Oktyabrın 1-də Milli Azərbaycan Tarixi Muzeyi, Ağsu arxeоlоji ekspedisiyası, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, “Yeni İstedadlar” Uşaq və Gənclər Təşkilatı və N.Nərimanov adına kütləvi kitabxananın birgə təşkilatçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyində «Məktəblilərin gözü ilə Azərbaycan arxeologiyası» mövzusunda III seminar keçiriləcəkdir. Tədbirin keçirilməsinin əsas məqsədi məktəblilərin dünyagörüşünün hərtərəfli inkişafına dəstək olmaq, onların mədəniyyət ocaqlarımıza olan marağını artırmaq, onların gözü ilə bu sahədəki problemləri müəyyən etməkdən ibarədir. Tədbir iştirakçıları Beynəlxalq ümumtəhsil məktəbin müəllim və şagird kollektivi olacaq.
15.00-da tədbir iştirakçıları Milli Azərbaycan Tarixi Muzeyinin sərgi zalında nümayiş etdirilən “Ağsu möcüzəsi”adlı sərgiyə baxacaq və Ağsu оrta əsr şəhər yerində aparılmış qazıntılar zamanı aşkar olumuş arxeoloji materiallarla tanış оlacaqlar.
15.30-dan etibarən Ağsu ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Qafar Cəbiyev “Ağsuda arxeologi tədqiqatlar və nəticələri”, Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Nərdanə Yusifova “Mədəni irsimizi necə qoruyaq?”, Milan Politexnik Universitetinin professoru, bərpaçı-memar Luigi Scrinzi “Ağsu möcüzəsi” mövzularında çıxış edəcəklər.
Seminarın sonunda iştirakçılar arasında açıq diskussiya aparılacaq. Diskussiyada fərqlənən şagirdlər mükafatlandırılacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri