Toshiba jestlərlə idarə olunan texnologiya təqdim etdi
Toshiba Berlində İFA sərgisində Kembric universiteti ilə birlikdə hazırladığı təkmilləşdirilmiş texnologiya təqdim etdi.
Daha əvvəl Toshiba bu haqda məlumat vermişdi. Indi isə onun praktik istifadəsi göstərildi. Bu, əl jestləri ilə idarə olunan televizordur.
Qurğu miniatür kameranın köməyi ilə tamaşaçıya “baxır” və tamaşaçının əl hərəkətlərini izləyir. Tamaşaçı müəyyən jestlərlə televizorun səsini, telekanalların dəyişilməsini və təsvirlərin rənglərini idarə edə bilər. Vizual cəhətdən bu tip idarəetmə virtual kompüter “siçanı”nını xatırladır.
Sərgidə Toshiba Qosmio noutbuklarında quraşdırılmış və əl hərəkətlərinin köməyilə, veb-kamera vasitəsilə idarə olunan proqramı təqdim etdilər. Indi proqram ilk mərhələdədir. Ona görə də məhdud çərçivədə olan jestləri tanıyır. Sonrakı versiyalarda qurğu, nəinki daha təkmilləşmiş, həm də istifadəçilərin özlərinin verdiyi əl hərəkətləri ilə də proqramlaşdırıla biləcək.
Toshiba-nın meneceri Keyt Nillin sözlərinə görə, hazırda proqramın səhvləri və çatışmamazlıqları da var. Onlardan biri televizor yalnız bir nəfərin jestləri ilə idarə olunur. Proqram istifadə olunan sahədə ikinci istifadəçi olsa, sistem onun əl hərəkətlərini həyata keçirməyəcək.
Nill onu da qeyd etdi ki, hazırda əsas işimiz sistemin istifadə üçün reallaşmasını və onu prototip mərhələsindən real modelə çevirməkdən ibarətdir.