin dördüncü rübündə və 10 min dollar dəyərində olacaq.
Mitsubishi LaserVue televizorları 120 Hs tezliklə, adi LCD-dən iki dəfə böyük rəng ötürücüsü və 500 vahidlik əlvanlığı olan displeyə malikdir. Enerji sərfi 200 Vt-dır. Bu da 500 Vt enerji sərf edən eyni diaqonallı digər LCD-lərdən xeyli azdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə